Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-204/2022 04.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 19 Yanvar 2022-ci il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 9500.00 Avro məbləğində vəsaiti 10 Dekabr 2019- cu il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 9500.00 Avro məbləğində vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 11 Dekabr 2021-ci il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir. Nəticədə "xxxx" QSC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs nümayəndəsi Nümayəndə protokola etiraz edərək bildirmişdir ki, Şəxs barəsində AR İXM-nin 430.4-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında Protokolu qəbul etmir, ilk növbədə Şəxs barəsində AR Mərkəzi Bankı tərəfindən AR İXM-nin 430.4cü maddəsi ilə inzibati xəta haqqında Protokol tərtib edilərkən İnzibati Xətalar Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. İnzibati Xətalar Məcəlləsinin normalarının tələblərindən birmənalı şəkildə görünür ki, inzibati xəta haqqında işə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi nümayəndəsinin və ya vəkilinin iştirakı ilə baxılır və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsi nümayəndəsinin və ya vəkilinin bu zaman izahat vermək və sübutlar təqdim etmək hüququ vardır. Lakin 19 yanvar 2022-ci il tarixli Protokola birlikdə baxılması üçün məhkəməyə göndərilmiş sənədlərə nəzər saldıqda aydın olur ki, inzibati xəta haqqında protokolu tərtib edən AR Mərkəzi Bankı tərəfindən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxsnə inzibati xəta haqqında işə baxılmanın yeri və vaxtı barəsində hər hansı məlumat verilməmiş və bu barədə hər hansı bir bildiriş göndərilməmişdir. Halbuki səlahiyyətli orqan barəsində inzibati xəta haqqında iş aparılan şəxsi işin aparıldığı yer və vaxt barəsində lazımi qaydada məlumatlandırmaq vəzifəsi daşıyır. Həm inzibati xəta haqqında Protokoldan, həm də həmin Protokola əlavə edilmiş sənədlərdən də göründüyü kimi Protokolu tərtib etmiş AR Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 61,64, 100 və 106-cı maddəsinin imperativ tələbləri kobud şəkildə pozulmuşdur. Bu isə tərtib edilmiş protokolun əsassızlığına və qanunsuzluğuna dəlalət etməklə onun ləğv edilməsi üçün bir səbəbdir. Qeyd edilən səbəblərdən Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə tərtib edilmiş EP ******* nömrəli 19 yanvar 2022-ci il tarixli “İnzibati Xəta haqqında Protokolu qanunsuz və əsassız hesab edirlər. Əlavə olaraq Şəxs barəsində AR Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 19 yanvar 2022-ci il tarixli İnzibati Xəta haqqında Protokolun tərtib edilməsinin əsası kimi göstərilmişdir ki, Şəxs 10 dekabr 2019-cu il tarixində 9500.00 Avro məbləğində vəsaiti xaricə köçürmüş, lakin 2 il müddət keçsə də həmin vəsait hesabına alman malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Məhkəməyə təqdim edilən, o cümlədən də köçürmə əməliyyatı aparmış banka əməliyyatın aparılması zamanı təqdim edilmiş 09 dekabr 2019-cu il tarixli Ödəniş Tapşırığından, eləcə də həmin tapşırığın tərtib edilməsinə əsas olmuş 04.11.2019-cu il tarixli hesab-fakturadan və 04.05.2016-cı il tarixli Müqavilədən də göründüyü kimi Şəxs tərəfindən 10 dekabr 2019-cu il tarixində xaricə köçürülmüş 9500.00 Avro məbləğində vəsait barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Universitetlə İsveçrənin “UBİS” Universiteti arasında bağlanmış MBA proqramı üzrə ikili diplom layihəsi çərçivəsində təhsil alan tələbələr üçün köçürülmüş təhsil haqqı məbləği olmuşdur. İsveçrənin “UBİS” Universiteti tərəfindən Şəxsnə göndərilmiş 04.11.2019-cu il tarixli, 6301968/19/1502 nömrəli Hesab-fakturaya əsasən Universitet ikili diplom layihəsi çərçivəsində təhsil alan, hesab-fakturada adları qeyd edilmiş tələbələr üçün ümumilikdə 11 400.00 Avro məbləğindəki təhsil haqqını “UBİS” Universitetinə köçürməli idi. Həmin hesabfakturada adları qeyd edilən 6 tələbədən 5-i təhsil haqqını ödədiyi üçün Universitet həmin 5 tələbənin təhsil haqqını - ümumilikdə 9500.00 Avro məbləğindəki vəsaiti əməkdaşlıq etdiyi və xidmət aldığı Universitetə köçürmüşdür. Bütün bu qeyd edilənləri təsdiq edən sənədlər 10.12.2019-cu il tarixində tərəfimizdən bank xidməti göstərən müvafiq banka təqdim edilmişdir. Bunun əksi mümkün də deyildir. Çünki həmin sənədlər təqdim edilmədən hər hansı bir bank xaricə köçürmə əməliyyatını aparmır və bu əməliyyatları aparmaqdan imtina edirlər. İşin faktiki hallarından da göründüyü kimi barəsində inzibati xəta haqqında Protokol tərtib edilmiş Universitet tərəfindən hər hansı qanunvericiliyin tələbləri, eləcə də AR İXM-nin 430.4-cü maddəsinin tələbləri pozulmamışdır. Ümumiyyətlə indiki halda AR İXM-nin 430.4-cü maddəsi Şəxsnə münasibətdə tətbiq edilə bilməz. Belə ki, AR İXM-nin 430.4-cü maddəsində avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasından söhbət gedir. Hazırki halda isə Universitet tərəfindən avans yolu ilə xaricə pul köçürülməmişdir. Universitet tərəfindən xaricə köçürülmüş pul vəsaiti “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3.7.3-cü maddəsində qeyd edildiyi kimi ikili diplom layihəsi çərçivəsində təhsil alan fiziki şəxslərin təhsil haqqı ödənişi ilə bağlı olmuşdur ki, bunu da təsdiq edən sənədlərin siyahısı həmin Qaydaların özündə göstərilmişdir. Qaydalarda qeyd edilən sənədlərin surətləri köçürmə əməliyyatı aparılan zaman bank xidmətləri göstərən banka təqdim edilmiş və köçürmə əməliyyatı yalnız bundan sonra həyata keçirilmişdir. Universitet tərəfindən xaricə köçürülmüş vəsaitə münasibətdə Qaydaların 4.3.7.3-cü maddəsi tətbiq edildiyi üçün burada 2 illik bir müddətdən və ya hər hansı vəsaitin geri qaytarılmasından söhbət belə gedə bilməz. İşin faktiki hallarından və iş üzrə təqdim edilmiş sübutlardan da göründüyü kimi, barəsində inzibati xəta haqqında Protokol tərtib edilmiş Şəxs hazırki iş üzrə AR İXM- nin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən subyekt qismində çıxış edə bilməz. Qeyd edilənləri rəhbər tutaraq hesab edirllər ki, Universitet barəsində tərtib olunmuş EP ******* nömrəli 19 yanvar 2022-ci il tarixli inzibati xəta haqqında protokola dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İşin faktiki hallarından və istinad edilən hüquq normalarının tələblərindən də göründüyü kimi Şəxs barəsində AR Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 19.01.2022-ci il tarixli, EP ******* nömrəli İnzibati xəta haqqında Protokol tamamilə qanunsuz və əsassızdır. Yuxarıda qeyd edilənləri rəhbər tutaraq AR Mərkəzi Bankı tərəfindən Şəxs barəsində tərtib edilmiş 19.01.2022-ci il tarixli, EP ******* nömrəli İnzibati xəta haqqında Protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş "xxxx" ASC -nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış 10.12.2021-ci il tarixli 001/0026/6882/2021/1 saylı məktubundan görünür ki, müştəri “Qərbi Kaspi Universiteti” (VÖEN **********) tərəfindən 10.12.2019-cu il tarixində "xxxx" ASC vasitəsilə xaricə 9,500.00 (doqquz min beş yüz) Avro məbləğində qabaqcadan ödəniş aparılmışdır. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyri-rezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları” ilə nəzərdə tutulmuş müddətdə qabaqcadan ödəniş müqabilində 9,500.00 (doqquz min beş yüz) Avro dəyərində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmamış və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ müştərinin "xxxx" ASC-də olan hesablarına geri qaytarılmamışdır. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından görünür ki, 04.05.2016-cı il tarixli əməkdaşlıq müqaviləsi və 12.11.2019-cu il tarixli 6301968/19/1502 saylı İNVOİCE əsasında “Qərbi Kaspi Universiteti” tərəfindən 09.12.2019-cu il tarixdə 9500.00 (doqquz min beş yüz AVRO 00 sent) Avro məbləğində vəsait University of Business and İnternational Studies-in (UBİS) bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş 12.11.2019-cu il tarixli 6301968/19/1502 saylı İNVOİCE sənədindən görünür ki, Qərbi Kaspi Universiteti” tərəfindən hesab-fakturada adları qeyd edilmiş tələbələr (Afaq Əhmədov, Zemfira Quliyeva, Fərid Azayev, Azaz Əliyev, Aytən Bağırova və Cavid Məmmədov) üçün ümumilikdə 11 400.00 Avro məbləğindəki təhsil haqqını “UBİS” Universitetinə köçürməlidir. İş materiallarına əlavə edilmiş magist (MBA) təhsil haqqında müqavillərdən görünür ki, Afaq Əhmədov, Zemfira Quliyeva, Fərid Azayev, Azaz Əliyev, Aytən Bağırova və Cavid Məmmədov tərəfindən təhsil haqqının 1900 avrosu 2019-cu ilin sentyabr tarixinədək ödənilməlidir. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması” Qaydalarının 4.3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır: 4.3.1.2. ödəniş göstərilməsi ilə əlaqədar olduqda banka xidmətin göstərilməsi üzrə müqavilə və ya ödənişin təyinatını, məbləğini və xidmətlər barədə məlumatı özündə əks etdirən bildiriş, hesab-faktura və ya digər sənədlər, həmçinin xidmətlərin göstərilməsini təsdiq edən sənədlər (xidmətlərin qəbul edilməsini təsdiqləyən akt (nəqliyyat vasitələrinə respublikadan kənarda xidmətlərin göstərilməsinə dair hesab-faktura həmin xidmətlərin göstərildiyini təsdiq edən sənəd kimi çıxış edə bilər) və ya digər sənəd) təqdim edilir; 4.3.1.3. qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilməclikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir". Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən “Azərbaycan Respublikasından kənara bank hesablarından xarici valyutada köçürmələr aşağıdakı növ əməliyyatlar üzrə aparılır: 4.3. 7. aşağıdakı məqsədlərlə rezidentlər və qeyri-rezidentlər tərəfindən aparılan köçürmələr (bu halda təsdiqedici sənəd kimi tərəflər arasında bağlanmış müqavilə, ödənişin təyinatını və məbləğini təsdiqləyən hesab-faktura və ya elektron kommersiya bildirişi təqdim edilir): 4.3.7.3. rezidentlər və qeyri-rezidentlər tərəfindən özlərinin və ya digər fiziki şəxsin (şəxslərin) təhsil və müalicə haqlarının ödənilməsi (təhsil haqqlarının ödənilməsi zamanı təhsil müəssisəsinin ödənişin təyinatını, məbləğini və bank hesabının nömrəsini təsdiqləyən məktubu hesab-fakturanı əvəz edə bilər)". Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs tərəfindən 09.12.2019-cu il tarixdə University of Business and İnternational Studies-in (UBİS) bank hesabına köçürülmüş 9500.00 (doqquz min beş yüz AVRO 00 sent) Avro məbləğində vəsaitin tələbələrin təhsil haqqı ödənişi üçün göndərilməsi təqdim edilmiş sənədlərlə sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Həmin Məcəllənin 53.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda; inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53,115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-204/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-204/2022
04.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver