Məhkəmə qərarları › İş №3(009)-206/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-206/2023

01.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-206/2023 01.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC -nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC -nin Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 07 fevral 2021-ci il tarixli, 00100-00350/** EP ***8609 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar baxılması üçün Səbail Rayon məhkəməsinə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsinin “Xüsusi gömrük prosedurları” şöbəsindən daxil olmuş 34/012/025900 saylı 31,10.2022-ci il tarixli raportun icrası ilə əlaqədar bildiririk ki, çaportda “City Catering" MMC (VÖEN:**********) tərəfindən **********6452 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəggəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin bitdiyi, lakin Şəxs MMC tərəfindən malların digər gömrük proseduru altında yerləşdirilməsi və ya öhdəlik müddətinin artırılması üçün heç bir müraciətin daxil olmadığı geyd edilmişdir. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixli **********6452 sorğu nömnəli gömrük bəyannaməsi ilə müvəggəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş malın ölkə ərazisindən aparılma müddətinin son tarixi xx.xx.2020- ci il tarix müəyyən edilmişdir. Qeyd olunan raportda göstərilənlər tərəfimizdən araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 1 ünvanında geydiyyatda olan Şəxs MMC-nin ünvanına gələn yüklərinin ölkə ərazisindən aparılma müddətinin son tarixi '9.03.2020-ci il tarix müəyyən edilsədə, adı geyd olunan Şəxs MMC tərəfindən malların andəlik müddəti bitdikdən 55 (əlli beş) gün sonra xx.xx.2020-ci il tarixdə **********8089 sorğu "ömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmişdir. Nəticədə "xxxx" MMC-nin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.3cü maddəsində nəzərdə tutulan inzibati xəta törədilmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMCyə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş City Catering” MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və onlar tərəfindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş City Catering” MMC -nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki City Catering” MMC-nin Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı Baş Gömrük İdarəsinin Xüsusi gömrük prosedurları şöbəsinin rəis tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC (**********) tərəfindən **********6452 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddəti xx.xx.2020-ci il tarixində bitmiş, lakin şirkət tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi tamamlanmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Xüsusi gömrük prosedurları şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsindən daxil olmuş 34/013/030689 nömrəli xx.xx.2022-ci il tarixli raportda qeyd olunan Şəxs MMC tərəfindən **********6452 sorğu nömrəli xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallar xx.xx.2023-cü il tarixində **********9061 sorğu nömrəli gömrük bəyannaməsi ilə sərbəst dövriyyə buraxılış gömrük proseduru altında bəyan edilib. Hal-hazırda gömrük bəyannaməsində düzəlişlərin edilməsi üçün bəyannaməçiyə geri göndərilib və həmçinin, **********6452 sorğu nömrəli xx.xx.2016-cı il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş mallara görə yaranmış dəbbə pulu borcu Şəxs MMC tərəfindən tam şəkildə ödənilməyib. İş materiallarına əlavə edilmiş Gömrük Xidmətinin “X1 Sistemi” (VAİS) informasiya resursundan çıxarışdan görünür ki, xx.xx.2016-cı il tarixli **********6452 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusj gömrük proseduru altında yerləşdirilmiş malın ölkə ərazisindən aparılma müddətinin son tarixi xx.xx.2020-ci il tarix müəyyən edilmişdir. İş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan City Catering” MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs MMCnin ünvanına **********6452 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti idxal gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin ölkə ərazisindən aparılma müddətinin son tarixi xx.xx.2020-ci il tarix müəyyən edilsə də, adı qeyd olunan Şəxs MMC tərəfindən malların öhdəlik müddəti bitdikdən 55 (əlli beş) gün sonra xx.xx.2020-ci il tarixdə **********8089 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilərək Sərbəst dövriyyə üçün buraxılış gömrük prosedurunda rəsmiləşdirilmişdir. Gömrük gaydalarının pozulduğunu bilirlər, qanunvericilikdə nəzərdə tutulmuş cəriməni ödəməyə hazırdırlar. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs City Catering” MMC nin Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2013-cü il 2 sentyabr tarixli 245 nömrəli qərarı ilə təsdiq edilmiş “Malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilməsi Qaydaları”nın 6-cı bəndinə əsasən müvəqqəti ixrac gömrük proseduru altında yerləşdirilmiş malların bu gömrük proseduru altında qalma müddəti gömrük orqanları tərəfindən 24 (iyirmi dörd) aydan çox olmamaq şərtilə müəyyənləşdirilir. Bu müddət müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədi üçün kifayət etməlidir və göstərilən müddətdə müvəqqəti idxal xüsusi gömrük prosedurunun məqsədlərinə nail olunmadıqda, gömrük orqanı həmin prosedur üçün müəyyən olunmuş müddətin başa çatmasına 1 (bir) ay qalmış prosedur sahibinin əsaslandırılmış müraciəti ilə malların müvəqqəti idxal xüsusi gömrük proseduru altında qalma müddətini 12 (on iki) aya qədər uzadır. Həmçinin, müvəqqəti idxal gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatanadək həmin mallar təkrar ixrac edilməli və ya digər gömrük proseduru altında yerləşdirilməlidir. Müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar təkrar ixrac edildikdə və ya digər gömrük proseduru altında yerləşdirildikdə, müvəqqəti idxal xüsusi gömrük proseduru altında yerləşdirilmiş mallar üçün müəyyən edilmiş müddət başa çatmış hesab olunur. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsə inzibati tənbeh tətbiq etmək məsələsini həll edərkən inzibati xətalar qanunvericiliyinin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: bir aydan üç ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə -fiziki şəxslər beş yüz manatdan yeddi yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər səkkiz yüz manatdan min iki yüz manatadək məbləğdə, hüquqi şəxslər iki min manatdan üç min manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.1-ci maddəsinə görə hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 18.5-ci maddəsinə görə hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 499.1.3-cü maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43,114- 117 və 499.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İXM-nin 499.1.3-cü maddəsi ilə təqsirli bilinsin və 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar