Məhkəmə qərarları › İş №3(009)-2104/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2104/2021

04.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2104/2021 04.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, Əlirza Azər oğlunun katibliyi, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunmasına dair materiala məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsindən daxil olmuş 25.10.2021-ci il tarixli, 00100-2138/21 və 25.10.2021-ci il tarixli, 00100-2139/21 nömrəli inzibati xəta haqqında protokollar və materiallarla müəyyən edildi ki, məhkəməyə daxil olmuş işlər üzrə eyni əməlin törədilməsinə görə iki protokol tərtib edilmişdir. Ona görə də hesab edirəm ki, həmin inzibati xətalara dair işlər bir icraatda birləşdirilməlidir. Həmçinin iş № 3(009)–2101/2021 və 3(009)–2104/2021 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilməli olduğundan, həmin işlər ilk daxil olan nömrə altında, yəni 3(009)–2101/2021 saylı inzibati xəta haqqında iş üzrə icraatda birləşdirilməli və həmin nömrə altında baxılmalıdır. 3(009-2104/2021 saylı inzibati xəta haqqında işin materialları başqa işlə birləşdiyindən həmin iş üzrə icraata icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.2-ci maddəsinə əsasən şəxsin eyni və ya müxtəlif vaxtlarda törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin işlərə eyni vaxtda baxılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 34-cü maddəsinə əsasən, QƏRARA ALDİ: 3(009)–2101/2021 və 3(009)-2104/2021 saylı inzibati xətalara dair işlər bir icraatda birləşdirilsin. Həmin işlərə 3(009)–2101/2021 saylı inzibati xəta haqqında iş üzrə bir icraatda baxılsın. İş başqa işə birləşdiyindən 3(009)-2104/2021 saylı inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin HAKİM AZƏR TAĞİYEV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar