Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2042/2021 17.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, X1, onun nümayəndəsi və vəkili «Kredo» Vəkil Bürosunun vəkili X3, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X4 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbeh vermə haqqında 27.09.2021-ci il tarixli MN ******* saylı qərarının ləğv edilməsinə dair X7 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati tənbeh vermə haqqında qərar qəbul olunmuş X12 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 27.09.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət verərək, həmin qərarın ləğv olunmasını və başlanmış inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 21.07.2017-ci il tarixli 554/17-R nömrəli əmək müqaviləsi ilə X9 "xxxx" MMC-də Satıcı vəzifəsində işləməyə başlamışdır. Bir müddət sonra, Nəsimi rayon Polis İdarəsinin 22-ci Poliş Şöbəsi tərəfindən verilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında Qərarda göstərildiyi kimi, mağazadan oğurluq etdiyi üçün 01.12.2019-cu il tarixindən etibarən R.Ağazadə iş günləri ərzində iş yerinə çıxmamağa başlamış, dəfələrlə zəng edilməsinə baxmayaraq zənglərə cavab verməmiş və buna görə də, bağlanmış əmək müqaviləsinə 13.01.2020-ci ildə AR Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən xitam verilmişdir. Üzərindən 1 ildən artıq vaxt keçdikdən sonra, R.Ağazadə şirkətə müraciət etmədən, 18.03.2021-ci il tarixində birbaşa X11 Xidmətinə hüquqlarının pozulması ilə bağlı şikayət ünvanlamışdır. R.Ağazadənin X11 Xidməti Bakı şəhər İdarəsinə əmək müqaviləsinə xitam verilməsi maddəsinin dəyişdirilməsi ilə bağlı ünvanladığı şikayətlə bağlı, DƏMX Bakı şəhər İdarəsinin əməkdaşları bir sıra sənədlər tələb etmiş və nəticədə məzuniyyət haqlarının hesablanmasında və ödənilməsində qanun pozuntularına yol verilməsi dair inzibati xətanın əlamətlərinin olmasını hesab edərək 27 may 2021-ci il tarixli, MN ******* nömrəli qərarı ilə İXM-nin 192.4-cii maddəsinə əsasən ona 1000 manat məbləğində cərimə tətbiq etmişlər. Nəticədə isə ödənişləri etdikləri, işçinin hüquqlarını pozmadıqları halda, əsassız yerə cərimə edilmişdir. Məhkəmə prosesi zamanı R.Ağazadə verdiyi ifadələrinə görə o, Talassemiya xəstəliyi ilə bağlı əlil olduğudan və buna görə uzun müddət işə gəlməmiş, əlilliyə görə qanunvericilikdə nəzərdə tutulmuş güzəştlər ona şirkət tərəfindən verilməmişdir. Halbuki, onun xəstəliyi ilə bağlı heç bir şikayəti olmamış və o, nə xəstəliyi, nə də əlilliyi barədə heç bir sənəd şirkətə təqdim etməmiş və təqdim etdiyini sübut edən hər-hansı bir sənəd də göstərə bilməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1993-cii il 8 yanvar tarixli 9 nömrəli qərarınını 2 nömrəli əlavəsində yer almış Sosial sığorta haqları ödəyən vətəndaşlara xəstəlik vərəqələrinin verilməsi qaydası haqqında Təlimatın 1-ci maddəsində birmənalı göstərilmişdir ki, sığorta haqları ödəyən şəxsin müvəqqəti olaraq əmək qabiliyyətini itirməsi yalnız xəstəlik (əmək qabiliyyətini itirmək) vərəqəsi ilə təsdiq olunur. Bundan əlavə, Əmək Məcəlləsinin 296-cı maddəsinə əsasən, işçi hüququnun pozulduğunu hesab etdiyi gündən etibarən 3 təqvim ayı ərzində fərdi əmək mübahisələrinə baxan orqana və 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilərdi. Hadisənin işçiyə bəlli olduğu tarixdən artıq bir ildən artıq müddətin keçdiyini nəzərə alaraq, işçi şikayət müddətini də ötürmüşdür. Bundan əlavə, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30.07.2021-ci il tarixli Qərarında göstərilmişdir ki, X11 Xidməti əmək qanunvericiliyində fərdi əmək mübahisələrinə baxan orqanların dairəsinə daxil edilmədiyindən, həmçinin Əsasnaməyə görə təyinatı əmək qanunvericiliyi sisteminə daxil olan normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini həyata keçirmək olduğundan, o, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan kimi qəbul edilə bilməz. Buna görə, DƏMX-nin fərdi əmək mübahisəsinə baxma səlahiyyəti də yoxdur. İnzibati xəta haqqında protokol tərtib edilərkən də, DƏMX-i tərəfindən müəyyən səhvlərə də yol verilmişdir. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 100.1-ci maddəsində inzibati xəta haqqında protokolda göstərilməli olan məlumatlar öz əksini tapmışdır. Belə ki, barəsində tərtib edilmiş protokolda inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-nin müvafiq maddəsi göstərilməmişdir (100.1.5). Əlavə olaraq, vacib olan məqam ondan ibarətdir ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci maddəsinə əsasən, bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra da bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Burada uzanan inzibati xətanın yer alması mümküm deyil, çünki həm Səbail rayon, həm də Apellasiya Məhkəmələri qərarı qüvvədə saxlayarkən əmək müqaviləsinə xitam əmrinə deyil, məzuniyyət haqqlarının səhv ödənilməsinə deyil, yalnız son haqq-hesabın 2 gün gec ödənilməsinə istinad etmişlər. Odur ki, yazılanları və işçinin əmək və məzuniyyət haqqlarının tam ödənildiyini nəzərə alaraq X11 Xidməti Bakı şəhər İdarəsinin 27.09.2021ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin səlahiyyətli nümayəndəsi X8 şikayət ərizəsində göstərilənlərlə razılaşmayaraq, hazırki iş üzrə daxil olmuş müraciət əsasında qanunauyğun qaydada araşdırma aparıldığını, əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yaranan nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verildiyinin aşkarlandığını və bununla bağlı inzibati xəta haqqında protokol tərtib edilərək, onun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edildiyini bildirərək, şikayətin təmin edilməməsini və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin 27.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X12, şikayət ərizəsinə uyğun izahat verərək, şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidməti tərəfindən qəbul edilmiş 27.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən X1 vəkili, «Kredo» Vəkil Bürosunun vəkili X5 şikayəti müdafiə edərək, X12 barəsində X11 tərəfindən 27.09.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qəbul edilərkən qanunvericliyin tələblərinin kobud şəkildə pozulduğu, əvvəllər eyni əsaslarla X7 barəsində inzibati tənveh vermə haqqında qərar qəbul edildiyi nəzərə alınaraq 27.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və iş materiallarını araşdırıb hesab edir ki, şikayət təmin olunmalı, qərar ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin Bakı Şəhər İdarəsinin rəisi Həmid Ədhəmovun 27.09.2021-ci il tarixli MN ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, vətəndaş X6 əmək və məzuniyyət haqqlarının hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yaranan nöqsanlar istisna olmaqla qanun pozuntularına yol verildiyi aşkar edilmişdir. X2 AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törtəmiş və barəsində 1100 (bir min yüz) manat inzibati cərimə tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə bir inzibati xətaya görə heç kim iki dəfə inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 12-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iş materialları və məhkəmə araşdırılması zamanı X7 Azərbaycan Respublikası İXM-nin 192.1-ci maddəsinin tələblərini pozması məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından şikayət təmin edilməli və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 27.09.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı qanunsuz və əsassız olduğundan ləğv edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 76, 84, 128, 133-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X7 şikayəti təmin edilsin. X1 barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X11 Xidmətinin 27.09.2021-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2042/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2042/2021
17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver