Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2102/2024 04.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Baş Dövlət Yol Polisi İdarəsinin 28 fevral 2024-cü il tarixli, EQ 19686271 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X4 şikayətlə məhkəməyə müraciət edərək Baş Dövlət Yol Polisi İdarəsinin 28 fevral 2024-cü il tarixli, EQ 19686271 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və ** AZ *** dövlət qeydiyyat nişanlı JEEP markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə X5 "xxxx"ASC-nə direktor təyin edilmişdir. Cəmiyyətə məxsus ** AZ *** dövlət qeydiyyat nişanlı JEEP markalı avtomobil 01.03 -2024-cü il tarixdən isə onun tərəfimdən idarə edilir (yol vərəqi № 0000198). Lakin mülkiyyətlərinin sabiq işçisi X4 ** AZ *** dövlət qeydiyyat nişanlı JEEP markalı avtomobili idarə etmədiyi halda onun barəsində həmin avtomobili idarə etdiyinə gorə - İXM-nin 328.1-ci və İXM-nin 332.3-cü maddəsinin tələbini pozduğu üçün elektron qərarlarla uyğun 10 manat və 300 manat cərimə edilmiş. Lakin sabiq işçimiz Samid Əliyevin əmək müqavələsinə xx.xx.2023-cü tarixdə xitam verilmiş idi. İXM-nin 332.3-cü maddəsində nəzərdə az xəta sürücülük hüququ olmadan nəqliyyat vasitəsini idarə etməkdir. Bu maddəyə əsasən S. Əliyevin 300 manat məbləödə cərimə olunmuşdur. Qeyd etdiyi kimi həmən vaxt S. Əliyevin əmək müqaviləsinə xitam verildiyi üçün cəmiyyətin abtomobilini idarə edə bilməzdi. Bundan başqa həmən vaxtlar məhkəmə tərəfindən S. Əliyev barəsində azadlığın məhdudlaşdırılması hökmü çıxarılmışdı. Tərtib olunmuş elektron qərarlar müəssisələrinə və S.Əliyevə təqdim olunmamışdır. Həmən səbəbdən də bu yalnış EQ və cərimə tərəflərindən mübahisələndirilməmişdir DYP- i tərəfindən onlara məxsus ** AZ *** dövlət qeydiyyat nişanlı JEEP markalı avtomobilin üzərinə həbs qoyulmuş və xx.xx.2024-cü il tarixdən avtomobili YPX-nin əməkdaşları tərəfindən götürülərək cərimə meydançasına yerləşdirilmişdir. Tətbiq olunmuş cərimə məbləğinə görə isə dəbbə pulu hesablanmış və hesablanmaqda davam edir. "xxxx" ASC-nin yuxanda göstərdiyim uyğunsuzların aradan qaldırılması üçün Baş Dövlət YPİ-nə müraciət ünvanladıq, lakin heç bir nəticəyə nail ola bilmədik. Ona görə də məhkəmə müdafiəsindən istifadə etmək qərarına gəldilər. (DİN BDP-yə ünvanlanan ərizələrin və verilən cavabların surətləri əlavə olunur).Göstərilənləri nəzərə alaraq Baş Dövlət Yol Polisi İdarəsinin 28 fevral 2024-cü il tarixli, EQ 19686271 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini və ** AZ *** dövlət qeydiyyat nişanlı JEEP markalı avtomobilin üzərinə qoyulmuş həbsin götürülməsini barədə qərar qəbul edilməsini xahiş etmişdir. X1 və inzibati xəta haqqında protokolu tərtib etmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməmələrinin səbəbləri barədə hər hansı məlumat verməmişlər. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən şikayətçi və səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət qismən təmin edilməli, Baş Dövlət Yol Polisi İdarəsinin 28 fevral 2024-cü il tarixli, EQ 19686271 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş yenidən araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilməlidir. İş materiallarına əlavə edilmiş 28 fevral 2024-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, X4 Bakı Qazax yolunun 0.4-cü km Bakı istiqamətində 28 fevral 2024-cü il tarixdə, saat 13:03-də Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 10 manat məbləğində cərimə edilmişdir. Məhkəmə hesab edir ki, X4 barəsində Baş Dövlət Yol Polisi İdarəsində aparılan inzibati iş üzrə icraat zamanı mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamışdır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 328.1-ci maddəsinə əsasən yolda müəyyən edilmiş hərəkət sürətini 10-20 km/saat həddində aşmağa görə - on manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.4-cü maddəsinə görə bu Məcəllənin 135.1.1-ci maddəsi ilə müəyyən edilmiş hallarda hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmadıqda inzibati tənbeh haqqında qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında məhkəmə tərəfindən qərar çıxarılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.1-ci maddəsinə görə hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, şikayət qismən təmin edilməli Baş Dövlət Yol Polisi İdarəsinin 28 fevral 2024-cü il tarixli, EQ 19686271 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş araşdırılması üçün Baş Dövlət Yol Polisi İdarəsinin göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X2 şikayəti qismən təmin olunsun. Baş Dövlət Yol Polisi İdarəsin 28 fevral 2024-cü il tarixli, EQ 19686271 saylı protokol əsasında qəbul edilmiş inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və qeyd olunan inzibati xəta haqqında iş baxılması üçün Baş Dövlət Yol Polisi İdarəsinə göndərilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2102/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2102/2024
04.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver