Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-210/2022 25.01.2022 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Süleymanova Şəhla Ənvər qızının sədrliyi, Əliyeva Leyla Mirfazil qızının katibliyi, Bakı Şəhər Səbail Rayon İcra şöbəsinin icra məmuru Səbuhi Əhmədovun, barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakları ilə xx.xx.1990-cı il tarixdə Bakı şəhərində anadan olmuş, ünvan 1 ünvanında qeydiyyatda olan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə Səbail rayon İcra Şöbəsindən daxil olmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Səbail rayon İcra Şöbəsinin icra məmuru Səbuhi Əhmədov tərəfindən Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1280/2020 saylı, 17.08.2020-ci il tarixli icra sənədi üzrə tələbi icra etməyən Şəxs barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokoldan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsi tərəfindən verilmiş 2(009)-1280/2020 saylı, 17.08.2020-ci il tarixli icra sənədinin icrasından yayındığından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmişdir. İnzibati xəta haqqında MN ******* saylı protokola əlavədən görünür ki, Səbail rayon Məhkəməsinin 2(009)-1280/2020 nömrəli, 17.08.2020-ci il tarixli icra sənədinə əsasən işə mahiyyəti üzrə baxılıb həll edilənədək ünvan 2 ünvanında yerləşən evdən iddiaçı X1 istifadə və sahiblik hüquqlarının həyata keçirilməsinə hər hansı manelərin yaradılmasının cavabdehə və digər şəxslərə qadağan edilmişdir. Qərardadın İcrası Səbail rayon icra və probasiya şöbəsinə həvalə edilsin. İcra sənədi 18.08.2020-ci il tarixdə şöbənin icraatına daxil olmuş, müvafiq qərarla icraata başlanılmışdır. İcra sənədinin icrası ilə bağlı 20.08.2020-ci və 21.08.2020-ci il tarixlərdə ünvan 2 ünvanında olarkən 050 *** ** ** nömrəli mobil telefonla əlaqə saxlanılmış və müxtəlif bəhanələr gətirərək icra yerinə gələ bilməyəcəyini və sözügedən icra sənədindən şikayət verdiyini bildirmiş və bununla bağlı tərəfimizdən müvafiq akt tərtib edilmişdir. 28.12.2021-ci il tarixdə yenidən icra yerinə gedilmiş və mənzilə baxış keçirilən zaman mənzilin 2 otağının borclu Şəxs tərəfindən bağlı olduğu, həmin otaqların bağlı olduğu təqdirdə tələbkarın istifadə və sahibkarlıq hüquqlarının həyata keçirilməsinə mane yaradıldığı müəyyən olunmuşdur. Borclu tərəfindən bağlı olan otaqların qapılarının açılması ona təklif olundu və borclu öz növbəsində həmin otaqların qapılarını açmış, lakin evdən çıxdığı halda hər hansı təmir tikinti işləri aparılacağı təqdirdə tərəfindən maneələrin yaradılacağını bildirmişdir. Borclu bir daha sözügedən mənzildə tələbkarın istifadə və sahiblik hüquqlarını həyata keçirməsinə mane olduğu təqdirdə barəsində inzibati məsuliyyətə cəlb olunma haqqında protokolla məhkəməyə müraciət olunacağı barədə xəbərdar olunmuş və bununla bağlı müvafiq akt tərtib edilmişdir. Şəxs 25.01.2022-ci il tarixdə şöbəyə verdiyi izahatında sözügedən mənzilin ikinci mərtəbəsində ona və ailə üzvlərinə məxsus əşyaların yerləşdiyi iki otağın qapılarının tərəfindən bağlı saxlanıldığı və eyni zamanda otaqların təmirə ehtiyacı olmadığını, qapıların açıq olduğu halda əşyaların qırılıb dağılacağını və tələbkar tərəfindən mənzildən çıxarılacağını qeyd etdi. Məhkəmə iclasında iştirak edən Bakı Şəhər Səbail Rayon İcra və Probasiya şöbəsinin icra məmuru Səbuhi Əhmədov tərtib edilmiş inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasına uyğun olaraq inzibati tənbeh tətbiq edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs (borclu) Şəxs izahat verərək bildirmişdir ki, tələbkar onun anasıdır və illərdir aralarında məhkəmə mübahisələri davam edir. O mənzildə olduqda qapıları açıq saxlayır, lakin özgə insanlar çox olduğu üçün mənzildən çıxan zaman qapıları bağlayır. Tələbkar ona, yoldaşına və uşaqlarına aid olan əşyaları mənzildən götürərək atır. Anası bütün bunları qızı və onun yoldaşının həmin mənzildə yaşaması üçün edir. Özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli hesab etmədiyini bildirərək inzibati xəta haqqında protokolun təmin olunmamasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsində inzibati məsuliyyətin əsasları müəyyən edilmişdir. Həmin maddənin tələbinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 12.1-ci maddəsində göstərilir ki, məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə görə məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərini yerinə yetirməyərək, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə inzibati tənbeh tətbiq etmə məsələsini müzakirə edib, törədilmiş xətanın xarakterini və hallarını, təqsirinin dərəcəsini və tətbiq olunacaq inzibati tənbehin şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Şəxs barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkibi var və onun 500 (beş yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati cəza təyin edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48-51, 115, 117, 101-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 500 (beş yüz) manat məbləğində cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Şəhla Süleymanova
Məhkəmə qərarları › İş №3(009)-210/2022
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-210/2022
25.01.2022 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver