Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-207/2023 15.03.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mustafayeva Zeynəb Əbülfət qızının katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair inzibati xəta haqqında işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 505-ci maddəsi ilə təqsirləndirilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 30 yanvar 2023-cü il tarixli 00100-00039/23 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokola əsasən Şəxs MMC-nin ünvanına 77HP432/99ZX636 nömrəli yük nəqliyyat vasitəsi ilə xx.xx.2022-ci il tarixli invoys üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********8125 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə bəyan edilmiş yüklərə dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı malların üzrə kodlarının düzgünlüyünün müəyyən edilməsi üçün X1 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-011/0xx-xx/007502 nömrəli xx.xx.2022-ci il tarixli cavab məktubu ilə BBGİ-və göndərilmiş ekspert rəyinə əsasən GİB202200Q00087 nömrəli xx.xx.2022-ci il tarixli invovs üzrə idxal edilmiş malların XİFMN üzrə ********** saylı alt yarım mövqeyində sinifləşdirilməli olduğu, Şəxs MMC tərəfindən idxal gömrük rüsumu üzrə 8364,00 manat, ƏDV üzrə 1505,52 manat, elektron gömrük xidməti haqqı üzrə 30,00 manat, elektron gömrük xidməti haqqı üzrə ƏDV 5,40 azn olmaqla cəmi 9904,92 manat gömrük ödənişlərinin ödənilməsindən yayınmışdır və MMC-nin əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsinin tərkib əlamətlərinin olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinə və Şəxs MMC-yə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və Şəxs MMC-nin nümayəndələri məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsinin və Şəxs MMC-nin nümayəndələrinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Gömrük Dəyərləndirilməsi və Risklərin İdarə Olunması şöbəsinin rəisi tərəfindən tərtib edilmiş raporta əsasən ünvan 1 ünvanında qeydiyyatda olan "xxxx" MMC-nin ünvanına 77HP432/99ZX636 nömrəli nəqliyyat vasitəsi ilə, GİB**********87 saylı xx.xx.2022-ci il tarixli invoys sənədi ilə daxil olmuş yüklər **********8125 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi üzrə bəyan edilmiş mallara dair mal müşayiət sənədlərinin düzgünlüyünün araşdırılması zamanı GB-də bəyan edilmiş malların XİF MN üzrə hansı kod altında sinifləşdirildiyinin müəyyən edilməsi məqsədilə X1 İdarəsinə müraciət olunmuş, həmin İdarədən 2200-11/0xx-xx/007502 saylı, xx.xx.2022-ci il tarixli məktuba əlavə olunaraq BBGİ-yə göndərilmiş sınaq protokoluna əsasən GİB**********87 saylı, xx.xx.2022-ci il tarixli invoys göstərilən bütün mal mövqeyinin, "15" % gömrük rüsumuna cəlb edilməli olduğu məlum olmuşdur. Beləliklə, **********8125 sorğu nömrəli xx.xx.2022ci il tarixli gömrük bəyannaməsinin mal mövqeyində bəyan edilmiş yüklərə görə "AVENT QRUP" MMC tərəfindən əlavə ödəniləcək gömrük ödənişlərinin məbləği: idxal gömrük rüsumu üzrə 8364.00 manat, ƏDV üzrə 1505.52 manat, elektron gömrük xidməti haqqı üzrə 30.00 manat, elektron gömrük xidməti üzrə ƏDV 5.40 manat təşkil edir. İnzibati xəta haqqında protokola əsasən araşdırma zamanı aparılmış araşdırma nəticəsində Şəxs MMC-nin ünvanına Türkiyə Respublikasından 77HP432/99ZX636 nömrəli yük nəqliyyat vasitəsi ilə GİB**********87 nömrəli xx.xx.2022-ci il tarixli invovs üzrə idxal edilmiş və Bakı Baş Gömrük İdarəsində **********8125 sorğu nömrəli xx.xx.2022-ci il tarixli gömrük bəyannaməsi ilə gömrük orqanına bəyan edilmiş yükün gömrük orqanına “**********” saylı XİFMN kodunda bəyan edildiyi, bu halda Şəxs MMC tərəfindən ümumilikdə 9904,92 azn əlavə gömrük ödənişlərinin ödənilməli olduğu, MMC tərəfindən xx/xx/000529 nömrəli ərizə ilə Bakı Baş Gömrük idarəsinə müraciət olunaraq yaranmış əlavə gömrük ödənişlərini ödəmək niyyətində olduqları bildirilsə də, faktiki olaraq yaranmış əlavə gömrük ödənişlərinin ödənilməməsi nəticəsində MMC-nin hərəkətsizliklə gömrük ödənişlərinin ödənilməsindən yayındığı müəyyən edilmişdir. Həmçinin barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin nümayəndəsinin iştirakını təmin etmək məqsədi ilə məktub göndərilmiş, lakin MMC-nin səlahiyyətli nümayəndəsi BBGİ-yə gəlməmiş, yaranmış ümumilikdə 9904,92 manat əlavə gömrük ödənişləri ödənilməmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 505-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən Bu Məcəllənin 127-4.5-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, maliyyə və əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilmədiyini nəzərə alıb iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə təqsirli bilinməli, həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan gömrük ödənişlərinin 9904,92 manat məbləğinin yetmiş faizi məbləğində cərimə edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 55, 114-115 və 505-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 505-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinsin və ödənilməli olan 9904,92 (doqquz min doqquz yüz dörd manat doxsan iki qəpik) manat gömrük ödənişlərinin məbləğinin 70 (yetmiş faizi) məbləğdə, yəni 6933 (altı min doqquz yüz otuz üç,) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-207/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-207/2023
15.03.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver