Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2051/2021 20.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 BPİ DYPİ tərəfindən onun barəsində tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli TP ******* nömrəli inzibati qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X2 BPİ DYPİ tərəfindən onun barəsində tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, X2 həmin qərardan qanunvericilikdə nəzərdə tutulmuş müddəti ötürmüşdür və müddətin üzrlü səbəblərdən ötürülməsi barədə heç bir məlumat əlavə etməmiş, həmçinin ötürülmüş müddətin bərpası barədə vəsatətlə məhkəməyə müraciət etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130.2-ci maddəsinə əsasən, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. İş materiallarından və şikayət ərizəsindən görünür ki, inzibati tənbeh vermə haqqında qərar 28 sentyabr 2021-ci il tarixdə qəbul edilmiş, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 isə şikayətində qərarı 08 oktyabr 2021-ci il tarixdə aldığını göstərsə də, şikayət müddət ötürülməklə 19 oktyabr 2021-ci il tarixdə Səbail Rayon məhkəməsinə daxil olmuşdur. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 BPİ DYPİ tərəfindən tərtib edilmiş 28 sentyabr 2021-ci il tarixli TP ******* nömrəli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Eyni zamanda ona izah olunur ki, şikayətin verilmə müddəti üzrlü səbəblərə görə buraxılmışdırsa, şikayətinə buraxılmış müddətin bərpasına dair vəsatət əlavə etməklə yenidən məhkəməyə müraciət edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109,110 və 118, 126,128-130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 BPİ DYPİ tərəfindən onun barəsində tərtib olunmuş 28 sentyabr 2021-ci il tarixli TP ******* saylı elektron qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2051/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2051/2021
20.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver