Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2103/2024 16.10.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X1 iştirakı ilə, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin Bakı Reqional İdarəsi tərəfindən 22 avqust 2024-cü il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Bakı şəhəri Səbail Rayon məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs MMC xx.xx.2024-cü il tarixdə saat 10:30-da Bakı şəhəri, Mərdəkan şossesi Rahat market yaxınlığında Şəxs MMC-yə məxsus yük daşıması yerinə yetirən FORD TR markalı 77JD485 dövlət qeydiyyat nömrəli avtomobili texniki vəziyyətinin reys qabağı yoxlanılması həm nəqliyyat vasitəsinin sürücüsünün reys qabağı tibbi müayinə təşkil edilməməsi aşkar edilmişdir. Nəticədə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. İnzibati xəta haqqında protokol tərtib etmiş orqana məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmiş, lakin protokol tərtib etmiş orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında iştirak etmiş barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs MMC-nin nümayəndəsi X2 protokol ilə razılaşmayaraq məhkəməyə etiraz edərək iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iş üzrə icraatın materiallarını və inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. İş materiallarında olan Şəxs MMC-nin nümayəndəsi X1 məhkəməyə təqdim etdiyi etirazdan görünür ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən (bıundan sonra - AYNA) tərəfindən "xxxx" MMC barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi ilə əlaqədar xx.xx.2024-cü il tarixli MN1901134 nömrəli protokol tərtib edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 aprel 2009-cıı il tarixli 71 saylı qərarı ilə təsdiq edilmiş "Avtomobil nəqliyyatı ilə sərrpşin və yük daşımalarını yerinə yetirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsi" Qaydasının 1.2-ci maddəsinə əsasən, bu Qaydanın müddəaları avtomobil nəqliyyatı ilə kommersiya məqsədli müntəzəm və qeyri-müntəzəm sərnişin daşımalarını, taksi minik avtomobilləri ilə sərnişin daşımalarını, habelə beynəlxalq və ölkədaxili yük daşımalarını yerinə yetirən hüquqi şəxslərə və fərdi sahibkarlara şamil edilir. Nəzərinizə çatdırmaq istəyir ki, "xxxx" MMC-yə məxsus "Ford Tranzit" ınarkah, ** JD *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi şirkətə məxsus kafelərdən tullantıları və digər malları şirkətin istifadəsində olan anbara və ya tullantı məntəqəsinə aparmaqla məşğuldur. Yəni, sözügedən nəqliyyat vasitəsilə hər-hansı bir kommersiya fəaliyyəti, gəlirin əldə edilməsinə yönəldilmiş digər yük daşımalarının həyata keçirilməsi üçün buraxılış vəsiqəsinin əladə olunmasının vacibliyi qeyd edildi. Lakin buraxılış vəsiqəsinə nəzər yetirdikdə, “avtomobil nəqliyyatı ilə ölkədaxili sifarişli daşımalara buraxılış vəsiqəsi" qeyd olunduğunu görə bilərik. Yenə də, qanunvericilik burada sifarişli və kommersiya məqsədli yük daşımalarını həyata keçirən daşıyıcılar tərəfindən mülkiyyət, icarə və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin texniki vəziyyətinin reysqabağı yoxlanılması, sürücülərin reysqabağı tibbi müayinəsinin keçirilməsini nəzərdə tutmuşdur. İş materiallarında olan 22 avqust 2024-cü il tarixli avtomobil nəqliyyatı ilə daşımalar sahəsində pozuntular aşkar olunması haqqında aktdan görünür ki, xx.xx.2024-cü il tarixdə saat 10:30-da Bakı şəhəri, Mərdəkan şossesi Rahat market yaxınlığında Şəxs MMC-yə məxsus yük daşıması yerinə yetirən FORD TR markalı 77JD485 dövlət qeydiyyat nömrəli avtomobili idarə edən sürücü X3 Azərbaycan Respublikası NK-nın 2009-cu il 24 aprel tarixli 71-N-li qərarı ilə təstiq edilmiş qaydasının 2.2. 3.2-ci bəndlərinin tələblərini pozduğu aşkar edilmişdir. Video disk iş materiallarına əlavə edilmişdir. Bununla da, məhkəmə araşdırılması zamanı müəyyən olunmuşdur ki, Şəxs MMC-yə məxsus avtomobilin reys qabağı texniki vəziyyətinin yoxlanılmamış və həmin nəqliyyat vasitəsinin sürücüsü reys qabağı tibbi müayinədən keçməmişdir. Odur ki, Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsinə əsasən 326-1.1. Yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımalarında taxoqrafdan istifadə qaydalarının pozulmasına, yəni həmin daşımaların: Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-1.1.1-ci maddəsinə əsasən taxoqraf olmadan yerinə yetirilməsinə; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-1.1.2-ci maddəsinə əsasən yoxlanma müddəti bitmiş və ya plomblanması pozulmuş taxoqrafla yerinə yetirilməsinə; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-1.1.3-cü maddəsinə əsasən tamamilə və ya hər hansı funksiyası işləməyən taxoqrafla yerinə yetirilməsinə; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-1.1.4-cü maddəsinə əsasən taxoqrafın yoxlanmasına dair möhür vurulmadan və ya onun yoxlanması haqqında müvafiq şəhadətnamə olmadan yerinə yetirilməsinə; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-1.1.5-ci maddəsinə əsasən taxoqrafın qeydiyyata aldığı məlumatlar saxtalaşdırılmaqla yerinə yetirilməsinə görə - fiziki şəxslər yüz əlli manat məbləğində, vəzifəli şəxslər beş yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-1.2-ci yük avtomobilləri və ümumi istifadədə olan nəqliyyat vasitələri ilə beynəlxalq və ölkədaxili (şəhərlərarası və rayonlararası) sərnişin və yük daşımaları yerinə yetirən sürücü tərəfindən iş və istirahət rejiminə riayət edilməməsinə görə - əlli manat məbləğində cərimə edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutlari qiymətləndirir. Məhkəmə toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs MMC-nin barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsi ilə təqsirli bilinib cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-117, 128-130 və 326-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 326-cı maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 2000 (iki min) manat məbləğində cərimə edilsin. Qərar təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Səmədova Günel
Məhkəmə qərarları › İş №3(009)-2103/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2103/2024
16.10.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver