Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2042/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hüseynova Mələk Bəxtiyar qızının katibliyi, Barəsində inzibati protokol tərtib edilmiş şəxs Şəxs, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati protokol tərtib edilmiş şəxsin müdafiəşisi X4, Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X5 iştirakları ilə, xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ünvan 1 ünvanında yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra Şöbəsinin icra məmuru X6 tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu müdafiə edən şəxs Bakı şəhəri Bakı şəhəri Səbail Rayon İcra şöbəsinin icra məmuru X6 bildirmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-144/2022 saylı, 28.11,2022-ci il tarixli icra sənədinə əsasən məhkəmənin icraatında olan 2(004)-4094/2022 nömrəli mülki iş üzrə məhkəmə qətnaməsi çıxarılanadək xx.xx.2006-cı il təvəllüdlü İsmayılov Tura! Araz oğlu, xx.xx.2008- ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün müvəqqəti olaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4094/2022-025 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ayhər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksənaltı) manat sabit pul məbləğində aliment cavabdeh Şəxstutularaq iddiaçı'Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. İcra sənədi 11,05.2023-ci il tarixdə Səbail icra Şöbəsinin icraatına daxil olmuş və icra tədbirlərinə başlanılmışdır. icra sənədinin icrası könüllü icra müddəti ərzində təmin edilmədiyindən məcburi icra tədbirlərinə başlanılmış, tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin müəyyən edilməsi məqsədilə müvafiq sorğular verilmiş, lakin tələbin yönəldilə biləcəyi pul vəsaitlərinin olmadığı aşkar edilmişdir. icra sənədi üzrə tələbkar Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixli ərizə ilə müraciət edərək borclu barəsində məcburi icra tədbirlərinin görülməsini xahiş etmişdir. Borclu barəsində xx.xx.2023-cü il tarixli “borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul edilərək onun ünvanına göndərilmiş, lakin yenədə çağırışlara məhəl qoymayaraq icra sənədi üzrə tələbi təmin etməkdən yayınmışdır. Aliment məbləğinin ödənilməsinin təmin edilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə məcburi gətirilmə barədə təqdimatla məhkəməyə müraciət edilmiş, Səbail rayon Məhkəməsinin 8(009)-193/2023 saylı, xx.xx.2023-cü il tarixli qərardadına əsasən təqdimat təmin edilmişdir. Həmin qərardadın icrasını həyata keçirilməsi məqsədilə xx.xx.2023-cü il tarixdə Səbail rayon Polis idarəsinə məktub ünvanlanmışdır. Hazırda aliment məbləği üzrə borc 3714 manat təşkil edir. Borclu Şəxs xx.xx.2023-cü il tarixli izahatında aylıq 400 manat ödəniş edəcəyini bildirmişdir. Həmçinin bildirir ki, borclu rəsmi olaraq hazırda heç bir yerdə işləmir və borclunun hər ay pensiya hesabından 70%-dək məbləğ aliment ödənişləri üçün çıxılır. İş üzrə tələbkar tərəf isə öz növbəsində icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, ailəlidir, alimenti ödəməkdən boyun qaçırmır, sadəcə olaraq, maddi vəziyyəti imkan vermədiyindən yığılan borcu tam məbləğdə birdəfəlik ödəyə bilmir. Hazırda heç bir yerdə işləmir, hər ay hesabından aldığı pensiya məbləğinin 70%-ni aliment üçün tutulur. Aliment ödədəiyi uşaqların doğum haqqında şəhadətnamələrin mübahisələndirilməsi ilə bağlı məhkəməyə artıq müraciət etmişdir. Hazırda isə 300 manat məbləğində ödəniş etməyə hazırdır. Məhkəmə iclasında iştirak edən tələbkar Zərərçəkmiş şəxs bildirmişdir ki, borcunu tam məbləğdə borcludan tələb edir. Həmçinin bildirir ki, borclu uşaqların atası deyil, ama nə qədər ki qüvvədə olan icra sənədi var, borcun tam məbləğini Şəxs tələb edir. Əks-halda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati protokol tərtib edilmiş şəxsin müdafiəşisi X7 bildirmişdir ki, barəsində inzibati icraat aparılan şəxs qərəzli olaraq məhkəmənin qətnaməsinin icrasından boyun qaçırmır. Borclu hazırda heç bir yerdə işləmir və aldığı pensiya məbləğindən də hər ay aliment üçün ödənişlər tutulur. Sadəcə olaraq, qətnamə qanuni qüvvəsini alan zaman artıq borc böyük bir məbləğə gəlib çatmışdır və Şəxs həmin yığılan borcu birdəfəlik ödəməyə imkanı çatmır, lakin hər ay pensiya məbləğindən aliment üçün ödənişlər edir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materialları və proses iştirakçılarının izahatları ilə müəyyən edilmişdir ki, Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 16(004)-144/2022 saylı, 28.11,2022-ci il tarixli icra sənədinə əsasən məhkəmənin icraatında olan 2(004)-4094/2022 nömrəli mülki iş üzrə məhkəmə qətnaməsi çıxarılanadək xx.xx.2006-cı il təvəllüdlü İsmayılov Tura! Araz oğlu, xx.xx.2008- ci il təvəllüdlü X1 yetkinlik yaşlarına çatanadək saxlanmaları üçün müvəqqəti olaraq hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin 2(004)-4094/2022-025 nömrəli, xx.xx.2022-ci il tarixli icra sənədinə əsasən xx.xx.2006-cı il təvəllüdlü X3 və xx.xx.2008-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanmaları üçün hər ayhər uşağa görə 193 (bir yüz doxsan üç) manat olmaqla, ümumilikdə 386 (üç yüz səksən altı) manat sabit pul məbləğində aliment cavabdeh Şəxs tutularaq iddiaçı Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Borclu tələbkara mütəmadi olaraq məhkəmə qətnaməsinə əsasən ödənişlər edir. Bunu icra məmuru və tələbkar özləri də təsdiq edir. Hazırki halda borclunun məhkəmə qətnaməsini qərəzli şəkildə icra etməməsini təsdiq edən hallar aşkar edilməmişdir və borclunun qətnaməni icra edə bilməməsi ilə bağlı göstərdiyi halları məhkəmə üzrlü hesab edir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə qeyd edir ki, İXM-nin 528.1-ci maddəsinin mənasından da aydın olur ki, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin məhz üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsin əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-8.3-cü maddələrinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.1.10-cu maddəsinə əsasən, İXM-nin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda, inzibati xəta haqqında iş üzrə icraat rədd edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta tərkibi olmamışdır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, məhkəm aktının icrasından qərəzli olaraq yayınma halı mövcud deyildir. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati xəta üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında işin icraatına xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: İlkin Rüstəmli
Məhkəmə qərarları › İş №3(009)-2042/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2042/2023
27.09.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver