Məhkəmə qərarları › İş №3(009)-2081/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2081/2021

25.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2081/2021 25.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Qafarova Rəna Nazim qızının sədirliyi, Paşazadə Pərvin Kamandar oğlunun katibliyi, Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1979-cu il Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, xadimə işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair protokola və ona əlavə olunmuş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxsnun Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 tərəfindən tərtib edilmiş 25 oktyabr 2021-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokol məhkəməyə təqdim edilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhəri Səbail rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X4 bildirmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2061/2020-007 nömrəli, 27.10.2020-ci il tarixli icra sənədinə əsasən X3 ilə Şəxs arasında bağlanmış 26.02.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 7440 (yeddi min dörd yüz qırx) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 7470 (yeddi min dörd yüz yetmiş) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməlidir. İcra sənədi 21.12.2020-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. 22.12.2020-ci il tarixdə borclu Şəxs şöbədə olarkən icra məmurunun icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi rəsmi qaydada təqdim edilmiş, eyni zamanda icra sənədinin icrası ilə bağlı ondan yazılı izahat alınmışdır. Borclu icra sənədində göstərilən tələbi icra etmədiyindən onun əmlak vəziyyətini yoxlamaq məqsədi ilə aidiyyəti təşkilatlara sorğu ilə müraciət edilmiş, lakin adına heç bir əmlak aşkar edilməmişdir. İş üzrə borclu Şəxs ilə dəfələrlə əlaqə saxlanılmış və şöbəyə dəvət olunmuş, lakin şöbəyə yaxınlaşmaqdan yayındığına görə barəsində 02.09.2021-ci il tarixdə borclunun axtarışı haqqında qərar qəbul olunaraq Səbail rayon Polis İdarəsinə göndərilmişdir. Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi tərəfindən borclu Şəxs 25.10.2021-ci il tarixli məktubla şöbəyə təhvil verilmişdir. İcra sənədinin icrası ilə bağlı borclu sonuncu dəfə 25.10.2021-ci il tarixdə şöbədə olarkən izahatı alınmış, o verdiyi izahatında ailə vəziyyətinin yaxşı olmadığını, başqa borclarının olduğunu bildirmişdir. İş üzrə tələbkar tərəf icra sənədinin icrasının təmin edilməsini tələb edir. Göstərilənləri nəzərə alaraq, Şəxs barəsində müvafiq inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs öz izahatında göstərmişdir ki, o, məhkəmə qərarlarına hörmətlə yanaşır və borcu ödəməkdən yayınmır, himayəsində 3 uşağı və anası vardır, səhhəti ilə bağlı bir müddət heç bir yerdə işləmədiyindən borcundan ödəniş edə bilməmiş, lakin tez bir zamanda borcundan ödəniş edəcəyini bildirmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 528.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 2061/2020-007 nömrəli, 27.10.2020-ci il tarixli icra sənədinə əsasən X3 ilə Şəxs arasında bağlanmış 26.02.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 7440 (yeddi min dörd yüz qırx) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 7470 (yeddi min dörd yüz yetmiş) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-2061/2020-007 nömrəli, 27.10.2020-ci il tarixli icra sənədinə əsasən X3 ilə Şəxs arasında bağlanmış 26.02.2018-ci il tarixli kredit müqaviləsinə əsasən 7440 (yeddi min dörd yüz qırx) manat məbləğində borc, ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 (otuz) manat olmaqla, cəmi 7470 (yeddi min dörd yüz yetmiş) manat məbləğində pul vəsaiti cavabdeh Şəxs tutularaq iddiaçı X1 ödənilməlidir. İcra sənədi 21.12.2020-ci il tarixdə icraata daxil olmuş və müvafiq qaydada icraya yönəldilmişdir. 22.12.2020-ci il tarixdə borclu Şəxs şöbədə olarkən icra məmurunun icraata başlamaq haqqında qərarı və tələbin könüllü icrası haqqında bildirişi rəsmi qaydada təqdim edilmiş, eyni zamanda icra sənədinin icrası ilə bağlı ondan yazılı izahat alınmışdır. İcra sənədinin icrası ilə bağlı borclu sonuncu dəfə 25.10.2021-ci il tarixdə şöbədə olarkən izahatı alınmış, o verdiyi izahatında maddi vəziyyətinin yaxşı olmadığını, səhhəti ilə bağlı bir müddət heç bir yerdə işləmədiyindən borcundan ödəniş edə bilmədiyini qeyd etmişdir. Məhkəmə işin faktiki hallarına qiymət verərək hesab edir ki, borclu Şəxs icra sənədində göstərilən borcundan heç bir ödəniş etməməsi və icranın təmin edilməməsinə rəsmi olaraq heç bir üzrlü səbəb göstərməməsi icra sənədinin icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 32.1.3-cü maddəsinə əsasən inzibati xətanın hamilə qadın və ya himayəsində azyaşlı uşağı olan qadın tərəfindən törədilməsi inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İnzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. (32.2.) Belə ki, təqdimata əlavə olunmuş “Elektron icra” informasiya sistemindən əldə olunmuş sorğu məlumatına əsasən müəyyən olunmuşdur ki, Şəxs ümumilikdə 3 uşağı vardır və onlardan X5 03.10.2009-cu il təvəllüdlü olmaqla azyaşlıdır. Məhkəmə Şəxs himayəsində azyaşlı uşağının olmasını məsuliyyəti yüngülləşdirən hal kimi qəbul edir, məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə barəsində inzibati icraat aparılan şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və təqsirinin dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, o cümlədən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrində nəzərdə tutulmuş məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır. Məhkəmə, Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini, törətdiyi inzibati xətanın xarakterini, təqsirinin dərəcəsini, əmlak və ailə vəziyyətini, himayəsində azyaşlı uşağının olmasını, o cümlədən məsuliyyəti ağırlaşdıran halların olmamasını nəzərə alaraq hesab edir ki, Şəxs təqsirləndirildiyi Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Qeyd edilənlərə əsasən, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinməli və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 48-51, 114-117, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəna Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar