Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2060/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Şəxs MMC barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-1648/21 saylı, 20 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Bakı şəhəri, Nəsimi rayonu, İvan Turgenev, ev 24, mənzil 24 ünvanında qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 17.08.2021-ci il tarixidə Çin Xalq Respublikasından 27B58310/27B58410 nömrə nişanlı yük avtomaşınının üzərində olan MİOU ******* nömrəli konteynerdə FAYE20201209 nömrəli 09.12.2020-ci il tarixli invoys sənədi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********8897 sorğu nömrəli 17.08.2021-ci il tarixli gömrük bəyannamasi ilə bəyan edilən, mallara 20.08.2021-ci il tarixdə “İpək Yolu” terminalında gömrük baxışı həyata keçirilmişdir. Baxış zamanı Şəxs MMC tərəfindən gömrük orqanına təqdim ediiən **********8897 sorğu nömrəli 17.08.2021-ci il tarixli gömrük bəyannaməsində bəyan edilən mallardan əlavə gömrük orqanına bəyan edilməyən, mal-müşayiət sənədlərində qeyd edilməyən 442 kv.m üzərində heç bir yazısı olmayan vakuum paket, 100 kv.m üzərində heç bir yazısı olmayan selofan, 150 metr üzərində heç bir yazısı olmayan yapışqan sellofan, 150 kv.m üzərində heç bır yazısı olmayan üzlük plyonka, 624 kv.m üzərində heç bir yazısı olmayan rəngli plyonka, 200 kv.m üzərində heç bir yazısı olmayan kisə materialından plyonka, 100 ədəd üzərində heç bir yazısı olmayan plastmas boru birləşdiricisi, 100 metr üzərində heç bir yazısı olmayan spiral boru, 200 metr üzərində heç bir yazısı olmayan vakuum borusu, 20 ədəd üzərində heç bir yazısı olmayan keçmə qapaqcıq, 20 ədəd üzərində heç bir yazısı olmayan ötürücü borular, 1 ədəd üzərində heç bir yazısı olmayan vakuum nasosu, 3 ədəd üzərində heç bir yazısı olmayan metal birləşdirici, 12 ədəd üzərində Maximum Mold, Release Wax” yazısı olan ayırıcı krem, 1 ədəd üzərində “X4” yazısı olan qızdırıcı və ötürücü qazan yükü aşkar edilmişdir.edir. Nəticədə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 112.1.4-cü maddəsinə əsasanaraq inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin nümayəndəsi X2, Şəxs MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tərkib əlamətləri olmadığından iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini pozmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin, 9/7236 9/6002 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 14 adda malların gömrük xərcləri nəzərə alınmaqla 17.08.2021-ci il tarixə orta bazar qiymətinin təxminən 4458,90 manat müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Beləliklə, Bakı şəhəri, Nəsimi rayonu, İvan Turgenev, ev 24, mənzil 24 ünvanında qeydiyyatda olan Şəxs MMC tərəfindən gömrük orqanına bəyan edilməyən 14 adda malların gömrük xərcləri nəzərə alınmaqla 17.08.2021-ci il tarixə orta bazar qiymətinin təxminən 4458,90 manat müəyyən edilir. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 4508,90 manat valyuta vəsaiti məbləğinin qırx faizi məbləğində, yəni 1803,56 (min səkkiz yüz üç manat, əlli səkkiz qəpik) manat məbləğində cərimə edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs MMC-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinib inzibati xətanın bilavasitə obyekti olan 4456,90 manat valyuta vəsaiti məbləğinin qırx faizi məbləğində, yəni 1803,56 (min səkkiz yüz üç manat, əlli altı qəpik) manat məbləğində cərimə edilməlidir. Aparılmış ekspertiza tədqiqatın dəyəri 200 (iki yüz) manat Şəxs MMC-dən tutulsun. Qərardan rəsmi qaydada verildiyi 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2060/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2060/2021
04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver