Məhkəmə qərarları › İş №3(009)-2037/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2037/2023

26.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2037/2023 26.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Şahin Zülfüqar oğlunun sədrliyi Ağayeva Narqələm Bayram qızının katibliyi ilə xx.xx.1989-cu ildə Rusiya Federasiyası Sverdlovski vilayətində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Həsənabala oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsinə dair Səbail rayon Polis İdarəsindən daxil olmuş materiallara baxaraq... MÜƏYYƏN ETDİ: Bakı şəhəri, Səbail rayon Polis İdarəsindən daxil olmuş inzibati xəta haqqında protokola əsasən Şəxs Həsənabala oğlu xx.xx.20323-cü il tarixdə saat 13 radələrində ünvan 2 ünvanında xidməti vəzifələrini yerinə yetirən polisin qanuni tələblərinə tabe olmamışdır. Bununla da Şəxs Həsənabala oğlu AR İXM-nın 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Məhkəmə iclasında dindirilmiş inzibati xəta törətmiş şəxs Şəxs Həsənabala oğlu özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki o, Xəqani 14 ünvanda yerləşən Hosteldə gecələmək üçün qalmış xx.xx.2023-cü il tarixdə saat 13 radələrində həmin Hostelə polis əməkdaşı gələrək, Hosteli işlədən şəxsə nə üçün Azərbaycan vətəndaşının buraxılmasını irad bildirmiş, o, öz növbəsində şəxsiyyət vəsiqəsini polisə təqdim edərək azərbaycanlı olduğunu demiş, polis şəxsiyyət vəsiqəsinə bir müddət baxdıqdan sonra şəxsiyyət vəsiqəsini onun əlindən almış, yuxudan durduğu üçün yuyunma otağına keçmiş, sonra digər polis əməkdaşları onu 39-cu polis bölməsinə gətirərək izahatını almışlar. Məhkəmə inzibati xəta törətmiş şəxsin izahatını və şahid ifadəsini dinləyib və inzibati xəta haqqında toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Həsənabala oğlu əməlində AR İXM-nın 535.1-ci maddəsinin tərkibi mövcuddur, onun özünü həmin xətanı törətməkdə təqsirli bilməməsi özünü müdafiə xarakteri daşımaqla məsuliyyətdən yayınmaq məqsədi güdür. Məhkəmə iclasında şahid qismində dindirilmiş Səbail rayon 39-cu Polis bölməsinin sahə müvəkkili X1 öz ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə saat 13 radələrində ərazidə xidmət apararkən Xəqani küçəsi 14 ünvanında yerləşən Hostelə daxil olmuş, məqsəd dəfələrlə həmin Hosteldə müvəqqəti qalan Azərbaycan vətəndaşları tərəfindən xarici vətəndaşlara qarşı oğurluq hadisəsinin törədildiyi üçün orada Azərbaycan vətəndaşlarının olub-olmamasını yoxlamaq olmuşdur, Hosteldə 1 Azərbaycan vətəndaşının olmasını görüb sahibinə irad tutmuş, həmin şəxsin şəxsiyyətini müəyyən etmək üçün şəxsiyyət vəsiqəsini almış, həmin dərhal şəxsiyyət vəsiqəsini onun əlindən alaraq yuyunma otağına keçmiş, dəfələrlə şəxsiyyət vəsiqəsinin təqdim edilib şəxsiyyətini müəyyənləşdirmək məqsədilə bağlı ona xəbərdarlıq edilsə də, həmin şəxs onun qanuni tələblərinə tabe olmamış və bu səbəbdən polis bölməsinə gətirilərək onun barəsində protokol tərtib edilmişdir. Beləliklə tərtib edilmiş protokolla, raportla və məhkəmə iclasında alınmış şahid ifadəsi ilə Şəxs Həsənabala oğlunun inzibati xətanı törətməsi faktı tam sübuta yetirilir və məhkəmə Şəxs özünü İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilməməsini, özünü müdafiə xarakter daşıma və məsuliyyətdən yayınma kimi qiymətləndirir. Şəxs Həsənabala oğlu barəsində tətbiq ediləcək inzibati tənbeh növünü müzakirə edərkən məhkəmə aşağıdakı qənaətə gəlir. AR İXM-nın 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tətbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd edilən Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inizbati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdırılan hallar nəzərə alınır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, inizbati xəta törədən şəxsin şəxsiyyətini və işin faktiki hallarını nəzərə alaraq Şəxs Həsənabala oğluna AR İMX-nın 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh verilməsini məqsədə uyğun hesab edir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4, 114-115ci maddələrini rəhbər tutaraq məhkəmə… QƏRARA ALDİ: Şəxs Həsənabala oğlu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinərək onun barəsində 200 (iki yüz) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərardan 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şahin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar