Məhkəmə qərarları › İş №3(009)-2075/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2075/2021

22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2075/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, Bakı Şəhəri Səbail Rayon Polis İdarəsindən daxil olmuş Şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı, 12 oktyabr 2021-ci il tarixli və Şəxs2 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı, 12 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokola və və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN ETDİ: Bakı Şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 12 oktyabr 2021-ci il tarixli İXP ******* saylı və Şəxs2 Zilfiqar oğlunun Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş İXP ******* saylı, 12 oktyabr 2021 -ci il tarixli inzibati xəta haqqında protokola və və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhər Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə təqdim edilmiş materialları araşdıraraq hesab edir ki, Şəxs1 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı, 12 oktyabr 2021 -ci il tarixli və Şəxs2 Zilfiqar oğlunun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsi ilə tərtib edilmiş İXP ******* saylı, 12 oktyabr 2021 -ci il tarixli inzibati xəta haqqında protokol və digər sənədlər düzgün tərtib olunmadığından geri qaytarılmalıdır. Belə ki, inzibati xəta haqqında materialdan görünür ki, Bakı Şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən 2 ayrı-ayrı şəxs barəsində 2 ayrı protokol tərtib edilsə də, tərtib edilmiş həmin protokollar birləşdirilməklə, birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən eyni orqanın səlahiyyətlərinə aid olduğu təqdirdə şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə eyni vaxtda baxılması müddəası nəzərdə tutulmuş, lakin inzibati xətalar qanunvericiliyində inzibati xəta haqqında iş üzrə icraata başlamış orqanlar və vəzifəli şəxslər, o cümlədən işə baxan məhkəmələr tərəfindən bir neçə inzibati xəta haqqında protokolun bir icraatda birləşdirilməsi proseduru və qaydası müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda və işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Beləliklə, məhkəmə iş materiallarında olan sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Səbail Rayon Polis İdarəsi tərəfindən inzibati xəta haqqında iş məhkəməyə göndərilərkən qanunvericiliyin qeyd edilən tələblərinə əməl edilmədiyindən, təqdim edilmiş inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, həmin çatışmamazlıqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılması mümkün olmadığından inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Polis İdarəsinə geri qaytarılmalı, qərardadda göstərilən nöqsanlar aradan qalxdıqdan sonra inzibati orqanın yenidən məhkəməyə müraciət etmək hüququ izah edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Bakı Şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən Şəxs1 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş 12 oktyabr 2021-ci il tarixli İXP ******* saylı və Şəxs2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.8-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair tərtib edilmiş İXP ******* saylı, 12 oktyabr 2021 -ci il tarixli inzibati xəta haqqında protokola və və ona əlavə edilmiş sənədlər Səbail Rayon Polis İdarəsinə geri qaytarılsın. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar