Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2078/2021 22.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əkbərli Leyla Mirfazil qızının katibliyi, Səbail Rayon İcra Şöbəsinin icra məmuru X1, zərərçəkmiş şəxs X4, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs və onun nüdafiəçisi X2 iştirakları ilə, xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Səbail rayon İcra və Probasiya şöbəsindən daxil olmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Səbail rayonu İcra şöbəsindən daxil olmuş inzibati xəta haqqında 22 oktyabr 2021-ci il tarixli, MN seriyalı, № ******* saylı protokola və ona əlavə olunmuş materiallara əsasən, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-13017/2019-002 saylı, 22.11.2019-cu il tarixli icra sənədinə əsasən borclu Şəxs 50000 Avro məbləğində pul vəsaiti və dövlət rüsumu tutularaq X5 ödənilməlidir. İcra sənədi 21.08.2020-ci il tarixdə icraata daxil olmuş, icra tələblərinə başlanılmışdır. İcraata başlamaq haqqında qərar və tələbin könüllü icrası ilə bağlı bildiriş 21.08.2020-ci il tarixdə borclunuun faktiki yaşayış ünvanına göndərilmişdir. 13.11.2020-ci il tarixdə borclu Səbail rayon icra şöbəsinə yaxınlaşmış və qərar və bildirişin surəti ona təqdim edilmişdir. Borclu 13.11.2020-ci il tarixli izahatında ümumi borc məbləğindən 700 manat hissəsini ödədiyini, maddi durumunun aşağı olduğu səbəbindən, yalnızca hissə-hissə ödəniş edə biləcəyini bildirmişdir. Borclu 22.10.2021-ci il tarixli izahatında hazıradək 18000 manat borc məbləği ödədiyini bildirərək, yenidən hissə-hissə ödənişə imkanı olduğunu bildirmişdir. Borclu şöbəyə ünvanladığı 06.10.2021-ci il tarixli ərizəsində borcun pensiyasına yönəlməsinə və əmək haqqından tutulmanın aparılmasına heç bir etirazı olmadığını bildirmişdir. Əlavə gəliri olduğu halda əlavə ödəniş edəcəyinidə qeyd etmişdir. Məhkəmə iclasında Səbail rayon İcra Şöbəsinin icra məmuru X3 inzibati xəta haqqında protokolda göstərilənləri müdafiə edərək, Şəxs Azərbaycan Respublikası İXMnin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, ayda hissə-hissə ödəməsi barədə tələbkarla razılığa gəlmişlər. Dünən icra şöbəsinə gedərək ödəmək istədikdə icra məmuru tələbkarın istəyi əsasında pulu qəbul etməkdən imtina etmişdir. Borcun bir dəfəyə ödəmək üçün imkanı yoxdur. Hazırda məhkəmə iclasında 1000 manat vermək imkanım var. Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs nüdafiəçisi X6 izahat verərək bildirmişdir ki, dəfələrlə bank hesabı açılması barədə müraciət edilmiş, lakin tələbkar indiyədək hesab açmamışdır. Ötən gün isə pul ödəmək üçün getdikdə icra məmuru qəbul etməmişdir. Zakir bəy borcun pensiyadan tutulması barədə də müraciət etmişdir. Türkan bağlarında olan torpaq sahəsinə tələbkara təklif etmiş, lakin qəbul etməmişdir. Zirədə yerləşən istixana Zakir bəyin deyil, onun qardaşınındır. Bir bağ evi var, o da “AccessBankda” girovdadır. Hal-hazırda 650 manat əmək haqqı alır. Məhkəmə iclas zalında zərərçəkmiş X7 izahat verərək bildirmişdir ki, borclunun yetəri qədər imkanı var. Bina tikir, adına torpaq sahəsi və ev var. İki ilə ümumi borcun 10%-ni ödəyib. Hissə-hissə ödəməklə borcun bitməsinə onun ömrü çatmaz. Beləliklə, işin hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi olmadığı üçün inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İşin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikasının İXM-nin 53.0.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 109.2-ci maddəsinə əsasən, bu Məcəllənin 53 və 104.1-ci maddələrində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi və ya inzibati xəta haqqında iş üzrə icraatın dayandırılması barədə qərar qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs Şəxs əməlində Azərbaycan Respublikasının İXM-nin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın tərkibi olmadığına görə, iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 43, 106-112, 114-115, 117, 128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata əməlində inzibati xəta tərkibi olmadığı üçün xitam verilsin. Qərardan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-2078/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2078/2021
22.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver