Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2105/2021 27.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 04.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından Zaur Xizili tərəfindən verilən şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 04.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərardan şikayət verərək ləğv edilməsini xahiş etmişdir. Şikayəti və ona əlavə olunmuş materialları nəzərdən keçirib, hesab edirəm ki, şikayət geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 04.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında inzibati qərardan görünür ki, “BMW 530D minik” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin istifadəçisi 23.04.1993-cü il təvəllüdlü X1 03.10.2021-ci il tarixdə X3 prospektinin kəsişməsində yol nişanlarına riayət etmədiyinə görə barəsində inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilərək 40 manat məbləğində cərimə edilmişdir. Göründüyü kimi inzibati tənbeh vermə haqqında elektron qərar “BMW 530D minik” markalı, **-GR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X1 barəsində çıxarılmışdır. Hazırki işdə isə həmin qərarlardan şikayət X1 tərəfindən deyil, barəsində heç bir inzibati tənbeh vermə haqqında elektron qərar qəbul edilməmiş şəxs Zaur Xızılı tərəfindən verilmişdir. Halbuki onun həmin qərardan şikayət vermək üçün subyektiv hüququ yoxdur. Yəni həmin qərardan yalnız barəsində qərar çıxarılmış şəxsin şikayət vermək hüququ vardır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Həmin Məcəllənin 128.2-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə qərardan şikayət və ya protest hakimin qərarından - apellyasiya instansiyası məhkəməsinə, kollegial orqanın qərarından - kollegial orqanın olduğu yerin məhkəməsinə, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə verilir. Göstərilənlərə əsasən hesab edirəm ki, DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 04.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından şikayət vermək üçün subyektiv hüququ müəyyən edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118 maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: DİN-nin Baş Dövlət Yol Polisi İdarəsinin 04.10.2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarından Zaur Xizili tərəfindən verilən şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2105/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2105/2021
27.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver