Məhkəmə qərarları › İş №3(009)-2057/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2057/2025

20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2057/2025 20.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Ay Ramazanın nümayəndəsi Nümayəndə1, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X3 iştirakları ilə, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin inzibati tənbehvermə haqqında MN ******* nömrəli, 25 iyul 2024-cü il tarixli qərarının ləğv edilməsinə dair Ay Ramazanın nümayəndəsi Nümayəndə1 şikayətinə və ona əlavə edilmiş sənədlərə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ay Ramazanın nümayəndəsi Nümayəndə1 şikayətlə məhkəməyə müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Ramazan Ay barəsində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib edilmiş 25 iyul 2024-ci il tarixində, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1ci maddəsi ilə MN ******* nömrəli qərar qəbul edilmişdir. Həmin inzibati xəta barədə heç bir məlumatları olmamışdır və nəticədə Ramazan Ay barəsində AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi əsası ilə 3000 (üç min) manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən tərtib edilmiş 25 iyul 2024-cü il tarixli qərarda "Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına giriş" informasiya sistemi üzərindən aparılmış monitorinqlər nəticəsində əldə edilmiş məlumatlar əsasında, işğaldan azad edilmiş ərazilərə iş icazəsi alınan şəxslərin adma Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sisteminin "Əmək və Məşğulluq" altsistemində qüvvədə olan əmək müqavilələri aşkar edilməməsi nəticəsində "xxxx" MMC-nin direktoru Ramazan Ay Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli göstərilmişdir. Yuxarıda göstərilən əsaslarla bağlı inzibati orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən "R-RAMAY İNŞAAT” MMC-nin barəsində tərtib olunmuş 12 iyul 2024-cü il tarixli MN ******* saylı inzibati xəta haqqında protokol bundan əvvəl Bakı şəhər Səbail Rayon məhkəməsində xx.xx.2024-ci il tarixində baxılmış və protokolda göstərilən əsaslar öz təsdiqini tapmadığı, inzibati xəta tərkibi olmadığı üçün icraata xitam verilmişdir. Həmin məhkəmə qərarından Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti tərəfindən apellyasiya şikayəti verilsə də, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə şikayət təmin edilməmiş, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvəsində saxlanılmışdır (Bu barədə məhkəmə qərarları ərizəyə əlavə edilmişdir). Bildirmək istəyir ki, verilmiş inzibati qərar əsassızdır və mövcud sübutlarla əsaslandırılmayıb. Belə ki, həmin iş artıq Səbail Rayon Məhkəməsində və Bakı Apellyasiya Məhkəməsində araşdırılıb və hər iki instansiya tərəfindən işə xitam verilib. Buna baxmayaraq, yenidən eyni əsaslarla inzibati qərar qəbul olunması düzgün deyil və qanuna ziddir. Yuxarıda göstərilənlərə əsasən Ramazan Ay barəsində qəbul edilmiş AR İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsi ilə qəbul edilmiş xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli qərarın və 3000 (üç min) manat inzibati cərimənin ləğv edilməsi barədə qərar qəbul edilməsi məhkəmədən xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati tənbehvermə haqqında qərar çıxarılmış şəxs Ay Ramazanın nümayəndəsi Nümayəndə1 şikayəti müdafiə edərək göstəmişdir ki, şəxslər müvafiq icazələri almış, lakin müqavilə bağlanması üçün müraciət etməmişlər. Bununla bağlı artıq bir neçə məhkəmə qərarı da mövcuddur. Göstərdiklərini nəzərə alaraq inzibati tənbehvermə haqqında qərarın ləğv edilərək, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin nümayəndəsi X6 şikayətə etiraz edərək bildirmişdir ki, iki şəxsin əmək müqaviləsinin olmaması, yəni müqavilələr hüquqi qüvvəyə minməmiş Qarabağda işləmişlər. Göstərilənlərə əsasən şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib və şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət əsaslı olduğundan təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv olunaraq iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin 25 iyul 2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərardan görünür ki, X2 və X8 xx.xx.2024-cü il tarixindən xx.xx.2024-cü il tarixinədək əmək müqavilələri hüquqi qüvvəyə minmədən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb olunmuşdurlar. X9 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ay X1 və X5 əmək müqavilələri müvafiq qaydada imzalanmış və qüvvəyə minmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən işçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə- fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs Ay Ramazanın nümayəndəsi Nümayəndə1 şikayəti təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ay Ramazanın nümayəndəsi Nümayəndə1 şikayəti təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidmətinin Bakı Şəhər İdarəsinin xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati tənbehvermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar