Məhkəmə qərarları › İş №3(009)-2088/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2088/2023

27.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2088/2023 27.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs MMC-nin vəkili Nümayəndə3 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 485.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 22 sentyabr 2023-cü il tarixli 00100-02479/23, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, ünvan 1 ünvanda, qeydiyyatda olan Şəxs MMC-nin ünvanına 42138776 nömrəli nəqliyyat vasitəsi ilə daxil olmuş yüklərin **********1819 sorğu nömrəli gömrük bəyannaməsinin 18-ci qrafası ilə həmin yük üçün təgdim olunmuş **********8804 sorğu nömrəli X2nin 21-ci qrafası arasında uyğunsuzlug aşkar edilmişdir. İş üzrə "Gömrük Xidmətinin Vahid avtomatlaşdırılmış idarəetmə Sistemi baxış keçirilərək müəyyən edilmişdir ki, “Abşeron” gömrük postunda xx.xx.2023-cü il tarixli **********1819 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmiş mallar 42138776 nömrəli nəqliyyat vasitəsi ilə xx.xx.2023-cü il tarixdə saat 13:59 radələrində “Beynəlxalq Dəniz Ticarət Limanı” gömrük postundan keçməklə Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilmiş, gətirilmiş mallara dair tərtib edilmiş xx.xx.2023-cü il tarixli **********1819 sorğu nömrəli gömrük bəyannaməsinin 18-ci grafasında nəgliyyat vasitəsinin nömrəsi 42138776 qeyd edilmişdir, lakin xx.xx.2023-cü il tarixli **********8804 sorğu nömrəli X2nin 21-ci qrafasında həmin X2nə yol-nəqliyyat qaiməsinə uyğun olaraq nəqliyyat vasitəsinin nömrəsi ******* qeyd edilmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin vəkili Nümayəndə3 protokola etiraz edərək bildirdi ki, Şəxs MMC (Sifarişçi/Alıcı) ilə Türkiyə Respublikasının yurisdiksiyası altında olan “Epiroc Makina AŞ” şirkəti (Satıcı) arasında 01 may 2023-cü il tarixdə alğı-satqı müqaviləsi imzalanmışdır (23EH0105- 01 nömrəli alış sənədi; bu sənəd məhkəməyə təqdim olunmuşdur). Həmin müqavilənin şərtlərinə əsasən Satıcı malı Alıcıya CİP Bakı şərtilə satmışdır. İncoterms 2020 CİP (Carriage and X4) əsasən çatdırılma şərtləri aşağıdakı kimidir: təyin olunmuş yerdə daşınma xərcləri və sığorta ödənmiş təhvili CİP-ə görə təyin olunmuş yerə malın çatdırılması üzrə bütün nəqliyyat xərcləri satıcının üzərindədir. Beləliklə, “Epiroc Makina AŞ” şirkəti nəqliyyat firması ilə müqavilə imzalanmışdır. Satılmış mal Çin Xalq Respublikasından göndərilmişdir. 23 avqust 2023-cü il tarixdə, yəni mal (yük) Azərbaycan Respublikasının gömrük sərhədini keçmədən Şəxs MMC tərəfindən X2 tərtib olunmuşdur. Həmin bəyannamədə daha əvvəl Şəxs MMC-yə göndərilən 15 avqust 2023-cü il tarixli Dəmiryol qaiməsindəki vaqon nömrəsi (5775853) yazılmışdır. Lakin, mal (yük) Azərbaycan Respublikasının gömrük sərhədini keçəndə İdxal Bəyannaməsi yazdığı sistemdə vaqon nömrəsi dəyişilmişdir və yeni Yük qaiməsində əlyazma ilə 42138776 nömrə yazılmışdır (bu Qaimənin surəti məhkəməyə təqdim olunmuşdur). X1 vaqon nömrəsini düzgün qeyd edilmişdir, yükü Yük Terminalına gətirən vaqon nömrəsi isə 42138776 olub. Şəxs MMC-nin işçiləri heç vaqonu görməmişlər. X3 eyni nömrəli olan konteynerdə (TCKU9041681) olmuşdur. İdxal bəyannaməsində konteyner nömrəsi (TCKU9041681) qeyd edilmişdir. Bu nömrə 15 avqust 2023-cü il tarixli Dəmiryol qaiməsində də deyd edilmişdir. Yük müvafiq plomb altında olan həmin konteynerdən də Şəxs MMC-nin işçisi tərəfindən götürülmüşdür. Hal-hazırda bizdə olan məlumata görə, Çin dəmiryol xəttləri ilə bizim xəttlər uyğun olmadığı üçün yüklər (konteynerlər) başqa vaqonlara qoyulur. Çindən gələn yüklərdə belə hallar (vaqonların dəyişilməsi) hər zaman olur. Beləliklə, Şəxs MMC tərəfindən təhrif olunmuş məlumatın verilməsinə yol verilməmişdir. Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməmişdir. İnzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi xahiş etdi. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilmişdir. Lakin protokol tərtib etmiş qurumun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət məhkəməyə daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 485.1ci maddəsində nəzərdə tutulan əməli törətməsinə dair inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir İş materiallarına əlavə edilmiş 32552517№li qaimədən görünür ki, Şəxs MMC-nin ünvanına mallar ******* nömrəli nəqliyyat vasitəsi(vaqon) ilə göndərilmişdir. İş materiallarından müəyyən edilir ki, mal (yük) Azərbaycan Respublikasının gömrük sərhədini keçəndə sistemdə təqdim edilmiş(elan edilmiş) İdxal Bəyannaməsində vaqon nömrəsi düzəliş edilmiş, yəni faktiki vaqon 42138776 nömrəsi qeyd olunmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, işin faktiki hallarına və qanunvericiliyin müddəalarına əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olması müəyyən edilmir, inzibati xəta tərkibi olmasına dair mötəbər sübutlar yoxdur. Bu isə özü-özlüyündə Şəxs MMC-nin əməlində inzibati xəta tərkibinin olmasını şübhə altına alır. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 113-cü maddəsinin 1-ci bəndinə əsasən fiziki şəxslər tərəfindən gömrük sərhədindən kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların keçirilməsi halları istisna olmaqla, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl gömrük orqanlarına elektron formada X2 verilir. X2nin verilməməsi bəyannaməçinin inzibati məsuliyyətinə səbəb olur. “Malların və nəqliyyat vasitələrinin gömrük sərhədindən keçirilməsi üçün “Yaşıl dəhliz” və digər buraxılış sistemlərindən istifadə Qaydalarının” təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 21 may 2016-cı il tarixli 920 nömrəli Fərmanının 2.2-ci bəndinə əsasən X1 risklərin təhlili, gömrük nəzarətinin düzgün aparılması üçün zəruri olan zəruri olan məlumatlar əks etdiriməli və malların gömrük sərhədini keçməsindən ən azı 1(bir) saat əvvəl verilməlidir. Azərbaycan Respublikasının İXM-nin 485.1-ci madədsinə əsasən Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda X2nin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə - vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər min beş yüz manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən əməldə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxs MMC-nin münasibətdə təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Şəxs MMC-nin əməlində inzibati məsuliyyətə səbəb ola biləcək inzibati xəta tərkibinin bütün əlamətləri mövcud deyildir. Ona görə də, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53.1.2, 114-115, 128-130 və 485.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.1-ci maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin (22 sentyabr 2023-cü il tarixli 00100-02479/23, EP ******* nömrəli inzibati xəta haqqında protokol). Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar