Məhkəmə qərarları › İş №3(009)-204/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-204/2023

11.08.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-204/2023 11.08.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X9 qızının katibliyi, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə və protokol tərtib etmiş Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 06 fevral 2023-ci il tarixli 00100-00343/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında 00100-00343/23 saylı, 06 fevral 2023-cü il tarixli protokoldan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Çin Xalq Respublikasının “Saitong” şirkətindən “Events & Freight Solutions Limited” şirkətinin tapşırığı ilə 99AA959/90AA960 nömrə nişanlı yük avtomaşınının üzərində olan CRXU ******* nömrəli konteynerdə EFS 021122-4 nömrəli 06 noyabr 2022-ci il tarixli invoys sənədi üzrə daxil olmuş mallar Bakı Baş Gömrük İdarəsində **********6880 sorğu nömrəli 17 yanvar 2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan edilmiş mallara gömrük yoxlaması keçirilən zaman gömrük bəyannaməsinin 2-ci mal mövqeyində( EFS 021122-4 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 3-cü mal mövqeyində) XİFMN üzrə ********** kod altında bəyan edilmiş malların XİFMN üzrə təsnifat kodunun müəyyən edilməsi məqsədilə eksperiza tədqiqatının aparılması zərurəti yarandığından X6 İdarəsinə 1400-024/0xx-xx/000691 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət edilmiş, həmin idarədən daxil olmuş 2200- 011/0xx-xx/000322 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, Şəxs MMC ünvanına EFS 021122-4 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 3-cü mal mövqeyi üzrə idxal olunan yük naqili kommunikasiya şəbəkələrində siqnalları qəbul edərək istifadə nöqtələrinə bərarəb miqdarda bölüşdürülməsi və paylanması üçün optik lifli PLC splitter adlı paylayıcı olub XİFMN-ə görə ********** alt yarım mövqeyində sinifləşdirilir. Qeyd edilən faktla bağlı aparılan araşdırma zamanı hüquqi şəxs Şəxs MMC-nin nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X1 Gömrük Ekspertizası İdarəsinin 2200-011/0xxxx/000322 nömrəli xx.xx.2023-cü il tarixli rəyində qeyd edilən malın XİFMN üzrə kodu ilə razı olmadığı üçün təkrar ekspertizanın keçirilməsi məqsədi ilə Bakı Baş Gömrük İdarəsinə xx.xx.2023-cü il tarixli vəsatət ilə müraciət etmişdir. Beləliklə də, Şəxs MMC-nin ünvanına EFS 021122-4 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 3-cü mal mövqeyi üzrə idxal olunan yükün xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq aidiyyətinin və təsnifat kodunun müəyyən edilməsi məqsədilə təkrar eksperizanın aparılması zərurəti yaranmışdır. Çin Xalq Respublikasından 90AA959/90AA960 nömrə nişanlı yük avtomaşınının üzərində olan CRXU ******* nömrəli konteynerdə EFS 021122-4 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 3-cü mal mövqeyi üzrə idxal olunan yükün təkrar ekspertizası keçirilərək xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq hansı kod altıda sinifləsdirildivi barədə rəy verilməsi üçün X5 İdarəsinə 1400- 013/0xxxx/001106 nömrəli xx.xx.2023-cü il tarixli məktubla müraciət olunmuş, həmin idarədən Bakı Baş Gömrük idarəsinə göndərilmiş 2200-012/0xx-xx/000530 nömrəli xx.xx.2023-cü il tarixli cavab məktubuna əsasən təkrar ekspertizanın aparılması və sənədlərin araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, “Nepon" MMC-nin ünvanına EFS 021122-4 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 3-cü mövqeyi üzrə idxal olunan yük naqilli kommunikasiya şəbəkələrində siqnalları qəbul edərək istifadə nöqtələrinə bərabər miqdarda bölüşdürülməsi və paylanması üçün optik lifli PLC splitter adlı paylayıcı olub XİFMN-ə görə ********** alt yarımmövqeyində sifləşdirilir. Araşdırma zamanı Şəxs MMC-nin ünvanına EFS 021122-4 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 3-cü mövqeyi üzrə idxal olunan malların XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləsdirildiyi təqdirdə bu halın gömrük ödənişlərinin məbləğinə təsir edib-etməməsi, təsir etdiyi təqdirdə Şəxs MMC tərəfindən **********6880 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği barədə Əməliyyat və Təhqiqat idarəsinin Təhqiqat şöbəsinə məlumat verilməsi üçün Gömrük əməliyyatları İdarəsinə 34/013/002855 saylı xx.xx.2023-cü il tarixli raportla sorğu verilmiş, həmin sorğuya cavab olaraq Təhqiqat şöbəsinə daxil olmuş 34/012/002964 saylı xx.xx.2023-cü il tarixli raporta əsasən Şəxs MMC tərəfindən təqdim olunan **********6880 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi ilə bəyan olunan, EFS 021122- 4 nömrəli xx.xx.2022-ci il tarixli invoys sənədinin 3-cü mövqeyi üzrə idxal olunan malların X5 İdarəsinin ekspert rəyinə əsasən XİFMN-ə görə ********** alt yarımmövqeyində sinifləsdirildiyi təqdirdə 3053,01 manat idxal gömrük rüsumu, 549,55 manat ƏDV olmaqla ümumlikdə 3602,56 manat əlavə ödəniləcək gömrük ödənişləri yaranacaqdır. Beləliklə, X5 idarəsinin rəylərinə əsasən EFS 021122-4 nömrəli xx.xx.2022-ci il il tarixli invoys sənədinin 3-cü mövqeyi üzrə idxal olunan mallar XİFMN üzrə ********** kod altında sinifləşdirilir, nəticədə Şəxs MMC tərəfindən **********6880 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği idxal gömrük rüsumu üzrə 3053,01 manat, ƏDV üzrə 549,55 manat olmaqla ümumlikdə 3602,56 manat təşkil edir. Bununla da, Şəxs MMC **********6880 sorğu nömrəli xx.xx.2023-cü il tarixli gömrük bəyannaməsi üzrə ümumilikdə 3602,56 manat məbləğində gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən protokol tərtib etmiş şəxsin nümayəndəsi X7, protokolu müdafiə edərək Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə inzibati tənbeh tətbiq olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi Nümayəndə hüquqi şəxs Şəxs MMC-nin hərəkətlərində inzibati xəta tərkibi olmadığına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin eksperti Kamran Dünyamalıyev ifadəsində bildirmişdir ki, hazırki iş üzrə rəyin verilməsi səlahiyyətləri var, ekspertizanın növü və ixtisas sahəsi ərzaq və sənaye mallarının əmtəəşünaslıq tədqiqatı olduğundan predmet onlara aiddir. Aparılmış tədqiqat nəticəsində iş materiallarında olan sənədlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına əsasən təqdim edilmiş yüksək tezlikli kanalları bir-birindən ayırmaq və onların eyni anda xətdə işləməsini təmin etmək üçün nəzərdə tutulmuş, ictimai telekommunikasiya şəbəkələrindən istifadə edilən Splitterlərin “8536 70 000 0” koda uyğunluğu müəyyən edilmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, ekspertiza rəylərini tədqiq edərək və iş üzrə digər mühüm əhəmiyyət kəsb edən materialları araşdıraraq hesab edir ki, Şəxs MMC barəsində tərtib edilmiş protokol üzrə işin icraatına xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Dövlət Gömrük Komitəsinin xüsusi gömrük prosedurları şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, idxalatçı "xxxx" MMC-nin adına ÇXR-dan 90AA959/90AA960 dövlət nömrə nişanlı avtomaşının üzərindəki CRXU9942347 nömrəli konteynerdə EFS 021122-4 saylı xx.xx.2022-ci il tarixli invoys əsasında daxil olmuş və **********6880 saylı GB ilə bəyan edilmiş yükə gömrük yoxlaması keçirilən zaman , GB-nin 2-ci mal mövqeyindəki “Saitong şirkətinin istehsalı olan optik liflər, lifli-optik jqutlar üçün birləşdiricilər, splitterlər”-in xarici iqtisadi fəaliyyətin mal nomenklaturasına uyğun olaraq təsnifat kodunu müəyyən edilməsi məqsədilə ilkin spertizanın aparılması zərurəti yarandığından, Dövlət Gömrük Komitəsi X5 İdarəsinə 1400-024/0xx-xx/000691 saylı xx.xx.2023-cü il tarixli məktub ünvanlandırılmış və 2200- 011/0xx-xx/000322 saylı xx.xx.2023-cü il tarixli cavab rəyinə əsasən , qeyd edilən malın kodu bəyan edildiyi kimi ********** deyil, ********* olduğu müəyyən edilmişdir. X5 İdarəsinin xx.xx.2023-cü il tarixli sənədindən görünür ki, EFS 021122-4 nömrəli xx.xx.2022-ci il tarixli invoysun 3-cü mövqeyi üzrə idxal olunan yük naqilli kommunikasiya şəbəkələrində siqnalları qəbul edərək istifadə nöqtələrinə bərabər miqdarda bölüşdürülməsi və paylanması üçün optik lifli PLC splitter adlı paylayıcı olub XİF MN-ə görə 8517 69 900 0 alt yarımmövqeyində sinifləşdirir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 13 iyun 2023-cü il tarixli 9/2104 saylı ekspert rəyindən görünür ki, iş materiallarında olan sənədlərə əsasən Aparılmış tədqiqat nəticəsində iş materiallarında olan sənədlərə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”nə əsasən ekspertiza tədqiqatına əsasən təqdim edilmiş yüksək tezlikli kanalları bir-birindən ayırmaq və onların eyni anda xətdə işləməsini təmin etmək üçün nəzərdə tutulmuş, ictimai telekommunikasiya şəbəkələrindən istifadə edilən Splitterlərin “8536 70 000 0” koda uyğunluğu müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinə əsasən gömrük ödənişlərini (borcunu) ödəməkdən yayınmağa görə, bu az miqdarda olduqda ödənilməli olan gömrük ödənişlərinin məbləğinin yetmiş faizindən yüz əlli faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.2.1-ci maddəsinə görə bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.1.4-cü maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Məhkəmə hesab edir ki, Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 105, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmadığına görə, barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə başlanılmış icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar