Məhkəmə qərarları › İş №3(009)-2042/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2042/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2042/2025 21.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X5 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhəri İdarəsi nümayəndəsi Nümayəndə iştirakı ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhəri İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında qərardan barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 şikayətinə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhəri İdarəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi və iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsinə dair şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 şikayəti onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən “SSİ RETAİL" MMC-nin sabiq işçisi X1 xx.xx.2025-ci il tarixində xəsarət alması ilə bağlı xx.xx.2025-ci il tarixli, 3-17-5/2- 48072/2025 nömrəli məktub onlara ünvanlanmışdır. xx.xx.2025-ci il tarixində "xxxx" MMC tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə X1 xx.xx.2025- ci il tarixində fasilədə olarkən, yəni əmək funksiyalarını yerinə yetirməyən zaman halının pisləşməsi ilə bağlı məktub ünvanlanmış, X7 Xidməti tərəfindən sorğu olunan bütün sənədlər müvafiq qaydada təqdim edilmişdir. İşçinin fasilədə olarkən halının pisləşməsi ilə bağlı məlumatı əks etdirən məktub və digər sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsinə təqdim olunsa da, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Xidməti Bakı şəhər İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsi ilə 21 iyul 2025-ci il tarixində MN ******* saylı qərar tərtib olunaraq onlara göndərilmişdir. Azərbaycan Respublikasının İXM-nin 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə - min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Hazırda, qoşmaya əlavə olunan sənədlərdə də sabiq işçi X3 xx.xx.2025-ci il tarixində fasilədə olarkən, yəni əmək funksiyalarını yerinə yetirməyən zaman halı pisləşmişdir. Azərbaycan Respublikasının İXMnin 12.1 maddəsində verilən anlayışda inzibati xəta ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan hərəkətlərdir. Şikayətə əlavə olunan sənədlərdən də göründüyü kimi, tərəfimizdən cəzaya laiq hərhansı xətanın törədilməsini hesab etmirik. Odur ki, yazılanları nəzərə alaraq X7 Xidməti Bakı şəhər İdarəsinin xx.xx.2025-ci il tarixli MN ******* nömrəli qərarının ləğv edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasının vaxtı və yeri barədə barəsində qərar qəbul edilmiş şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 ünvanına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildirişlər göndərilmişdir. Lakin, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 məhkəmə iclasına gəlməmiş və elektron qaydada daxil olmuş ərizəsində şikayətin təmin edilməsini və işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası İXM-nin 61.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhəri İdarəsinin nümayəndəsi Nümayəndə bildirmişdir ki, hadisə 22 may 2025-ci il tarixdə baş vermişdir. Lakin, bu barədə qanunvericiliyin tələblərinə uyğun olaraq həmin gün məlumat verilməmiş, 30 may 2025-ci il tarixdə X14 vasitəsi ilə məlumat verilmişdir. X3 xx.xx.2025-ci il tarixdə əmək hüquqlarının pozulması ilə əlaqədar müraciət edərək bildirmişdir ki, həqiqətən də o fasilədə olarkən xəsarət almışdır. Burda əsas olan məlumat verildikdən sonra müvafiq təhqiqat aparılmamlı və hadisənin bədbəxt hadisə olubolmamasına müvafiq şöbə tərəfindən hüquqi qiymət verilir. Göstərilənlərin nəzərə alınmasını və şikayətin əsassız olması səbəbilə təmin edilməməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhəri İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərardan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X8 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi nəticəsində 1700 manat məbləğində inzibati cərimə olunmuşdur. Azərbaycan Respublikası “Tibbi Ərazi Bömələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “Respublika Təcili və X4 Mərkəzi” Publik Hüquqi şəxs tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhəri İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-88/2-1815/2025 saylı məktubundan görünür ki, xx.xx.2025-ci il tarixində saat 11:03-də “Respublika Təcili və X4 Mərkəzi” publik hüquqi şəxsin Mərkəzi Çağrı Xidmətinə “103” Nəsimi rayonu “28 Mall” ünvanına işçi (21 yaş) (yıxılıb) adına çağırış daxil olmuş, Çağırış Xətai TTTYS bölməsinin həkimi Məhərləm Əkpərov icra edərək, xəstə, X2 (21 yaş) “Başın səthi travması” diaqnozu qoymuş, ilkin tibbi yardım göstərilmiş, X10 hospitalizasiya edilmişdir. Azərbaycan Respublikası “Tibbi Ərazi Bömələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs “X11” Publik Hüquqi şəxsi tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhəri İdarəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli, 18-1-2/2-2790/2025 saylı məktubundan görünür ki, xx.xx.2004-cü il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixində saat 12:10-da 2 saylı X14 Briqadasının müşayiətilə X10 gətirilmiş, xəstənin dediyinə görə 28 Mall-da iş yerində yıxılması nəticəsində xəsarət almış, xəstə KT müayinə olunmuş, başın səthi travması diaqnozu qoyulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin birinci hissəsinin b) bəndinə əsasən əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifəsi Əmək Məcəlləsinin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirməkdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 12-ci maddəsinin ikinci hissəsinə əsasən işçilərin hüquqlarını pozan, əmək müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməyən, 15 yaşına çatmamış şəxsləri işə götürən, uşaqları onların həyatına, sağlamlığına və ya mənəviyyatına təhlükə törədə bilən fəaliyyətə cəlb edən, qanunla pedaqoji fəaliyyətlə məşğul olması qadağan edilən şəxslə pedaqoji fəaliyyətlə məşğul olmaq üçün əmək müqaviləsi bağlayan, habelə bu Məcəllənin tələblərinə əməl etməyən işəgötürən qanunvericiliklə müəyyən olunmuş qaydada müvafiq məsuliyyətə cəlb edilir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin birinci hissəsinə əsasən bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dövlət nəzarətini müvafiq icra hakimiyyəti orqanı həyata keçirir. “Azərbaycan Respublikası Əmək Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 15 aprel 1999cu il tarixli, 122 nömrəli Fərmanının a) bəndinə əsasən Əmək Məcəlləsinin 15-ci maddəsinin birinci hissəsində “müvafiq icra hakimiyyəti orqanı”nın səlahiyyətlərini - X7 Xidməti həyata keçirir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 15-ci maddəsinin 5-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqanın vəzifəli şəxslərinin bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərinə əməl olunmasına dair qəbul etdiyi qərarların, göstərişlərin işəgötürənlər və işçilər, habelə əmək münasibətlərinin digər iştirakçıları tərəfindən icrası məcburidir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarəti həyata keçirən orqana məlumat verməyə borcludur. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin 4-cü bəndinə əsasən bədbəxt hadisənin baş vermə faktını gizlədən, aparılan araşdırılma barədə müvafiq akt tərtib etməkdən boyun qaçıran işəgötürən, onun səlahiyyətli vəzifəli şəxsi qanunvericilikdə nəzərdə tutulan qaydada məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 217-ci maddəsinin 5-ci bəndinə əsasən bədbəxt hadisələrin araşdırılmasının, uçotunun aparılması bu maddədə nəzərdə tutulmuş qaydalar əsasında müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş normativ hüquqi aktla tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.4-cü bəndinə əsasən İstehsalatda bədbəxt hadisələr təhqiq edilərkən aşağıdakı hallar müəyyən edildikdə, hadisə istehsalatda baş vermiş bədbəxt hadisə kimi rəsmiləşdirilmir və uçota alınmır: təbii ölüm, özünə qəsd, intihar hadisələri, həmçinin cinayət törədilərkən (təbii ölüm faktı məhkəmə-tibb ekspertizasının rəyi ilə, özünə qəsd, intihar və cinayət faktları isə hüquq mühafizə orqanları tərəfindən təsdiq edilməlidir), şəxsi məqsədləri üçün hər hansı işlə məşğul olarkən, su hövzələrinin istehsalat obyektlərində çimərkən, balıq ovlayarkən (əgər bu əmək fəaliyyəti ilə bağlı deyilsə), işçilərin öz təşəbbüsləri ilə nahar fasilələrində və ya işdən sonra idman tədbirləri keçirərkən işçilərinxəsarət alması və ya ölümü. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarının 1.7-ci bəndinə əsasən işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq, hadisənin təhqiqatının aparılması üçün dərhal həmin hadisə baş verən günü X7 Xidmətinin yerli bölməsinə (və ya birbaşa X7 Xidmətinin aparatına), Fövqəladə Hallar Nazirliyinə (Bədbəxt hadisə təhlükə potensiallı obyektlərdə qəza nəticəsində baş vermişsə) məlumat verməyə borcludur. Eyni zamanda yuxarı mərkəzi icra hakimiyyəti orqanına və Respublika Həmkarlar İttifaqı Konfederasiyasına (əgər işçilər bu həmkarlar təşkilatının üzvüdürlərsə), bədbəxt hadisənin baş verməsi tarixindən 3 (üç) iş günü müddətində isə sığortaçıya məlumat verilməlidir. Məlumat telefonla, teleqrafla və ya elektron formada bu Qaydalarda göstərilən 3-cü əlavəyə uyğun verilir . Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən istehsalatda baş verən bədbəxt hadisənin baş vermə faktının gizlədilməsinə və ya bədbəxt hadisənin araşdırılması üçün hadisə baş verən gün əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına məlumatın verilməməsinə görə- min manatdan iki min iki yüz manatadək məbləğdə cərimə edilir. Məhkəmə, şikayət ərizəsini, tərəfin məhkəmə iclasındakı izahatını, iş materiallarına əlavə edilmiş sənədləri və müvafiq qanunvericiliyin normalarını hərtərəfli, tam və obyektiv şəkildə tədqiq edərək, hesab edir ki, şikayət əsassız olduğu üçün təmin edilməməlidir. Şikayətçi ilkin olaraq öz mövqeyini onunla əsaslandırmağa çalışmışdır ki, sabiq işçi X3 xx.xx.2025-ci il tarixində fasilədə olarkən, yəni əmək funksiyalarını yerinə yetirməyən zaman halı pisləşmişdir və qeyd edilən hal bədbəxt hadisə deyildir. Məhkəmə qeyd edilən dəlilə münasibətdə qeyd edir ki, göstərilən dəlil əsassızdır belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 217-ci maddəsinin 1-ci bəndi imperativ norma olaraq təsbit edir ki, işəgötürən istehsalatda baş verən bədbəxt hadisələrin ağırlıq dərəcəsindən asılı olmayaraq hadisənin araşdırılması üçün dərhal həmin hadisə baş verən günü əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana məlumat verməyə borcludur. Bundan sonra Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 28 fevral tarixli, 27 nömrəli qərarı ilə təsdiq edilmiş “İstehsalatda baş verən bədbəxt hadisələrin təhqiqi və uçota alınması” Qaydalarına əsasən hadisənin bədbəxt hadisə olubolmaması qiymətləndirilir. İşçinin xəsarət alıb-almaması faktı hadisənin təhqiqatı nəticəsində müəyyən ediləcək hallardan biridir və işəgötürəni məlumat vermək kimi ilkin və mütləq vəzifədən azad etmir. Hadisənin “bədbəxt hadisə” olub-olmamasına hüquqi qiyməti məhz səlahiyyətli orqan, bu halda X7 Xidməti, aparılmış təhqiqat nəticəsində vermək səlahiyyətinə malikdir. Məhkəmə həmçinin qeyd edir ki, əməyin təhlükəsizliyi və işçilərin sağlamlığının qorunması dövlətin pozitiv öhdəliklərindən irəli gəlir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi öz presedent hüququnda dəfələrlə vurğulamışdır ki, Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci maddəsi (yaşamaq hüququ) dövlətlərin üzərinə təkcə insan həyatına qəsd etməmək kimi neqativ öhdəlik deyil, həm də həyatı qorumaq üçün zəruri addımlar atmaq kimi pozitiv öhdəliklər qoyur. Bu pozitiv öhdəliklərə təhlükəli istehsalat sahələrində effektiv tənzimləyici və nəzarət mexanizmlərinin yaradılması da daxildir. İstehsalatda baş verən hər bir hadisə haqqında məlumatın dərhal verilməsi tələbi məhz bu cür nəzarət mexanizminin fundamental elementidir və onun pozulması bütövlükdə əməyin mühafizəsi sisteminin səmərəliliyinə xələl gətirir. Beləliklə, məhkəmə hesab edir ki, şikayətçi X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı onun şikayət ərizəsində qeyd etdikləri, həmçinin iş materiallarına əlavə edilmiş sənədlər və qanunvericiliyin yuxarıda təhlil edilən normalarının məcmusu ilə sübuta yetirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhəri İdarəsinin tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslıdır. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 şikayəti təmin edilmədən, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhəri İdarəsi tərəfindən tərtib edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli “İnzibati tənbeh vermə haqqında” qərar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X7 Bakı şəhəri İdarəsinin tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı, ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar