Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-207/2022 09.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikası İXMnin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 21 yanvar 2022-ci il tarixli 00100-0138/22 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən hüquqi şəxs Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı 06 yanvar 2022-ci il tarixdə Bakı Bas Gömrük İdarəsində Gürcüstanda fəaliyyət göstərən “Aztur Trading LLC” şirkəti tərəfindən 99JS317/10ZJ247 nömrə nişanlı avtomobilində idxal edilmiş mallar **********5199 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan etdiyi zaman ”qara metaldan bolt” ********** kodu, 15%, “yaq təzyiq tənzimləyici klapan’’ ********** kodu 5%, “qara metaldan araqat” ********** kodu 15%, “qara metaldan diskli əyləclər üçün hissələr” ********** XİF MN kodu altında sinifləsdirməli olduğu halda, **********, **********, 840991000, **********, ********** yarımmövqevində sinifləşdirərək ödənilməli olan: 2039,25 manat idxal rüsumundan və 367,28 manat əlavə dəyər vergisindən ibarət olmaqla cəmi 2406,53 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə və Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialına məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialının Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük Prosedurları və Ödənişləri şöbəsindən daxil olmuş 34/012/001042 nömrəli 15.01.2022-ci il tarixli raportda əsasən, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına 99JS317/10ZJ247 nömrəli avtomaşınla, AZTR**********, AZTR********** saylı 27.12.2021-ci il tarixli invovs sənədi ilə daxil olmuş yüklərə **********5199 sorğu nömrəli 06.01.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannamədə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı XİF MN üzrə **********, **********. 840991000, **********, ********** kodu altında 0% gömrük rüsumu dərəcəsi ilə bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləsdirildivinin müəvvən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-017/003-25/000186 saylı 14.01.2022-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-və göndərilmiş ekspert rəyinə əsasən, AZTR**********, AZTR********** saylı 27.12.2021-ci il tarixli invovs üzrə ”qara metaldan bolt” ********** kodu, 15%, “yaq təzyiq tənzimləyici klapan” ********** kodu 5%, “qara metaldan araqat” ********** kodu 15%, “qara metaldan diskli əyləclər üçün hissələr” ********** kodu 5% idxal gömrük rüsumuna cəlb edilməli olduğu məlum olduğu. **********5199 sorğu nömrəli 06.01.2022-ci il tarixli gömrük bəyannaməsində yüklərin, AZTR**********, AZTR********** saylı 27.12.2021- ci il tarixli invovs üzrə mallar ”qara metaldan bolt” ********** kodu, 15%, “yağ təzyiq tənzimləyici klapan” ********** kodu 5%, “qara metaldan araqat” ********** kodu 15%, “qara metaldan diskli əyləclər üçün hissələr” ********** kodu 5% idxal gömrük rüsumuna cəlb edilməli olduğu təqdirdə Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği : idxal gömrük rüsumu 2039.25 azn. əlavə dəyər vergisi üzrə 367.28 azn təşkil edir. İnzibati xəta haqqında protokola əsasən araşdırma zamanı Çin Xalq Respublikasından Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı filialının ünvanına 99MS632/10ZK297 nömrəli avtomaşınla daxil olmuş yüklər **********7632 sorğu nömrəli 22.12.2021-ci il tarixli gömrük bəyannaməsi ilə 2021-ci ilin dekabr avının 22-də gömrük orqanına bəyan edilmiş malların XİF MN uyqun kodunu düzgün bəyan etməməklə cəmi 8712,60 manat gömrük ödənişlərindən yayınmış, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı tərəfindən ümumilikdə 8712,60 azn əlavə gömrük ödənişlərinin ödənildiyindən və belə bir əməli ilk dəfə törətdiyindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətmiş hüquqi şəxs “X2" Şirkətinin Azərbaycan Respublikasındakı filialı barəsində inzibati xəta haqqında is üzrə icraatın başlanılması vurulmuş ziyanın tamamilə ödənilməsi ilə əlaqədar həmin maddənin Qeyd hissəsinin 2-ci bəndi və İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən xitam edilmişdir. Belə ki, adı qeyd olunan Filial İXMnin 505-ci maddəsində cari ildə təkrar olaraq törətdiyi müəyyən edilir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsinin iştirakı təmin edilmiş və o, gömrük ödənişlərinin məbləğində yaranmış fərqi ödəməyə hazır olduqlarını bildirmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialına tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 2406,53 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Şirkətinin Azərbaycan Respublikasındakı Filialı Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 2406,53 (iki min dörd yüz altı manat əlli üç qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi) məbləğdə, yəni 1685 (bir min altı yüz səksən beş) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-207/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-207/2022
09.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver