Məhkəmə qərarları › İş №3(009)-2049/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2049/2023

12.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2049/2023 12.12.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri, Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “X4” X1 direktoru (qanunu təmsilçisi) Şəxs, “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə1, Səbail Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə2 iştirakları ilə, “X4” MMC-nin direktoru (qanunu təmsilçisi) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş inzibati xəta haqqında protokol üzrə materiala baxaraq, məhkəmə, M Ü Ə Y Y Ə N E T D İ : Bakı şəhəri Səbail Rayon İcra Şöbəsi (icra məmuru Nümayəndə2) tərəfindən “X4” X1 direktoru (qanunu təmsilçisi) Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair 26 sentyabr 2023-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokola baxılması üçün Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət edilmişdir. Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 3(009)- 2049/23 saylı qərarı ilə “X4” X1 direktoru (qanunu təmsilçisi) Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi qərara alınmışdır. Həmin qərardan “X4” X1 direktoru Şəxs vəkili Nümayəndə1 apellyasiya qaydasında şikayət verərək, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinərək 1.500 (bir min beş yüz) manat məbləğində inzibati cərimə edilməsi barədə Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 16 oktyabr 2023-cü il tarixli, 3(009)-2049/2023 saylı qərarının ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, “X4” MMC-nin direktoru (qanunu təmsilçisi) Şəxs Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8471/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədini icra etməmişdir. Nəticədə “X4” MMC-nin direktoru (qanunu təmsilçisi) Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. MN ******* saylı, 26 sentyabr 2023-cü il tarixli inzibati xəta haqqında protokol onunla əsaslandırılmışdır ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8471/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə əsasən "X4" MMC-dən Zərərçəkmiş şəxs xeyrinə 7650 manat icarə haqqı, vurulmuş maddi ziyana görə 13269 manat pul və 30 manat məbləğində rüsumu tutulmalı, və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat "X4" MMC-dən dövlət nəfinə tutulmalıdır. İcra sənədi xx.xx.2019-cu il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icra tədbirlərinə başlanılmışdır. xx.xx.2020-ci il tarixli qərarla “X4” MMC-nin adma daşmar və ya daşınmaz əmlakın olub-olmamasına dair aidiyyəti üzrə sorğular verilmiş, müəssisənin adma heç bir əmlakın və aktiv bank hesabının olmadığı aşkarlanmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8471/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə borclu "X4" MMC-nin direktoru ( qanunu təmsilçisi) Şəxs müxtəlif tarixlərdə “Çağırış vərəqəsi”, “Xəbərdarlıq” göndərilməsinə baxmayaraq borclu Səbail rayon İcra şöbəsinə gəlməmişdir və icra sənədində göstərilən tələbi təmin etməmişdir. Bundan sonra "X4" MMC-nin direktoru ( qanunu təmsilçisi) Şəxs xx.xx.2023-cü il tarixdə saat 11:00 da şöbəyə gəlməsi ilə bağlı və eyni zamanda icra şöbəsinə gəlmədiyi, icra sənədindəki tələbi təmin etmədiyi halda İXM-nin 528.1 maddəsi ilə məsuliyyətə cəlb edilməsi ilə bağlı “Xəbərdarlıq” məktubunu etibarnamə əsasında nümayəndəsi (vəkillər kollegiyasının üzvi) Nümayəndə1 tərəfindən xx.xx.2023-cü il tarixdə təqdim edilmişdir. Borclu təşkilatın rəhbəri xx.xx.2023-cü il tarixdə saat 11:00 da şöbəyə gəlməmiş, lakin etibarnamə əsasında nümayəndəsi (vəkillər kollegiyasının üzvi) Nümayəndə1 gəlmişdir. Ona Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8471/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədi üzrə tələbi yerinə yetirməyən borclu "X4" MMC-nin direktoru (qanunu təmsilçisi) Şəxs İXM-nin 528.1 maddəsi ilə vəzifəli şəxs qismində məsuliyyətə cəlb edilməsi ilə bağlı protokol və ona əlavə edilən sənədlər təqdim edilmişdir. Beləliklə, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8471/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinin icrasını borclu "X4" MMC-nin direktoru (qanunu təmsilçisi) Şəxs təmin etməmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Nəticədə borclu “X4” MMC-nin direktoru (qanunu təmsilçisi) Şəxs AR İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail Rayon İcra Şöbəsinin icra məmuru Nümayəndə2, borclu “X4” MMC-nin direktoru (qanunu təmsilçisi) Şəxs barəsində olan icra sənədinə xitam verildiyini bildirərək, iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən “X4” MMC-nin direktoru (qanunu təmsilçisi) Şəxs və “Yusif Allahverdiyev və Partnyorları” Vəkil Bürosunun vəkili Nümayəndə1 iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdilər. Məhkəmə iş materiallarını araşdıraraq və tərəfləri dinləyərək belə nəticəyə gəlir ki, “X4” X1 barəsində olan iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan Kommersiya qurumlarının dövlət reyestri məlumatların çıxarışından görünür ki, Şəxs “X4” MMC-nin qanunu təmsilçisidir. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8471/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədindən görünür ki, borclu "X4" MMC-dən Zərərçəkmiş şəxs xeyrinə 7650 manat icarə haqqı, vurulmuş maddi ziyana görə 13269 manat pul və 30 manat məbləğində rüsumu tutulmalı, və iş üzrə keçirilmiş məhkəmə ekspertizasının dəyəri olan 100 manat "X4" MMC-dən dövlət nəfinə tutulmalıdır. İş materiallarına əlavə edilmiş 12 dekabr 2023-cü il tarixli icraata xitam verilməsi haqqında qərardan görünür ki, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-8471/2019 nömrəli, xx.xx.2019-cu il tarixli icra sənədinə xitam verilmişdir. Göründüyü kimi, icra sənədinin icraatına xitam verildiyindən inzibati xətanın tərkibi aradan qalxmışdır. Odur ki, məhkəmə, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini məqsədəmüvafiq hesab edir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin həmin Məcəllənin 9.2 və 35-ci maddələri baxımından şərh edilməsinə dair 4 sentyabr 2018-ci il tarixli qərarında göstərilmişdir ki, icra məmurları müxtəlif qanuni vasitələrlə məhkəmə aktlarının icrasının təmin edilməsi üçün şərait yaratmalı və yalnız bütün imkanlar tükəndikdən sonra sərt inzibati və cinayət təsiri tədbirlərindən istifadə etməlidirlər. Adı çəkilən Konstitusiya Məhkəməsinin Plenumu həmçinin onu da qeyd etmişdir ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsinə görə şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılarkən hüquqtətbiqedici işin faktiki hallarını hərtərəfli araşdırmalı, bundan əvvəl onun barəsində bu əmələ görə inzibati tənbeh tətbiq edilib-edilməməsini, inzibati tənbehin məqsədlərinə nail olunub-olunmamasını, əməlin məhz qərəzli olaraq törədilibtörədilməməsini və digər mühüm halları araşdırmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xəta haqqında işin icraatına xitam verilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, “X4” X1 əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi olmadığı üçün onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati işin icraatına xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.2, 105 və 115-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “X4” X2 əməlində inzibati xəta tərkibi olmadığından barəsində olan Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar