Məhkəmə qərarları › İş №3(009)-2101/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2101/2024

18.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2101/2024 18.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, Şəxs MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola baxaraq, MÜƏYYƏNETDİ: Şəxs MMCnin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair 05 sentyabr 2024cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər məhkəməyə daxil olmuşdur. İnzibati xətta haqqında protokola əsasən, əsasən, "Plast Men” MMC-nin ünvanına gələn “plastmas yeşik tullantısı” yükü **********8628 nömrəli gömrük bəyannaməsi ilə bəyan edilmişdir. Sözügedən gömrük bəyannaməsi ilə bəyan olunan mallara dair malmüşayiət sənədlərinin araşdırılması zamanı malın faktiki XİFMN koduna dair şübhələr yarandığı üçün sözügedən mallar fiziki baxışa yönləndirilmiş və nəticədə mal-müşayiət sənədlərində bəyan olunan malların fotoşəkillərinin (yalnız qara rəngli) faktiki mal (müxtəlif rəngdə) ilə uyğunsuzluq təşkil etdiyi müəyyən edilmişdir. Beləliklə, heç bir markalanma olmayan kisələrdə 1 adda bəyan edilən “plastik yeşik tullantısı” adlı mallara fiziki baxış zamanı həmin kisələrin içərisində 6 adda fərqli marka və rəngdə “plastik qranullar” aşkar edilmişdir. Bununla da aşkar edilən malların XİFMN faiz dərəcəsində və dəyərində əsaslı şübhələr yaranmışdır. Aşkar edilən 6 adda “plastik qranul” yükləri X1 rəyi alınması üçün göndərilmiş və həmin idarədən daxil olan rəyə əsasən 6 adda fərqli mallara müxtəlif XİFMN kodlar müəyyən edilmiş və uyğunsuzluqlar öz əsasını tapmışdır. X2 idarəsinin GM**********23 nömrəli ekspert rəyinə əsasən 2022/53 nömrəli xx.xx.2024cü il tarixli invoysun 1-ci mövqeyi üzrə idxal olunan yükdən təqdim olunmuş nümunələrdən ‘'Plastmas yeşik tullantısı” adlı, qablaşmanın üzərində “Poly Ethylene petrochemical Company” yazısı olan, ilkin formada polietilen (CAS 9002-88-4) əsaslı qranullar olub, XİF MN-ə görə 3901 mal mövqeyində sinifləşdirilir lakin təqdim olunan sənəddə xüsusi çəki və polietilenin (CAS 9002-88-4) alfa olefinlərlə sopolimerleşmə məhsulu olub-olmaması haqqında məlumat və monomerlərin nisbətini müəyyən etmək mümkün olmadığından XİF MN üzrə sinifləşdirilməsi aparılmadı, digər “Plastmas yeşik tullantısı” adlı, qablaşmanın üzərində “Poly Ethylene” yazısı olan emal nəticəsində əldə edilmiş polietilen (CAS 9002-88-4), etilen-vinil asetat (CAS 24937-78-8) əsaslı ağ rəngli qranul XİF MN üzrə “**********” kod altında sinifləndirilmişdir. Həmçinin, X2 İdarəsinin GM**********80 nömrəli ekspert rəyinə əsasən xx.xx.2024-cü il tarixli invoysun 1-ci mövqeyi üzrə idxal olunan yükdən təqdim olunmuş nümunə “Plastmas yeşik tullantısı” adlı, qablaşmanın üzərində “X4 & Additive Masterbatches for Plastics” nişanlı, bənövşəyi rəngli, plastmasların istehsalında boyayıcı kimi istifadə edilən boyaq maddəsi və polietilen (CAS 9002-88-4) tərkibli qranullardı, bu halda qranullar(masterbatch) boyayıcı maddənin kimyəvi strukturuna əsasən 3206 və ya 3204 mal mövqeyində sinifləşdirilir, lakin qranulların tərkibində olan boyaq maddənin mənşəyi barədə məlumatlar olmadığından və ekspertiza nəticəsində müəyyən edilmədiyindən XİF MN-ə görə alt yarımmövqeyi səviyyəsində sinifləşdirilməsi mümkün olmamışdır, digər “Plastmas yeşik tullantısı” adlı, qablaşmanın üzərində “X3. Polypropylene” yazısı olan şəffaf, rəngsiz, ilkin formada polipropilen (CAS 9003-07-0) qranullar XİF MN üzrə “**********” kod altında, “plastmas yeşik tullantısı” adlı, qablaşmanın üzərində “X3. Polypropylene” yazısı olan ağ rəngli, ilkin formada polipropilen (ÇAS 9003-07-0) qranullar XİF MN üzrə “**********” kod altında sinifləşdirilmişdir. İş materialına əlavə edilmis “yoxlama haqqında" protokola əsasən X2 idarəsinin GM**********80 nömrəli rəyinə əsasən üzərində “Jampilen Polypropylene” yazı olan ağ qranulların çəkisinin 4132 kq və üzərində “Jampilen Polypropylene” yazı olan səffaf rəngsiz qrannulların çəkisinin 2152 kq, üzərində “X5” bənövşəyi rəngli, rəngli plastmasların istehsalında boyayıcı kimi istifadə edilən boyaq maddəsinin çəkisinin 931 kq, X2 İdarəsinin GM**********23 nömrəli rəyinə əsasən üzərində “Poly Ethylene” yazısı olan qranulların çəkisinin 11813 kq (500 kq üzərində “Poly Ethylene” yazısı əks olunmuş bağlamada olan qranullar üzərində heç bir yazısı olmayan torbanın içərisində olmuşdur, həmçinin üzərində “Poly Ethylene petrochemical Company” yazısı olan qranulların çəkisi 3878 kq olmuşdur), qablaşdırmanın üzərində heç bir yazı olmayan qara rəngli qranulların çəkisinin 7166 kq, qablasdırmanın üzərində heç bir yazı olmayan ağ rəngli qranulun çəkisinin 1706 kq olduğu aşkar olunmuşdur.Nəticədə "Plast Men” MMC-nin tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 17 mart 2021-ci il tarixli qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110.1-ci maddəsinin tələblərinə müvafiq olaraq gömrük qaydaları əleyhinə olan inzibati xəta hərəkətsizlik formasında törədildiyi halda, işə qanunvericiliklə hüquqi şəxsin üzərinə düşən öhdəliyi icra etməli olduğu yer üzrə baxılmalıdır. Belə ki, iş materiallarından görünür ki, Şəxs MMC-nin qeydiyyatda olduğu ünvan ünvan 1 üzərində “X5” bənövşəyi rəngli, rəngli plastmasların istehsalında boyayıcı kimi istifadə edilən boyaq maddəsi gömrük orqanına bəyan edilmədiyindən və 500 kq üzərində “Poly Ethylene” yazısı əks olunmuş bağlamada olan qranul üzərində heç bir yazısı olmayan torbanın içərisində aşkar olunduğu üçün həmin malların aşkar edilməsi çətinləşdiyinə qörə "Plast Men” MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 480-ci və 482.1-ci maddələri xx.xx.2024-cü il tarixdə 00100-02444/24 nömrəli inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, 500 kq üzərində “Poly Ethylene” yazısı olan ağ qranul gömrük nəzarətindən gizlədilmiş, 931 kq üzərində “X5” bənövşəyi rəngli, rəngli plastmasların istehsalında boyayıcı kimi istifadə edilən boyaq maddəsi gömrük orqanına bəyan edilməmişdir. Beləliklə, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” birliyindən Bakı Baş Gömrük İdarəsinə xx.xx.2024-cü il tarixdə daxil olmuş və 3-33-1100/1-023152/2024 nömrə ilə qeydiyyata alınmış 114 nömrəli ekspert rəyinə əsasən 1 kq-ı xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 2.30 manat olmaqla 931 kqı 2141.30 manat olan üzərində “X5” bənövşəyi rəngli, rəngli plastmasların istehsalında boyayıcı kimi istifadə edilən boyaq maddəsi gömrük orqanına bəyan edilməmişdir, həmçinin 1 kq-ı xx.xx.2024-cü il tarixə orta bazar qiyməti 2.10 manat olmaqla 500 kq-ı 1050 manat olan üzərində “Poly Ethylene” yazısı olan ağ qranulların aşkar edilməsi çətinləşdirilməklə gömrük nəzarətindən gizlədilmişdir. İnzibati xətanın bilavasitə obyekti olan malların dəyəri ümumilikdə 3191.30(üç min bir yüz doxsan bir manat otuz qəpik) manat olduğu müəyyən edilmişdir mallarını bəyan etməməklə hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi Şəxs MMC-nin qeydiyyatda olduğu ünvanda baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri Şəxs MMC-nin qeydiyyatda olduğu ünvandır. Ona görə də inzibati işə aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsində baxılmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7-ci maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında protokolun aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Qeyd olunanlara əsasən hesab edirəm ki, inzibati xəta haqqında protokola Bakı şəhəri Səbail Rayon Məhkəməsində baxılması üçün hüquqi əsaslar olmadığından inzibati xəta haqqında iş aidiyyəti üzrə baxılması üçün Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109.1.7, 110 və və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARAALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 480 və 482.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanının törədilməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsi tərəfindən tərtib edilmiş 05 sentyabr 2024-cü il tarixli, EP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün aidiyyəti üzrə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə göndərilsin.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar