Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2058/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 18 oktyabr 2021-ci il tarixli 00100-2079/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri,Səbail rayonu, Salyan şossesi, ev 32 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına Belçikadan və Niderland Krallığından 52K4067/52EM905 nömrə nişanlı avtomaşınla daxil olmuş və **********7876, **********7866 və **********7877 sorğu nömrəli 04.06.2021-ci il tarixli Gömrük Bəyannamələri əsasında 08.10.2021-ci il tarixədək müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş avadalıq hissələri yükünün müvəqqəti saxlanc müddətinin bitməsinə baxmayaraq, Şəxs MMC tərəfindən həmin yüklərin rəsmiləşdirilməsi və ya digər gömrük proseduru altında yerləşdirilməsi ilə bağlı heç bir tədbir görülməmişdir. 15.10.2021-ci il tarixdə malların saxlanca qoyulduğu Bakı şəhəri, Səbail rayonu Salyan şossesi, ev 32 ünvanında yerləşən “UİS-AZ" MMC-yə məxsus anbarda **********7876, **********7866 və **********7877 sorğu nömrəli 04.06.2021-ci il tarixli Gömrük Bəyannamələri ilə saxlanca götürülmüş mallara baxış keçirilmiş, malların fotoşəkilləri çəkilmiş, mallar bəyannamə üzrə eyniləşdirilmiş, yüklərin toxunulmaz olduğu müəyyən edilərək akt tərtib edilmişdir. Bununla da Şəxs MMC Belçikadan və Niderland Krallığından idxal etdiyi malların müvəqqəti saxlanc müddəti 08.10.2021-ci il tarixdə bitməsinə baxmayarag, qeyd olunan tarixədək malları digər gömrük prosedurunda bəyan edərək rəsmiləşdirilmədiyi və malların müvəqqəti saxlanc müddətinin pozulduğu müəyyən edilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Bu fakt 34/026/026641 saylı 12.10.2021-ci il tarixli raport, **********7876, **********7866 və 0**********7877 sorğu nömrəli 04.06.2021-ci il tarixli Gömrük Bəyannaməsi (61), 15.10.2021-ci il tarixli akt, 34/013/027079 saylı 16.10.2021-ci il tarixli raport və Şəxs MMC-nin etibarnamə ilə nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşı X1 izahatı ilə təsdiq edilir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X6 X2 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Sahil” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC tərəfindən **********7866, **********7877, **********7876 və **********5639 sorğu nömrəli GB-ləri ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin yük sahibi tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan 15.10.2021-ci il tarixli Aktdan görünür ki, Avropa ölkələrindən Şəxs MMC-nin ünvanına 52K4067/52EM905 və EE707SS/SS409B yük nəqliyyat vasitələri ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********7877, **********7876 və **********7866 sorğu nömrəli 04.06.2021-ci il tarixli və **********5639 sorğu nömrəli 03.06.2021-ci il tarixli gömrük bəyannamələri ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda 08.10.2021-ci il və 04.10.2021-ci il tarixədək rəsmiləşdirilmiş avadanlıq hissələri yükünə Bakı şəhəri ünvan 2 ünvanında yerləşən Şəxs MMC-nin istifadəsində olan anbarda baxış keçirildi, mallar **********7877, **********7876, **********7866 və **********5639 sorğu nömrəli gömrük bəyannamələri üzrə eyniləşdirildi, yoxlanıldı, yoxlama zamanı malların yerində və toxunulmaz olduğu müəyyən edildi. Akta malların fotoşəkilləri əlavə olundu. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs MMC-nin nümayəndəsi X4 izahatında “X3 Limited” MMC-də gömrük işləri üzrə mütəxəssis vəzifəsində işlədiyini, Şəxs MMC-nin gömrük işlərinin həyata keçirilməsi üçün “X3 Limited" MMC-yə etibarnamə verdiyini, “UİS-AZ" MMC-nin əsasə fəaliyyət sahəsi neft və qaz əməliyyatlarının iştirakçısı, BP Şirkətinin subpodratçısı olduğunu, nümayəndəsi olduğu MMC Avropa ölkələrindən neft və qaz lahiyələrinin icrası üçün avadanlıq hissələrini ölkə ərazisinə idxal etdiyini, Cari ilin iyun ayında 52K4067/52EM905 qeydiyyat nişanlı avtomaşınla və EE707SS/SS409B qeydiyyat nişanlı avtomaşınla Şəxs MMC ünvanına mallar daxil olduğunu, Şəxs MMC idxal etdiyi mallara görə vergi və rüsumlardan azad olduğunu, Hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikasının qanuna əsasən idxal edilən mallara görə vergi və rüsumlar ödəmədiyini, mallar ölkə ərazisinə daxil olduqdan sonra, vergi və rüsumlardan azad olma sertifkatına qoşma edilən malların siyahısı hazır olmadığından, siyahının əldə edilməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edildiyini, bu müddətdə mallar **********7877, **********7876 və **********7866 sorğu nömrəli 04.06.2021-ci il tarixli və **********5639 sorğu nömrəli 03.06.2021-ci il tarixli gömrük bəyannamələri müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında bəyan edilərək rəsmiləşdirilmişdirildiyini, malların saxlanc müddəti 4 ay müəyyən edildiyini, mallar hal-hazırda Bakı şəhəri Səbail rayonu ünvan 3 ünvanında yerləşən Şəxs MMC-yə məxsus anbarda saxlanıldığını və üzərində heç bir sərəncam verilmədiyini, mallara dair siyahı hal-hazırda DGK-dən alınaraq, mallar son istifadə xüsusi gömrük proseduru altında bəyan edilməyə hazır olduğunu, malların saxlanc müddətinin pozulması səbəbi kimi, malların dəqiq siyahıya alınması prosesində ləngiməni göstərərək gömrük qaydalarının pozulduğunu etiraf etdiklərini bildirmişdir. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış nümayəndənin etirafı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 496.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2058/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2058/2021
05.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver