Məhkəmə qərarları › İş №3(009)-2080/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2080/2021

24.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2080/2021 24.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Şəxs-nin nümayəndəsi X1 iştirakları ilə, Şəxs-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinə əsasən Şəxs-nin barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 00100-2128/21 saylı, 21 oktyabr 2021-ci il tarixli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs tərəfindən Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin etibarnamə ilə nümayəndəsi olan Azərbaycan Respublikası vətəndaşı X2 izahatı alınmış, o, nümayəndəsi olduğu Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Belçikanın “Alfavision Museums Services” şirkətindən idxal edilmiş yüklərin **********0679 sorğu nömrəli 20.09.2019-cu il tarixli gömrük bəyannaməsi ilə 20.09.2021-ci il tarixədək müddətinə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirildiyini, gətirilən malların Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində yaradılacaq “Bakı Xanları” muzeyinin açılışında istifadə olunmaq üçün Azərbaycan Respublikasına gətirildiyini, bütün dünyada davam edən “COVİD-19” pandemiyası ilə əlaqədar olaraq ölkə ərazisinə muzeylərin fəaliyyəti müvəqqəti olaraq dayandırıldığından sözügedən muzeyin açılışında müvəqqəti ləngimələrin olduğunu, bu səbəbdən indiyədək “Bakı Xanları” muzeyinin açılışının baş tutmadığını, həmçinin **********0679 sorğu nömrəli 20.09.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı müddət başa çatanadək BBGİ-yə müraciət etməyi unutduqlarını, lakin sonradan 01/10/295 nömrəli ərizə ilə Dövlət Gömrük Komitəsinə müraciət olunaraq Şəxs Dövlət Tarix-Memarlıq İdarəsi tərəfindən müvəqqəti idxal edilmiş yüklərin müvəqqəti idxal müddətini uzatmaq niyyətləri barədə gömrük orqanına məlumat verdiklərini, müddət başa çatanadək həmin yüklərin ya sərbəst dövriyyə buraxılış gömrük prosedurunda rəsmiləşdiriləcəyini, ya da ölkə ərazisindən geriyə qaytarılacağını bildirmişdir. Araşdırma zamanı Şəxs Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsi tərəfindən **********0679 sorğu nömrəli 20.09.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 20.09.2021-ci il tarixdə başa çatdığı, sözügedən malların müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı İdarə tərəfindən 13.10.2021-ci il tarixdə 01/10/295 nömrəli ərizə ilə gömrük orqanına müraciət olunmuşdur. Nəticədə Şəxs Dövlət TarixMemarlıq Qoruğu İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Qanunla müəyyən olunmuş qaydada və müddətdə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasına gəlmədiyi və səbəbini bildirmədiyi üçün Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsaslanaraq inzibati xəta protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan işə baxılması mümkün hesab edilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin səlahiyyətli nümayəndəsi X3, Şəxs barəsində iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq belə qənaətə gəlir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılması və ya bu əraziyə qaytarılması məcburi olan, əvvəllər müvəqqəti gətirilmiş və ya aparılmış mallar və ya nəqliyyat vasitələrinin müəyyən olunmuş müddətlər pozulmaqla Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə, yəni: həmin Məcəllənin 499.1.2-ci maddəsinə əsasən on beş gündən bir ayadək müddətə gecikdirilməklə Azərbaycan Respublikasının gömrük ərazisindən kənara aparılmasına və ya bu əraziyə qaytarılmasına görə-fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min iki yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Eyni zamanda Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. İş üzrə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, Şəxs tərəfindən **********0679 sorğu nömrəli 20.09.2019-cu il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti idxal xüsusi gömrük prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddətinin 20.09.2021-ci il tarixdə başa çatdığı, sözügedən malların müvəqqəti idxal müddətinin uzadılması ilə bağlı İdarə tərəfindən 13.10.2021-ci il tarixdə 01/10/295 nömrəli ərizə ilə gömrük orqanına müraciət olunduğundan, Şəxs Dövlət Tarix- Memarlıq Qoruğu İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinin tələbini pozmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs-nin hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsinin tərkibi var və onun 1200 (min iki yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ : Şəxs Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 499.1.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib 1200 (min iki yüz) manat məbləğində cərimə edilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə şikayət və ya protest verilə bilər. HAKİM: AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar