Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2040/2024 17.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X2 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: X1 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 04 sentyabr 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xəta haqqında protokolu və digər materialları araşdıraraq hesab edirəm ki, iş baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. İnzibati xətta haqqında protokola əsasən, xx.xx.2024-cü il tarixdə Astara gömrük İdarəsinin “Cənub-Astara” gömrük postundan keçməklə İran İslam Respublikasından ayrıayrı şəxslərə məxsus yükləri daşıyan 42BR237/42ZA525 nömrə nişanlı yük avtomaşınına Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunda 08 avqust 2024-cü il tarixdə gömrük yoxlaması həyata keçirilmişdir. Gömrük yoxlaması zamanı yük avtomaşınında Azərbaycan Respublikasının vətəndaşı X2 tərəfindən ayrı-ayrı şəxslərin adına gömrük ərazisinə gətirilən malların içərisində gömrük orqanına bəyan edilməyən, heç bir malmüşayiət sənədi olmayan netto çəkisi 3.220 kg olan 94 ədəd ceyran göbəyi yükü aşkar edilmişdir. Araşdırma zamanı İran İslam Respublikasından 42BR237/42ZA525 nömrə nişanlı yük avtomaşınında ümumilikdə 5 (beş) ayrı idxalatçının adına gətirilmiş malların “karqo daşımasının” və gömrük rəsmiləşdirilməsinin aparılmasının X2 tərəfindən həyata keçirildiyi və aşkar edilmiş netto çəkisi 3.220 kq olan 94 ədəd ceyran göbəyi yükünün ünvan 1 ünvanında qeydiyyatda olan X2 tərəfindən gömrük orqanına bəyan edilməli olduğu halda bəyan edilmədiyi müəyyən edilmişdir. Azərbaycan Respublikasının vətəndaşı X2 tərəfindən gömrük orqanına bəyan edilməyən malların dəyəri işin halları ilə uyğun olub-olmamasının və əhəmiyyət kəsb edən digər halların müəyyən edilməsi məqsədi ilə elmi cəhətdən əsaslandırılmış müvafiq tədqiqatlar aparılmalı olduğundan ekspertiza tədqiqatlarının aparılmasına zərurət yaranmışdır. Aparılmış araşdırma zamanı netto çəkisi 3.220 kq olan 94 ədəd ceyran göbəyi yükünün qiymətləndirilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-005146/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyindən Bakı Baş Sömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 120 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd ceyran göbəyinin xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin 34.60 manat olmağla, 94 ədəd ceyran göbəyinin ümumilikdə orta bazar qiymətinin 3252,40 (üç min iki yüz əlli iki manat qırx qəpik) manat olduğu müəyyən edilmişdir. Beləliklə də, aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olan, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan Azərbaycan Respublikasının vətəndaşı X2 tərəfindən gömrük orqanına bəyan edilməyən malların umilikdə orta bazar qiyməti 3252,40 (üç min iki yüz əlli iki manat qırx qəpik) manat təşkil edir, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinin Qeyd hissəsinə əsasən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edildiyindən, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsində ********** eyniləşdirmə nömrəsi ilə vergi ödəyicisi kimi qeydiyyata alınmış X2 vəzifəli şəxs hesab edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsində Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin “az miqdarda” bəyan edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin məcəllənin 479-cu maddəsinin qeyd hissəsinə əsasən gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməməsi “az miqdarda” dedikdə əlli min manatadək olan məbləğ başa düşülür. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, X1 qeydiyyatda olduğu ünvan Bakı şəhəri, Nizami rayonu, Bəhruz Nuriyev ev 26, mənzil 50-dir. Nəzərə alsaq ki, X2 qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi qeydiyyatda olduğu ünvanda müvafiq tədbir görməyərək netto çəkisi 3.220 kq olan 94 ədəd ceyran göbəyi yükünün qiymətləndirilməsi məqsədilə xüsusi biliyə malik ekspertlər tərəfindən ekspertiza tədqiqatının aparılması zərurəti yarandığından 3-33-1100/2-005146/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubla Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinə müraciət edərək iş üzrə ekspertiza təyin edilməsi haqqında qərara əsasən ekspertizanın aparılması “Azərekspertiza” Birliyinin ekspertlərinə həvalə edilmişdir. “Azərekspertiza” Birliyindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş 120 nömrəli ekspert rəyinə əsasən ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd ceyran göbəyinin xx.xx.2024-cü il tarixə orta bazar qiymətinin 34.60 manat olmağla, 94 ədəd ceyran göbəyinin ümumilikdə orta bazar qiymətinin 3252,40 (üç min iki yüz əlli iki manat qırx qəpik) manat olduğu müəyyən edilmişdir mallarını bəyan etməməklə hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi X1 qeydiyyatda olduğu ünvanda baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri X1 qeydiyyatda olduğu ünvandır. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: X2 tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş 04 sentyabr 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Nizami Rayon Məhkəməsinə göndərilsin. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2040/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2040/2024
17.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver