Məhkəmə qərarları › İş №3(009)-208/2022

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-208/2022

11.02.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-208/2022 11.02.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş, 07.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş, 07.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş, 07.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, həmin qərar X5 oğlu barəsində tərtib edilmiş, lakin qərardan şikayət X2 tərəfindən verilmişdir. X2 şikayət ərizəsinə barəsində qərar çıxarılmış fiziki şəxsin nümayəndəsi qismində səlahiyyətini təsdiq edən sənəd əlavə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. İş materiallarından və şikayət ərizəsindən görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X3 özü məhkməyə müraciət etməmiş, X2 şikayətində barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin adından şikayət vermək hüququnu təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Bakı Nəqliyyat Agentliyinin 07.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X1 verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 114,128 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyi tərəfindən tərtib edilmiş, 07.01.2022-ci il tarixli, BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar