Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2044/2021 18.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru X1, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Ağdam rayonu, Poladlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, taksi fəaliyyəti ilə məşğul olan, Ağdam rayonu, Qasımlı kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən Şəxs barəsində tərtib olunmuş inzibati material baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 18 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs 18.10.2021-ci il tarixdə, saat 12:55 radələrində Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsində yol polisi əməkdaşına qarşı nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Bakı şəhəri Səbail RPİ-nin 39-cu polis bölməsinin sahə inspektoru X2 izahatında göstərmişdir ki, 18.10.2021-ci il tarixdə, YPX əməkdaşı Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsində xidmətdə olan zaman saat 12:55 radələrində “Mercedes Benz E200” markalı avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etdiyini görüb avtomaşına yaxınlaşmış, bu zaman bir nəfər şəxs avtomaşına yaxınlaşaraq avtomobilin ona məxsus olduğunu bildirmiş, YPX əməkdaşı ona özünü təqdim etmiş, qayda pozuntusu barədə ona məlumat vermiş və onun barəsində İXM-nin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmiş, bu zaman həmin şəxs YPX əməkdaşına nalayiq ifadələr işlətməyə, onu təhqir etməyə başlamış, daha sonra YPX əməkdaşı əraziyə PPX əməkdaşlarını çağırmış və ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşmış və onların köməyilə həmin şəxs bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Göstərilənləri nəzərə alaraq, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə uyğun olaraq inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərmişdir ki, o, taksi sürücüsü işləyir. 18.10.2021-ci il tarixdə saat 12:50 radələrində Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsində yerləşən “Mama can” restoranının qarşısında “Mercedes” markalı avtomobilini saxlamış, həmin restoranda çay içmək istəmişdir. Belə ki, kamera çəkməsin deyə avtomobilin qabaq hissəsindəki dövlət qeydiyyat nişanının üstünü əski parçası ilə örtmüşdür. Səbəb isə dayanma və durma qaydalarına pozduğuna görə cərimə yazılmaması olmuşdur. Bu zaman yol polisi əməkdaşının onun avtomobilinə yaxınlaşdığını görmüş və dərhal çölə çıxmış və cərimə yazılmamasını, avtomaşına oturub gedəcəyini bildirmişdir. YPX əməkdaşı isə israrla ona 500 manat cərimə yazacağını bildirmişdir. Həmin ərəfədə onun uşağı xəstə olduğundan biraz gərgin və fikirli olmuşdur. Bu zaman o, özündən çıxmış, əsəbləşmiş, ünvansız nalayiq ifadələr səsləndirmişdir. Həmin vaxtı o, yol polisinə qarşı söyüş söyməmiş, sadəcə əsəbi olduğundan ünvansız nalayiq söyüşlər söymüşdür. Daha sonra əraziyə PPX əməkdaşları gəlmiş və onu polis bölməsinə gətirmiş, bölmədə onun barəsində protokol tərtib olunmuşdur. Hazırda əməlindən səmimi peşman olduğunu, eləcə də bir daha belə inzibati xətaya yol verməyəcəyini bildirərək onun barəsində yüngül inzibati tənbeh növü seçilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhər BPİ-nin DYPİ bilavasitə tabe olan YPXA yol patrul xidməti baş inspektoru X3 izahatında göstərmişdir ki, 18.10.2021-ci il tarixdə, o, Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsində xidmətdə olan zaman saat 12:55 radələrində “Mercedes Benz E200” markalı avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etdiyini görüb avtomaşına yaxınlaşmış, bu zaman bir nəfər şəxs avtomaşına yaxınlaşaraq avtomobilin ona məxsus olduğunu bildirmiş, o, həmin şəxsə özünü təqdim etmiş, qayda pozuntusu barədə ona məlumat vermiş və onun barəsində İXM-nin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmiş, bu zaman həmin şəxs ona nalayiq ifadələr işlətməyə, onu təhqir etməyə başlamış, daha sonra o, əraziyə PPX əməkdaşlarını çağırmış və ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşmış və onların köməyilə həmin şəxs bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Bakı şəhər BPİ-nin DYPİ bilavasitə tabe olan YPXA yol patrul xidməti baş inspektoru X3 tərəfindən tərtib olunmuş 18.10.2021-ci il tarixli raportdan görünür ki, 18.10.2021-ci il tarixdə, o, Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsində xidmətdə olan zaman saat 12:55 radələrində “Mercedes Benz E200” markalı avtomobilin dövlət qeydiyyat nişanının görünüşünü çətinləşdirən örtükdən istifadə etdiyini görüb avtomaşına yaxınlaşmış, bu zaman bir nəfər şəxs avtomaşına yaxınlaşaraq avtomobilin ona məxsus olduğunu bildirmiş, o, həmin şəxsə özünü təqdim etmiş, qayda pozuntusu barədə ona məlumat vermiş və onun barəsində İXM-nin 342.9-cu maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunacağını bildirmiş, bu zaman həmin şəxs ona nalayiq ifadələr işlətməyə, onu təhqir etməyə başlamış, daha sonra o, əraziyə PPX əməkdaşlarını çağırmış və ərazidə xidmət aparan polis əməkdaşları onlara yaxınlaşmış və onların köməyilə həmin şəxs bölməyə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmiş və onun barəsində İXM-nin İXM-nin 510-cu maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarına əlavə edilmiş Səbail RPİ-nin PPXB-nin polis nəfərləri E.İmranov, E.Kazımov tərəfindən tərtib olunmuş 18.10.2021-ci il tarixli raportdan görünür ki, 18.10.2021-ci il tarixdə, saat 13:00 radələrində avtopatrul maşınında xidmətdə olan zaman onlara Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsində YPX əməkdaşı ilə sürücünün mübahisə etməsi barədə məlumat daxil olmuş, onlar dərhal hadisə yerinə yaxınlaşmış və özlərini təqdim etmişlər, bu zaman YPX əməkdaşı onlara avtomaşının sürücüsünün onu təhqir etdiyini, ona qarşı nalayiq ifadələr işlətdiyini bildirmiş, həmin şəxs barəsində protokol tərtib olunması üçün polis bölməsinə gətirilmiş və bölmədə aparılmış araşdırma zamanı həmin şəxsin Şəxs olduğu müəyyən edilmişdir. Göründüyü kimi, Şəxs 18.10.2021-ci il tarixdə, saat 12:55 radələrində Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsində yol polisi əməkdaşı ilə mübahisə edərək nalayiq ifadələr işlətmişdir. Beləliklə, araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs 18.10.2021-ci il tarixdə, saat 12:55 radələrində Bakı şəhəri, Səbail rayonu, Puşkin küçəsində yol polisi əməkdaşı ilə mübahisə etməklə nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və bununla da Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən, Xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Məhkəmə iclasında Şəxs əməlindən peşman olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən işin hallarını, törətdiyi inzibati xətanın xarakterini, təqsirin dərəcəsini, o cümlədən məsuliyyəti yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını nəzərə alaraq, Şəxs cəmiyyətdən təcrid edilmədən islah edilməsini mümkün hesab edir və onun barəsində Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbirinin tətbiq edilməsinin qanuni və əsaslı olması ilə yanaşı, həm də inzibati tənbehin məqsədinə uyğun olması nəticəsinə gəlir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinsin və barəsində 50 (əlli) manat məbləğində cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova
Məhkəmə qərarları › İş №3(009)-2044/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2044/2021
18.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver