Məhkəmə qərarları › İş №3(009)-2056/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2056/2021

17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2056/2021 17.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın” Layihə Əlaqələndirmə Bürosunun nümayəndəsi X1 iştirakıları ilə, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın” Layihə Əlaqələndirmə Bürosunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın” Layihə Əlaqələndirmə Bürosu barəsində Azərbaycan Respublikası İXM-nin 347-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 16.11.2020-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Məhkəmə iclasında iştirak edən barəsində inzibati iş üzrə icraat aparılan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın” Layihə Əlaqələndirmə Bürosunun nümayəndəsi X3 oğlu inzibati tənbeh vermə müddəti keçdiyindən iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Bakı şəhəri Səbail Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə nümayəndənin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə proses iştirakçısının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın” Layihə Əlaqələndirmə Bürosunun Azərbaycan Respublikasının İXM-nin 347-ci maddə ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 16.11.2020-ci il tarixli İXP seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, KİA SPORTAGE markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin istifadəçisi barədə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın” Layihə Əlaqələndirmə Bürosu tərəfindən məlumat verilməmişdir. Bunun nəticəsində Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın” Layihə Əlaqələndirmə Bürosu tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. İş materiallarında olan Səbail RPİ-nin Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın” Layihə Əlaqələndirmə Bürosuna ünvanladığı sorğudan görünür ki, cəmiyyətə onun mülkiyyətində (istifadəsində) olan KİA SPORTAGE markalı, **-PD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən 15.10.2020-ci il tarixdə saat 21:30-da Avtoban-21 km Bakı ist 1 yolda müəyyən edilmiş hərəkət sürətini 15 km/saat həddində aşmış, yəni İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə məlumat verilməklə, qeyd edilən inzibati xətanı törətmiş sürücü barəsində qanunvericiliklə nəzərdə tutulmuş tədbir görülməsi məqsədilə 5 gün müddətində Səbail RPİ-yə məlumat verilməsi ondan tələb edilmiş və göstərilən müddət ərzində məlumat verilmədiyi təqdirdə qanunvericiliklə nəzərdə tutulmuş inzibati məsuliyyət barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan poçt göndərişinin verilməsi haqqında xəbərnamədən görünür ki, Bakı şəhəri Səbail RPİ-nin DYPŞ-nin yuxarıda qeyd olunan sorğusu 28 oktyabr 2020-cu il tarixdə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın” Layihə Əlaqələndirmə Bürosunun məsul şəxsi tərəfindən imzalanmaqla qəbul edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın” Layihə Əlaqələndirmə Bürosunun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə də sübuta yetirilir. Lakin inzibati xəta haqqında protokol hazırki iş üzrə qərar qəbul edildiyi vaxtdan 01 (il) il 01 (bir) gün öncə, 16.11.2020-ci il tarixdə tərtib edilmiş və bununla da inzibati məsuliyyətə cəlb etmə müddəti keçmişdir. Azərbaycan Respublikasının İXM-nin 38.1-ci maddəsinə əsasən İnzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci üç ay keçənədək verilə bilər. Yol hərəkəti qaydaları, gömrük qaydaları, ətraf mühitin qorunması qaydaları, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının filial və ya nümayəndəliklərinin fəaliyyət göstərməsi qaydaları, qrant müqavilələrinin (qərarlarının) qeydə alınması qaydaları, eləcə də maliyyə, vergilərin və rüsumların ödənilməsi qaydaları əleyhinə olan inzibati xətalara görə, habelə hüquqi şəxslərin dövlət reyestri üçün zəruri məlumatların verilməməsinə, hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı yanlış məlumatların verilməsinə, qeyri-hökumət təşkilatları haqqında, həmçinin dərman vasitələri haqqında və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında qanunvericiliyin, habelə əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olması və yaşaması qaydalarının pozulmasına, xırda talamaya görə inzibati tənbeh inzibati xətanın törədildiyi gündən ən geci bir il keçənədək verilə bilər. Həmin Məcəllənin 53.0.6-ci maddəsinə əsasən, inzibati xəta haqqında işə baxılan vaxt bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın” Layihə Əlaqələndirmə Bürosu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinməli və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 38, 43, 53, 114 və 128-129-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALD İ: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “HİV/AİDS, Vərəm və Malyariya ilə mübarizə üzrə Proqramın” Layihə Əlaqələndirmə Bürosu Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 347-ci maddəsi ilə təqsirli bilinsin və həmin Məcəllənin 38.1-ci maddəsinə əsasən onun barəsində başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. (16.11.2020-ci il tarixli İXP seriyalı 3631262) Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar