Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2050/2022 23.12.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlu, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Səbail Rayon Polis İdarəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 227-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Səbail Rayon Polis İdarəsindən 23 dekabr 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı və 23 dekabr 2022-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokollar baxılması üçün məhkəməyə göndərilmişdir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilməlidir. Buna görə də 3(009)– 2051/2022 və 3(009)–2050/2022 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər 3(009)–2051/2022 nömrə altında, inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməli və həmin nömrə altında baxılmalıdır. 3(009)–2050/2022 saylı inzibati xəta haqqında işin materialları başqa işlə birləşdiyindən həmin işlər üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 111.3-cü maddəsinə görə inzibati həbs tənbeh növü nəzərdə tutan inzibati xətalar haqqında işlərə inzibati xəta haqqında protokola daxil olduğu gün baxılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən, Q Ə R A R A A L D İ : Səbail Rayon Məhkəməsinə daxil olmuş 3(009)–2051/2022 və 3(009)–2050/2022 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin. Həmin işlərə 3(009)–2051/2022 saylı inzibati xəta haqqında iş üzrə icraatda baxılsın və 3(009)–2050/2022 saylı inzibati xəta haqqında iş icraata xitam verilsin. HAKİM AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2050/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2050/2022
23.12.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver