Məhkəmə qərarları › İş №3(009)-2047/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2047/2024

02.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2047/2024 02.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Şirməmmədova Günel Lətif qızının katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 04 sentyabr 2024-cü il tarixli, EP ******* saylı inzibati xəta haqqında protokol və və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC 561689,80 ABŞ dolları vəsaiti 08 avqust 2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 469656,03 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmişdir. Xəta 09 avqust 2024-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Bununla da, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin üzrlü səbəbləri barəsində məhkəməyə məlumat verməmiş və onlardan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC məhkəməyə elektron məhkəmə informasiya sistemi vasitəsilə etiraz təqdim edərək bildirmişdir ki, Şəxs MMC ilə “Tenaris Global Services S.A.” şirkəti arasında bağlanılmış xx.xx.2019-cu il tarixli, №#80007261 saylı müqaviləyə əsasən, Şəxs MMC qeyd olunan şirkətdən müxtəlif çeşiddə mallar almışdır. Bu məqsədlə Şəxs MMC tərəfindən xx.xx.2022-ci il tarixdə həyata keçirilmiş 561.689,80 ABŞ dolları məbləğində vəsaitə dair və hətta həmin məbləği keçməklə də müvafiq mallar ölkəyə idxal edilmişdir. Bununla bağlı təsdiqedici YGB (yük gömrük bəyannamləri), invoyslar və digər əlaqəli sənədlər məhkəməyə təqdim edilmişdir. Belə ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydaları”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X1 № 45/1 nörməli, “28” noyabr 2016-cı il tarixli Qərarının 4.3.1.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyrirezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar qabaqcadan ödəniş aparıldıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 02 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndinə əsasən isə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir. Başqa sözlə desək, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən SOCAR- AQŞ MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi üzrə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2024-cü il tarixli, EP №: ******* nömrəli "xxxx"da qeyd olunan guya 469.656,03 ABŞ dolları məbləğində vəsait hesabına alınan malların "xxxx" şirkət SOCAR-AQŞ MMC tərəfindən ölkəyə idxal edilməməsi qeydi tamamilə əsassızdır və ola bilsin ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən qeyd olunan məsələ ilə bağlı araşdırma həyata keçirilərkən texniki yanlışlığa yol verilmiş və YGB-lər Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yanlışlıqla bağlanılmışdır və bunun nəticəsində barəmizdə göstərilən protokol tərtib edilmişdir. Halbuki, 469.656,03 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmişdir. Xüsusilə qeyd olunmalıdır ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli “İnvoysa” diqqət yetirdikdə bunu müəyyən etmək olur ki, həmin “İnvoys”da ödənişin məhz avans olması göstərilmiş və məbləğ isə 1.061.689,80 ABŞ dolları olmuşdur. Həmçinin qeyd olunmalıdır ki, göstərilən protokol tərtib edilərkən SOCAR-AQŞ MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin "xxxx" şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfimdən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, "xxxx"un məzmunu barəsində öz mülahizələrimizi təqdim etmək üçün bizə şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “Bildiriş” şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. Məhkəməyə təqdim edilən sənədlərə diqqət yetirilməsini xahiş edirik. Belə ki, həmin sənədlərin içərisində siz mallara dair YGB, mal-materialın fakturası, çatdırılma fakturaları və aktları görə bilərsiniz. Həmçinin qeyd olunmalıdır ki, sənədlərin içərisində qeyd edilən mallarla Xalq banka YGB bağlanışı üçün göndərilmiş sənədlərin tərkibini formalaşdıran mallar uyğun gəlir. Göründüyü kimi, xx.xx.2024-cü il tarixli, EP №: ******* nömrəli "xxxx"da qeyd olunan: SOCAR-AQŞ MMC 561.689,80 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2022-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 469.656,03 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2024-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.” qeydi tam əsassızdır. Qeyd olunmalıdır ki, AR-nın Mərkəzi Bankının bu halları araşdırmadan göstərilən “Protokolu” tərtib edərək məhkəməyə göndərməsi əsassızdır və bununla AR-nın Mərkəzi Bankı SOCAR-AQŞ MMC-yə qarşı qərəzli mövqedən çıxış etmişdir. Göründüyü kimi, xx.xx.2022-ci il tarixdən xx.xx.2024-cü il tarixədək nəinki 469.656,03 ABŞ dolları məbləğində mallar ölkəyə idxal edilmiş, hətta idxal edilən malların dəyəri 485,120.51 USD olmuşdur. Bu isə bizim qanunla nəzərdə tutulan qaydalara əməl etdiyimizi açıq-aşkar isbat edir. Yuxarıda qeyd olunanlara əsasən haqlı olaraq hesab edirik ki, SOCAR-AQŞ MMC barəsində AR-nın Mərkəzi Bankı tərəfindən tərtib edilən İnzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EP №: ******* nömrəli "xxxx" qanunsuz və əsassız olduğundan o ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. SOCAR-AQŞ MMC barəsində AR-nın Mərkəzi Bankı tərəfindən tərtib edilən inzibati xəta haqqında xx.xx.2024-cü il tarixli, EP №: ******* nömrəli protokolun ləğv edilməsi inzibati xəta haqqında icraat aparılan Şəxs MMC barəsində başlanılmış icraata xitam verilməlidir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2024-cü il tarixli KB-246/2-159/2024 nömrəli məktubundan görünür ki, Şəxs MMC tərəfindən 469656,03 ABŞ dolları məbləğində vəsait bəyan olunmamışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli köçürmə ərizəsindən görünür ki, Şəxs MMC tərəfindən 715000,00 ABŞ dolları məbləğində vəsait CİTİBANK N.A bank hesabına köçürülmüşdür. İş materiallarında olan Şəxs MMC ilə TENARİS GLOBAL SERVİCES S.A arasında bağlanmış xx.xx.2019-cu il tarixli müqavilədən görünür ki, Şəxs MMC qeyd olunan şirkətdən müxtəlif çeşiddə mallar almışdır. İş materiallarına əlavə edilmiş elektron poçt ünvanından çıxarışdan görünür ki, Şəxs MMC-nin nümayəndəsi ilə "xxxx" ASC-nin nümayəndəsi arasında yazışmalar olmuş və müəyyən olunur ki, Şəxs MMC tərəfindən mallar idxal edilmiş və gömrük bəyannamələri göndərilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 561689,80 ABŞ dolları məbləğində xarici valyutada olan vəsait köçürmə haqqında ərizəyə əsasən bankda olan hesabından 08 avqust 2022-ci il tarixdə Azərbaycan Respublikasından kənara qabaqcadan ödəniş etməklə köçürülmüş, həmin köçürmə üzrə 469656,03 ABŞ dolları dəyərində xidmətlər 08 avqust 2024-cü il tarixədək yəni qanunla müəyyən edilmiş müddətdə xidmətlər göstərilmişdir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində üzrlü səbəbdən xidmətlər göstərilmədiyi üçün Şəxs MMC-nin əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsinə əsasən, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə - vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, hazırki iş üzrə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsə münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114, 115, 117, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar