Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2103/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tərtib edilmiş 26 sentyabr 2023-cü il tarixli EP ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC, 120000.00 ABŞ dolları məbləğində vəsaiti 14 sentyabr 2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 120000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta 15 sentyabr 2023-cü il tarixdə hüquqi şəxsin ünvanında törədilmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə müvafiq qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə inzibati iş üzrə materialda olan və məhkəmə iclasında araşdırılan sübutların məcmusunu hərtərəfli, tam və obyektiv qiymətləndirərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin Azərbaycan Respublikasının Mərkəzi Bankına ünvanlanmış xx.xx.2023-cü il tarixli ZB 1792 məktubundan görünür ki, “Azərbaycan Respublikasının rezident və qeyri-rezidenllərinin xarici valyuta əməliyyatlarının aparılması Qaydalarrınn 4.3.1.3 bəndinə əsasən ödənişin aparıldığı gündən 2 il müddətində malların ölkəyə idxalını təsdiq edən gömrük bəyannaməsi və ya idxal olunan xidmətlərin göstərilməsini təsdiq edən sənədlər təqdim edilməməsi səbəbindən müvafiq köçürmə üzrə avans sənədləri Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim olunmuşdur. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli ödəniş tapşırığından görünür ki, xx.xx.2017-ci il tarixli 06/SAİD/17 saylı müqavilə əsasında Şəxs MMC tərəfindən 120000.00 ABŞ dolları məbləğində vəsait DRİLLMEC S.P.A-nın bank hesabına köçürülmüşdür. İş materiallarına əlavə edilmiş Şəxs MMC tərəfindən təqdim olunmuş etiraz ərizəsindən görünür ki, “17” oktyabr 2023-cü il Bakı şəhəri Səbail rayon Məhkəməsinin hakimi Günel Səmədovaya İş No: 3(009)- 2103/2023 “İnzibati xəta haqqında xx.xx.2023cü il tarixli, EP №: ******* nömrəli Protokola dair ETİRAZ” Möhtərəm hakim! 1 İşin faktiki halları: Bildiririk ki, ilkin olaraq ümumi müqavilə dəyəri 16,569,784.32 ABŞ dolları (on altı milyon beş yüz altmış doqquz min yeddi yüz səksən dörd ABŞ dolları, otuz iki sent) və faiz məbləği 1,087,392.10 ABŞ dolları (bir milyon səksən yeddi min üç yüz doxsan iki ABŞ dolları, on sent) olan, 1 (bir) ədəd DRİLLMEC 1500 HP AC qazma qurğusunun satınalınmasına dair 06/SAİD/17 saylı, 28 dekabr 2017-ci İİ tarixli “Müqavilə” (bundan sonra “Satış Müqaviləsi” adlanacaq) “DRİLLMEC S.p.A” və SOCAR AQS İNTERNATİONAL DMCC (X1 qeydiyyatdan keçən və Şəxs MMC-nin 100 % payı olan törəmə müəssisəsi) arasında imzalanmışdır. Bu Qazma qurğusu SOCAR AQS İNTERNATİONAL DMCC və BANGLADESH PETROLEUM EXPLORATİON AND PRODUCTİON COMPANY LİMİTED (BAPEX) arasında olan, bütün mal-materialın təhcizatı və tələb olunan üçüncü tərəf xidmətləri də daxil olmaqla, açar təslimi əsasında 3 (üç) quyunun qazılmasına dair müqavilə üzrə öhdəlikləri yerinə yetirmək üçün alınmışdır və Banqladeş Xalq Respublikasına müvəqqəti ixrac olunmuşdur. Qazma qurğusunun alqısatqısı müqaviləsinə əsasən, SOCAR AQS İNTERNATİONAL DMCC ümumi məbləği DRİLLiyiEC S.p.A-ya müəyyən hissələrlə ödəməli idi. SOCAR AQS İNTERNATİONAL DMCC, SOCAR-AQŞ MMC və DRİLLMEC S.P.A arasında 15 may 2019-cu il tarixində Satış Müqaviləsi üzrə “Hüquqların ötürülməsi razılaşması” imzalanmışdır və bu razılaşma ilə qazma qurğusuna mülkiyyət və bütün müvafiq hüquqlar SOCAR AQS İNTERNATİONAL DMCC-dən SOCAR-AQŞ MMC- yə ötürülmüşdür. Həmin gündən etibarən SOCAR-AQŞ MMC tərəfindən DRİLLMEC S.P.A şirkətinə bir neçə ödəniş həyata keçirilmişdir. Həmin ödənişlərin siyahısı aşağıda qeyd olunur. Lakin SOCAR-AQŞ MMC və BAPEX arasında arbitraj məhkəmə prosesləri (X2 Məhkəməsində) davam etdiyi üçün hazırda Banqladeşdə olan qazma qurğusunun ölkədən ixrac olunması mümkün olmamışdır. Qazma qurğusu yalnız 2024- cü ilin dördüncü kvartalında arbitraj məhkəməsi başa çatması halında Banqladeş Xalq Respublikasından ixrac edilərək Azərbaycan Respublikasına idxal oluna bilər. Arbitraj prosesinin X2 Məhkəməsi tərəfindən “İcraata qəbul edilməsinə” dair İngilis dilindən Azərbaycan dilinə tərcümə edilmiş təsdiqedici sənədlər hazırkı “Etiraza” əlavə olunur. S/S Ödənişin məbləği Ödənişin valyutası Ödənişin tarixi Benefisiar Müqavilə 1 517,805.76 ABŞ Dolları xx.xx.2021 Drillmec S.P.A. 06/SAİD/17 2 500,000 ABŞ Dolları xx.xx.2021 Drillmec S.P.A. 06/SAİD/17 3 507,449.64 ABŞ Dolları xx.xx.2021 Drillmec S.P.A. 06/SAİD/17 4 169,606.14 ABŞ Dolları xx.xx.2021 Drillmec S.P.A. 06/SAİD/17 5 502,271.59 ABŞ Dolları xx.xx.2021 Drillmec S.P.A 06/SAİD/17 6 1,000,000 ABŞ Dolları xx.xx.2021 Drillmec S.P A 06/SAİD/17 7 497,093.53 ABŞ Dolları xx.xx.2022 Drillmec S.PA 06/SAİD/17 8 491,915.47 ABŞ Dolları xx.xx.2022 Drillmec S.P.A. 06/SAİD/17 9 486,737.41 ABŞ Dolları xx.xx.2022 Drillmec S.P.A. 06/SAİD/17 10 481,559.36 ABŞ Dolları xx.xx.2022 Drillmec S.P.A. 06/SAİD/17 Cəmi 5,154,438.90 ABŞ Dolları Belə ki, “Azərbaycan Respublikasının rezidentlərinin xarici valyutada, habelə qeyrirezidentlərin milli və xarici valyutada əməliyyatlarının aparılması Qaydalan”nın təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi X3 №45/1 nörməli, “28” noyabr 2016-cı il tarixli Qərarının 4.3.1.3-cü bəndinə əsasən, Azərbaycan Respublikasına idxal olunan malların və xidmətlərin ödənilməsi üzrə rezidentlər və qeyri-rezidentlər tərəfindən köçürülən, o cümlədən qabaqcadan ödənilən vəsaitlər (avans) üzrə əməliyyatlar qabaqcadan ödəniş aparıİdıqda banka ödənişin təyinatını, şərtlərini və məbləğini əks etdirən sənəd təqdim edilir. Qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarıİmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü bəndinə əsasən isə avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarıİmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibat; xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir. Göstərilənlərə əsasən, SOCAR-AQŞ MMC həyata keçirdiyi avans ödənişlərinin müqabilində hazırda öz iradəsindən asılı olmayan səbəblərə görə (yəni davam edən məhkəmə çəkişmələrinə görə) qanunla müəyyən edilmiş müddətdə müvafiq malı idxal edə bilməyib, həmçinin ödənilmiş valyuta vəsaiti də xaricdən SOCAR-AQŞ MMC-yə geri qaytarılmayıb. Həmçinin bildiririk ki, qazma qurğusu ilə bağlı arbitraj məhkəməsinin yekunlaşması və qurğunun Banqladeş Xalq Respublikasından ixrac olunaraq Azərbaycan Respublikasına idxal edilməsi proseslərinin 31,12.2024-cü il tarixinə qədər yekunlaşması gözlənilir. Göründüyü kimi, SOCAR-AQŞ MMC-nin bu məsələdə hər hansı bir təqsirinin olmaması müəyyən edilir. Xüsusilə qeyd olunmalıdır ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən SOCAR-AQŞ MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4- cü maddəsi üzrə “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli, EP №: ******* nömrəli "xxxx" tərtib edilərkən SOCAR-AQŞ MMC-nin iştirakı təmin edilməmişdir, İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələr şirkətin müvafiq nümayəndəsinə izah edilməmişdir və bu barədə protokolda müvafiq qeydlər aparılmamışdır. Həmçinin həmin "xxxx" şirkətin müvafiq səlahiyyətli şəxsi tərəfimdən imza edilməmişdir, onun surəti şirkətə təqdim edilməmişdir, inzibati xəta ilə bağlı izahatı alınmamışdır, "xxxx"un məzmunu barəsində öz mülahizələrimizi təqdim etmək üçün bizə şərait yaradılmamışdır, inzibati xəta haqqında işə baxılması vaxtı və yeri barədə “Bildiriş” şirkətə çatdırılmamışdır və işin baxılması zamanı şirkətin iştirakı təmin edilməmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli “Plenum Qəran”na əsasən, “İdxalda hesablaşmalarla bağlı müddət tələbinə əməl edilməməsi hələ özlüyündə inzibati tənbeh tədbirinin tətbiqi üçün kifayət edən əsas kimi çıxış etmir. Bununla bağlı Konstiusiya Məhkəməsinin Plenumu “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair” 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Buna görə məhkəmələr səlahiyyətli orqan tərəfindən barəsində protokol tərtib edilən şəxsin İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulmuş xətanın törədilməsində təqsirini dəqiq müəyyən etməlidir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd etmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Buna görə məhkəmə işin bütün hallarını nəzərə almaqla barəsində protokol tərtib edilmiş şəxsin təqsirini istisna edən əsas kimi qiymətləndirə bilər. Konstitusiya Məhkəməsinin Plenumu göstərmişdir ki, inzibati protokolu tərtib etmək səlahiyyəti olan orqan, həmin protokolu tərtib edərkən müvafiq qanunvericiliyin tələblərinə ciddi riayət etməli, məhkəmələr inzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş məsuliyyət tədbirlərinin həyata keçirilməsi üçün səlahiyyətli orqan tərəfindən tərtib edilən protokol əsasında inzibati xətanı törədən şəxsin təqsirini İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun müəyyən etməlidirlər.” Göründüyü kimi, xx.xx.2023-cü il tarixli, EP №: ******* "xxxx"da qeyd olunan: SOCAR-AQŞ MMC 120000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürmüş və 2 il müddət keçsə də, 120000.00 ABŞ dolları məbləğində vəsait hesabına alınan malları (xidməti) ölkəyə idxal etməmiş, valyuta vəsaitini geri qaytarmamışdır. Xəta xx.xx.2023-cü il tarixdə hüquqi şəxsin qeyd olunan ünvanında törədilmişdir.” qeydi tam əsassızdır, çünki AR-nın KM-nin qeyd olunan "xxxx"da qeyd olunduğu kimi, SOCAR-AQŞ MMC baş vermiş hadisədə təqsirsizdir və həmin valyuta vəsaitinin geri qaytarıİmaması onun iradəsindən asılı olmayan səbəblərə görə, başqa sözlə desək, SOCAR-AQŞ MMC və BAPEX arasında arbitraj məhkəmə prosesləri davam etdiyi üçün gecikdirilmişdir. Qeyd olunmalıdır ki, ARnın Mərkəzi Bankına SOCAR-AQŞ MMC və BAPEXarasında arbitraj məhkəmə proseslərinin davametdiyi məlum olduğu halda (yəni bank bunu bildiyi halda) bankın bu halları araşdırmadan göstərilən "xxxx" tərtib edərək məhkəməyə göndərməsi əsassızdır və bununla AR-nın Mərkəzi Bankı SOCAR-AQŞ MMC-yə qarşı qərəzli mövqedən çıxış etmişdir. Yuxarıda qeyd olunanlara əsasən haqlı olaraq hesab edirik ki, SOCAR-AQŞ MMC barəsində AR-nın Mərkəzi Bankı tərəfindən tərtib edilən İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, EP №: ******* nömrəli "xxxx" qanunsuz və əsassız olduğundan o ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələblərini rəhbər tutaraq, Məhkəmədən xahiş edirik: 1. SOCAR- AQŞ MMC barəsində AR-nın Mərkəzi Bankı tərəfindən tərtib edilən İnzibati xəta haqqında xx.xx.2023-cü il tarixli, EP №: ******* nömrəli "xxxx" ləğv edəsiniz və 2. İnzibati xəta haqqında icraat aparılan SOCAR-AQŞ MMC barəsində başlanılmış icraata xitam verəsiniz. İş materiallarına əlavə edilmiş “SOCAR AQS” LLC ilə BANGLADESH PETROLEUM EXPLORATİON AND PRODUCTİON COMPANY LİMİTED (BAPEX) arasında bağlanmış xx.xx.2017-ci il tarixli müqavilədən görünür ki, qazma qurğusu bütün mal-materialın təhcizatı və tələb olunan üçüncü tərəf xidmətləri də daxil olmaqla, açar təslimi əsasında 3 (üç) quyunun qazılmasına dair müqavilə üzrə öhdəlikləri yerinə yetirmək üçün alınmış və Banqladeş Xalq Respublikasına müvəqqəti ixrac olunmuşdur. İş materiallarına əlavə edilmiş 06/SAİD/17 saylı, 28 dekabr 2017-ci il tarixli “Satış Müqaviləsi”ndən görünür ki, “DRİLLMEC S.p.A” və SOCAR AQS İNTERNATİONAL DMCC (X1 qeydiyyatdan keçən və Şəxs MMC-nin 100 % payı olan törəmə müəssisəsi) arasında 1 (bir) ədəd DRİLLMEC 1500 HP AC qazma qurğusunun satınalınmasına dair müqavilə imzalanmışdır. Azərbaycan Respublikası İXM-nin 430.4-cü maddəsinə əsasən Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə- vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir. “Azərbaycan Respublikasının rezident və qeyri-rezidentlərinin xarici valyuta əməliyyatlarının aparılması” Qaydalarının 4.3.1.3-cü maddəsinə əsasən qabaqcadan ödəniş müqabilində malların ölkəyə idxalını (xidmətlərin göstərilməsini) təsdiq edən gömrük bəyannaməsi (xidmətlərin göstərilməsini təsdiq edən sənəd) banka təqdim olunmalıdır və ya xeyrinə qabaqcadan ödənişin edildiyi şəxs və ya üçüncü şəxs tərəfindən qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmalıdır. Müvafiq sənədlər ödənişin aparıldığı gündən ən geci 2 (iki) il müddətində banka təqdim edilmədikdə və ya qabaqcadan ödənilmiş məbləğ geri qaytarılmadıqda və bu zaman idxal edilməyən malların (göstərilməyən xidmətlərin) və ya geri qaytarılmayan məbləğin qalıq dəyəri 10 000 (on min) ABŞ dolları ekvivalenti məbləğindən çox olduqda, bank tərəfindən qabaqcadan ödəniş əməliyyatına dair bütün sənədlər 5 (beş) iş günü ərzində Azərbaycan Respublikasının Mərkəzi Bankına təqdim edilir. Məhkəmə iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulan əməli törətməkdə təqsiri sübuta yetirilmir. Belə ki, iş materialları məhkəmə iclasında araşdırılarkən müəyyən edilmişdir ki, Şəxs MMC tərəfindən 120000.00 ABŞ dolları məbləğində vəsaiti xx.xx.2021-ci il tarixdə xaricə köçürülsə də, həmin vəsait hesabına alınan malların ölkəyə idxal edilməməsi və pul vəsaitinin geri qaytarılmaması Şəxs MMC-nin təqsiri üzündən baş verməmişdir. Azərbaycan Respublikasının Konstiusiya Məhkəməsinin Plenumu Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə nəzərdə tutulan inzibati xətalara münasibətdə həmin Məcəllənin 38.1-ci maddəsinin inzibati məsuliyyətə cəlb etmə müddətləri baxımından şərh edilməsinə dair 2019-cu il 19 dekabr tarixli Qərarında qeyd etmişdir ki, İnzibati Xətalar Məcəlləsi yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini ehtiva edən əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxsin inzibati məsuliyyətə cəlb olunmasını müəyyən etmişdir. Konstitusiya Məhkəməsinin Plenumu həmin Qərarda həmçinin qeyd elmişdir ki, müəyyən malların istehsal olunması və çatdırılması Qaydalar ilə müəyyən edilmiş müddətdən daha çox zaman tələb edə bilər, habelə malların gətirilməsi və xidmətlərin göstərilməsi həmin şəxsin iradəsindən asılı olmayan səbəblərdən gecikdirilə bilər (məsələn fors major, qəza, gömrük nəzarəti və baxışının keçirilməsi və s.). Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 75-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi), inzibati xəta törətməkdə şəxsin təqsiri və s. müəyyən edilməlidir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Belə ki, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan Şəxs MMC-nin əməlində inzibati xəta tərkibi olmamışdır. Belə olan halda, onun barəsində AR İXM-nin 430.4-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilməsi də qanunsuzdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.1.2-ci maddəsinə əsasən, əməldə inzibati xəta tərkibi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallar olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam barədə qərar qəbul edilir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 53, 114-115, 128-130 və 430.4-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 430.4cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi vaxtdan 10(on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2103/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2103/2023
25.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver