Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2046/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair 31 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X2 inzibati xəta haqqında protokolu müdafiə edərək Şəxs MMC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrinə əsasən qanuni tədbir görülməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi Nümayəndə protokola etiraz edərək 31 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokolun ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulan əməlləri törətməsi tam sübuta yetirilir. İş materiallarında olan 31 iyul 2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə ünvan 1 ünvanında yerləşən Şəxs iaşə obyektinin fəaliyyəti zamanı XKEMİ-si tərəfindən aparılmış ölçmə analizləri zamanı atmosferə atılan zərərli qaz qarışığının miqdarının yol verilə bilən həddən artıq olması və qaz təmizləyici qurğunun olmamasına görə Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrinə əsasən protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin № 93030 aktından görünür ki, Nazirliyin 168 “Çağrı Mərkəzinə” Səbail rayonu, Murtuza Muxtarov 9 ünvanında yaşayan Daniel tərəfindən “1-ci mərtəbədə dönərxana fəaliyyət göstərir. Tüstü borusu düz quraşdırılmadığına görə tüstü sakinlərin evlərinə dolur” məzmunlu müraciət məktubu tərəflərindən X4 Monitorinq İdarəsinin mütəxəssislərinin şikayətçi Daniel və Şəxs MMC-nin qanuni təmsilçisi və direktoru Nümayəndə iştirakları ilə araşdırılmışdır. Araşdırma zamanı şikayətçi Daniel yazılı izahatında ünvan 3 ünvanında fəaliyyət göstərən Şəxs restoranının fəaliyyəti zamanı ətraf mühitə yayılan iy, qox, tüstü özünü və digər sakinləri narahat etdiyini bildirmişdir. X4 Monitorinq İdarəsinin mütəxəssisləri tərəfindən şikayətçi Daniel və iaşə obyektinin direktoru Nümayəndə iştirakı ilə iaşə obyektinin fəaliyyəti zamanı manqal işlək vəziyyətdə olduğu zaman atmosferə atılan zərərli qaz miqdarının müəyyənləşdirilməsi məqsədilə ölçmə-analiz işləri aparılmış, aparılan ölçmə-analiz işləri zamanı atmosferə atılan tullantıların miqdarı ətraf mühit üçün yol verilə bilən həddən artıq olduğu müəyyən edilərək, eyni zamanda atmosferə atılan zərərli qaz qarışıqlarının qarşısının alınması məqsədilə qaz təmizləyici qurğunun olmadığı aşkar olunaraq xx.xx.2025-ci il tarixli 003428 nömrəli protokol tərtib edilmişdir. Araşdırma zamanı iaşə obyektinin direktroru Nümayəndə izahatında ölçmə-analiz işlərində atmosferə atılan tullantıların artıq olmasının səbəbini qaz təmizləyici qurğunun olmaması ilə izah etmişdir. Göründüyü kimi ünvan 4 ünvanında yerləşən Şəxs MMC-nin fəaliyyəti zamanı atmosferə atılan zərərli qaz qarışığının miqdarının yol verilə bilən həddən artıq olması və qaz təmizləyici qurğunun olmaması faktı iş materiallarında olan aktlar və digər sənədlərlə öz təsdiqini tapmışdır. Beləliklə, inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Hazırki işdən görünür ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyası həmin Məcəllənin 237.1-ci maddəsinə nisbətdə daha ağırdır. Ona görə də Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyası həddində tənbeh edilməlidir Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinə əsasən ətraf mühitə atılan, axıdılan və ya basdırılan zərərli maddələrin miqdarının yol verilə bilən normativlərdən artıq olmasına görə - vəzifəli şəxslər iki min beş yüz manatdan dörd min manatadək məbləğdə, hüquqi şəxslər on min beş yüz manatdan on iki min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 237.1-ci maddəsinə əsasən yol verilə bilən son hədlərin normativləri səviyyəsində zərərli maddələrin və tullantıların zərərsizləşdirilməsi və istifadə edilməsi üzrə təmizləyici qurğularla və avadanlıqla təmin edilməyən, yaxud təbii resursların səmərəli istifadəsi, bərpası və torpaqların rekultivasiyası üzrə layihələşdirmə işləri başa çatdırılmadan müəssisələrin, qurğuların və başqa obyektlərin istismara verilməsinə görə vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər yeddi min beş yüz manatdan on min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələri ilə təqsirli bilinməli və onun barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Həmin Məcəllənin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsində nəzərdə tutulmuş cərimə növündə inzibati tənbehin yuxarı həddi 12500 (on iki min beş yüz) manatdır. Məhkəmə hesab edir ki, onun barəsində 10500 (on min beş yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tədbiri tətbiq olunmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 31, 34 40, 43, 114-115, 128-130, 233.1 və 237.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1 və 237.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 233.1-ci maddəsinin sanksiyasi çərçivəsində barəsində 10500 (on min beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2046/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2046/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver