Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2099/2025 03.09.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs MMC-nin nümayəndəsi X3 iştirakları ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaları törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 13 avqust 2025-ci il tarixli, 00100-02082/25 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. 13 avqust 2025-ci il tarixli, 00100-02082/25 saylı inzibati xəta haqqında protokoldan görünür ki, “İpək Yolu” gömrük postundan daxil olmuş 3-33-1100/029/012810 saylı xx.xx.2025-ci il tarixli raportun icrası ilə əlaqədar bildirilmişdir ki, Türkiyə Respublikasından 34KTS290/34HCA342 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə idxal olunan yüklərə “İpək Yolu” gömrük postunun anbarında fiziki baxış keçirilib təhvil verildikdən sonra, nəqliyyat vasitəsinin yük yerində sərhəd gömrük orqanı tərəfindən VAİS-də qeydiyyat kodu verilməyən 2 qutu, 48 ədəd (24 ədəd hərəsində 30 ədəd tablet olmaqla) “NUTRAXİN BİOTİN 5000 MCG” qida əlavəsi olduğu müəyyən edilmişdir. Protokoldan görünür ki, Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş və o, izahatında bildirmişdir ki, etibarnamə üzrə nümayəndəsi olduğu "xxxx" MMC-nin əsas fəaliyyət istiqamətinin daşıma fəaliyyətini həyata keçirməkdən ibarət olduğunu, 34KTS290/34HCA342 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin "2K HEDEF ULUSLARARASİ NAKLİYET VE PAZARLAMA TİCARET LİMİTED” şirkətinə məxsus olduğunu və Şəxs MMC-nin isə “2K HEDEF ULUSLARARASİ NAKLİYET VE PAZARLAMA TİCARET LİMİTED” şirkətinin Azərbaycan Respiblikasındakı Filialı olduğunu, 7 şirkətə məxsus müxtəlif adda malların Türkiyə Respublikasında 34KTS290/34HCA342 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yükləndiyini, həmin şirkətlərdən birinin Gürcüstan Respublikasında fəaliyyət göstərən “JSC GEPHA” şirkəti olduğunu, digər 6 şirkətin isə Azərbaycan Respublikasında fəaliyyət göstərən "xxxx" MMC, "xxxx" MMC, "X1" MMC, "Bakıinşaatsənaye” ASC, "xxxx" MMC və "İnşaatçı 3” MMC şirkətləri olduğunu, 34KTS290/34HCA342 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinə yüklənmiş malların bir hissəsinin "JSC GEPHA" şirkətinin ünvanına çatdırılması üçün Gürcüstan Respublikasında boşaldıldığını, digər malların isə "xxxx" MMC, "xxxx" MMC, "X1" MMC, "xxxx" ASC, "xxxx" MMC və "xxxx" MMC şirkətlərinə çatdırmaq üçün Azərbaycan Respublikasında boşaldıldığını, "xxxx" MMC-yə məxsus yüklərin Gəncə Gömrük İdarəsində, digər şirkətlərə məxsus yüklərin isə Bakı Baş Gömrük İdarəsinin "İpək yolu" gömrük postunda boşaldıldığını, Azərbaycan Respublikasında boşaldılmış yüklərin yuxarıda qeyd etdiyi şirkətlər tərəfindən "İpək yolu" gömrük postunda təhvil alındığını və həmin şirkətlərə məxsus hər hansı bir yükün 34KTS290/34HCA342 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində qalmadığını, 34KTS290/34HCA342 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gələn yüklərə "İpək yolu" gömrük postundan baxış keçirilən zaman 2 qutu, 48 ədəd (hər qutuda 24 ədəd olmaqla hərəsində 30 ədəd tablet) "NUTRAXİN BİOTİN 5000 MCG" qida əlavəsinin aşkar edildiyini və bu barədə protokol tərtib edilərək tərəfindən imzalandığını, "NUTRAXİN BİOTİN 5000 MCG" qida əlavəsi yükünün Gürcüstan Respublikasında fəaliyyət göstərən "JSC GEPHA” şirkətinə göndərilən yüklərin olduğunu və bu barədə müvafiq sənədləri təqdim edə biləcəyini, həmin mallar aşkar olunduqdan sonra bu barədə ixracatçı şirkətlə əlaqə saxladığını, oradan həmin 2 qutu, 48 ədəd (hər qutuda 24 ədəd olmaqla hərəsində 30 ədəd tablet) "NUTRAXİN BİOTİN 5000 MCG" qida əlavəsinin Gürcüstan Respublikasında fəaliyyət göstərən "JSC GEPHA" şirkətinə məxsus olmasının bildirildiyini, daha sonra Gürcüstan Respublikasında fəaliyyət göstərən "JSC GEPHA" şirkəti ilə əlaqə saxladığını və bu barədə onlara məlumat verdikdən sonra onlara təhvil verilən "NUTRAXİN BİOTİN 5000 MCG” qida əlavəsi yüklərinin sayını dəqiq sayaraq geri dönüş edəcəklərini bildirdiklərini, qısa müddət ərzində Gürcüstan Respublikasında fəaliyyət göstərən "JSC GEPHA" şirkəti onunla əlaqə saxlayaraq onlara təhvil verilən "NUTRAXİN BİOTİN 5000 MCG" qida əlavəsi yüklərindən 2 qutunun əskik olduğunu, diqqətsizliklərindən həmin malların 34KTS290/34HCA342 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində qaldığını, həmin 2 qutu, 48 ədəd "NUTRAXİN BİOTİN 5000 MCG" qida əlavəsi yüklərinin dövlət xeyrinə imtina və ya məhv edilməsinə etiraz etmədiklərini bildirdiklərini, 34KTS290/34HCA342 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin sürücüsü tərəfindən "İnşaatçı 3” MMC-yə məxsus yüklər Gəncə Gömrük İdarəsində boşaldılarkən 2 qutu, 48 ədəd “NUTRAXİN BİOTİN 5000 MCG" qida əlavəsi yüklərinin 34KTS290/34HCA342 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olması barədə ona məlumat vermədiyini, 2 qutu, 48 ədəd (hər qutuda 24 ədəd olmaqla hərəsində 30 ədəd tablet) "NUTRAXİN BİOTİN 5000 MCG" qida əlavəsi yüklərinin 34KTS290/34HCA342 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olmasından Bakı Baş Gömrük İdarəsinin "İpək yolu" gömrük postunda 34KTS290/34HCA342 dövlət nömrə nişanlı nəqliyyat vasitəsində gətirilən yüklərə baxış keçirilən zaman xəbərinin olduğunu, Türkiyə Respublikasında fəaliyyət göstərən ixracatçı şirkətinin və Gürcüstan Respublikasında fəaliyyət göstərən “JSC GEPHA" şirkətinin 2 qutu, 48 ədəd (hər qutuda 24 ədəd olmaqla hərəsində 30 ədəd tablet) "NUTRAXİN BİOTİN 5000 MCG" qida əlavəsi yüklərinin dövlət xeyrinə imtina olunmasına və ya məhv olunmasına etiraz etmədiklərini, həmçinin, "xxxx" MMC olaraq həmin malların müsadirəsinə də etiraz etmədiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şəxs MMC-nin nümayəndəsi X3 izahatında göstərmişdir ki, Türkiyədən gələn yükdən iki qutusu gizlənilib səhvən Azərbayca keçib. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş “İpək Yolu” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş 28 aprel 2025-ci il tarixli, 3-33-1100/029/012810 saylı raportdan görünür ki, Türkiyə Respublikasından 34KTS290/34HCA342 dövlət nömrə nişanlı avtomaşınla idxal olunan yüklərə “İpək Yolu” gömrük postunun anbarında fiziki baxış keçirilib təhvil verildikdən sonra, nəqliyyat vasitəsinin yük yerində sərhəd gömrük orqanı tərəfindən VAİS-də qeydiyyat kodu verilməyən 2 qutu, 48 ədəd (24 ədəd hərəsində 30 ədəd tablet olmaqla) “NUTRAXİN BİOTİN 5000 MCG” qida əlavəsi olduğu müəyyən edilmişdir. İşə əlavə edilmiş Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 02 iyun 2025-ci il tarixli 128 nömrəli ekspert rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş “NUTRAXİN BİOTİN 5000 MCG” qida əlavələrinin ümumilikdə xx.xx.2025-ci il tarixə orta bazar qiyməti təxminən 1008,0 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “X2”nin 20 iyun 2025-ci il tarixli 3-28-1/2-18772/2025 saylı ekspert rəyindən görünür ki, təqdim edilmiş sınaq obyektinin tərkibində qablaşmasının üzərində istehsalçısı tərəfindən məlumat verilmiş “biotin” adlı maddə müəyyən edilmiş, kənar dərman maddələri aşkar edilməmişdir. Göründüyü kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 482.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsiri tam sübuta yetirilir. Odur ki, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktiki məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.3-cü maddəsinə əsasən hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların və ya nəqliyyat vasitələrinin bəyan edilməməsinə görə, bu az miqdarda olduqda inzibati xətanın bilavasitə obyekti olan mallar və nəqliyyat vasitələri müsadirə edilir, yaxud həmin malların və nəqliyyat vasitələrinin dəyərinin qırx faizindən altmış faizinədək məbləğdə cərimə edilir. Beləliklə, məhkəmə yuxarıda qeyd edilənləri nəzərə alaraq hesab edir ki, Şəxs MMC-yə tənbeh tətbiq edərkən törədilmiş inzibati xətanın xarakterini, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1-ci maddəsi ilə təqsirli bilinməli və həmin maddədə nəzərdə tutulmuş inzibati tənbeh tətbiq edilməlidir. Şəxs MMC həmin maddənin sanksiyasında nəzərdə tutulan ödənilməli olan 1008 manat gömrük ödənişlərinin məbləğinin 40 faizi məbləğində cərimə tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 18, 40, 43, 114-115 və 482.1 maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.1 maddəsi ilə nəzərdə tutulmuş inzibati xətalarının törədilməsində təqsirli bilinsin. Şəxs MMC hüquqi şəxs qismində ödənilməli olan 1008 (bir min səkkiz ) manat gömrük ödənişlərinin məbləğinin 40 faizi məbləğdə, yəni 403 (dörd yüz üç) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2099/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2099/2025
03.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver