Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2045/2022 23.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X2 Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan şikayət verərək protokolun qanuniliyi barədə ekspertizanın təyin olunmasını, qanunsuz olan Protokolu tərtib etmiş Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı Azər Bayramova töhmət verilərək cəzalandırılmasını və ona 3000 AZN (üç min manat) məbləğində dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Şikayət ərizəsini nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, hazırkı şikayət inzibati xəta haqqında iş üzrə qərardan deyil, inzibati xəta haqqında protokoldan verilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində isə inzibati xəta haqqında protokoldan şikayət verilməsi nəzərdə tutulmamışdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İnzibati tənbeh vermə haqqında qərarda işin baxılması tarixi və yeri, işinə baxılan şəxs haqqında məlumat, işə baxılarkən müəyyən edilmiş hallar, inzibati xətaya görə məsuliyyət nəzərdə tutan İXM-in müvafiq maddəsi və inzibati xətaya görə tətbiq edilən inzibati tənbeh növü və sairə kimi məlumatlar öz əksini tapır. Mübahisələndirilən qərarın qanuniliyi məhz qeyd olunan məlumatlar əsasında yoxlanılır. Bu səbəbdən qanunun tələbinə uyğun olaraq barəsində qərar çıxarılmış fiziki şəxs inzibati tənbeh vermə haqqında qərardan şikayət verməli və həmin qərarın surəti şikayətə əlavə edilməlidir. Bundan əlavə X4 şikayət ərizəsində inzibati xəta haqqında protokolun qanuniliyi barədə ekspertizanın təyin olunmasını, qanunsuz olan Protokolu tərtib etmiş Baş Dövlət Yol Polis İdarəsinin Yol Patrul Xidmətinin əməkdaşı Azər Bayramova töhmət verilərək cəzalandırılmasını və ona 3000 AZN (üç min manat) məbləğində dəymiş ziyanın ödənilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İXM-nin 43-cü maddəsinə əsasən rayon (şəhər) məhkəmələri tərəfindən baxılması nəzərdə tutulmuş inzibati xətaların dairəsi müəyyən edilmişdir. İnzibati orqanın əməkdaşına töhmət verilməsi, dəymiş maddi və mənəvi ziyanın ödənilməsi ilə bağlı məsələlər Azərbaycan Respublikası İXM-də nəzərdə tutulmur. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən, Məcəllənin 126.1ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Azərbaycan Respublikasının İXM-nin 106.0.4-cü maddəsinə əsasən hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xətalar haqqında işlərə baxarkən işin icraatını rədd edən halların mövcud olub-olmaması məsələsini, 106.0.5-ci maddəsinə əsasən isə işə mahiyyəti üzrə baxılması üçün işdə kifayət qədər sübutlar toplanıb-toplanmaması məsələlərini həll edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X2 Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən onun barəsində tərtib edilmiş inzibati xəta haqqında protokoldan verdiyi şikayəti şikayətçiyə geri qaytarılmalı və X3 göstərilən nöqsanları aradan qaldırdıqdan sonra inzibati tənbeh vermə haqqında qərarı əlavə etməklə qanunla müəyyən edilmiş müddətdə təkrarən məhkəməyə müraciət etmək hüququnun olduğu izah olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43,106, 109 və 118, 128-129 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X2 barəsində Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polis Şöbəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokoldan verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2045/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2045/2022
23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver