Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2110/2021 11.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1, İnzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə rəisi X2 iştirakları ilə, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin EPQ ******* saylı, 28.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə və ona əlavə edilmiş sənədlərə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin EPQ ******* saylı, 28.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması barədə X1 Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. Şikayət onunla əsaslandırılmışdır ki, o əmək müqaviləsi əsasında “Night office” klubunda ofisiant işləyir. İş saatı 18:00-da başlayaraq 23:30-da bitir.28.08.2021-ci il tarixdə klubda olarkən saat 23:00 radələrinə polis geyimində olan 5 nəfər polis əməkdaşı kluba daxil olaraq işçilərdən şəxsiyyət vəsiqələrini təqdim etməyi tələb etmiş, həmin vaxt klubda 5-6 nəfərə yaxın müştəri olmuşdur. Polis əməkdaşları şəxsiyyət vəsiqələrini təqdim etməyənləri buraxmayacaqlarını bildirmişlər. Bundan sonra o və digərləri şəxsiyyət vəsiqələrini təqdim etmiş, polis əməkdaşları isə telefonla şəxsiyyət vəsiqələrinin şəkilini çəkmişlər. 27.10.2021-ci il tarixdə terminal vasitəsi ilə cərimələri yoxlayarkən ona məlum olmuşdur ki, 9-cu Polis Bölməsi tərəfindən 400 manat məbləğində cərimə edilmişdir. Qeyd olunanları nəzərə alaraq inzibati tənbehvermə barədə qərarın ləğv edilməsini və icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X3 şikayəti müdafiə edərək göstərmişdir ki, əmək müqaviləsi əsasında “Night office” klubunda ofisiant işləyir. İş saatı 18:00-da başlayaraq 23:30-da bitir.28.08.2021-ci il tarixdə klubda olarkən saat 23:00 radələrinə polis geyimində olan 5 nəfər polis əməkdaşı kluba daxil olaraq işçilərdən şəxsiyyət vəsiqələrini təqdim etməyi tələb etmiş, həmin vaxt klubda 5-6 nəfərə yaxın müştəri olmuşdur. Polis əməkdaşları şəxsiyyət vəsiqələrini təqdim etməyənləri buraxmayacaqlarını bildirmişlər. Bundan sonra o və digərləri şəxsiyyət vəsiqələrini təqdim etmiş, polis əməkdaşları isə telefonla şəxsiyyət vəsiqələrinin şəkilini çəkmişlər. Polis əməkdaşları içəri daxil olarkən saat 23.00 radələri idi, saat 24.00-dan sonra gəlməmişlər. Protokol əsassız tərtib edilmişdir. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin EPQ ******* saylı, 28.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın ləğv olunması xahiş etdi. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokolu tərtib edən şəxs Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin polis sahə rəisi X4 göstərmişdir ki, xidməti ərazisində olan gecə klublarında Bakı Şəhər Baş Polis İdarəsinin əməkdaşları ilə birgə tədbir keçirilmişdir və İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədən şəxslər müəyyən edilərək barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və inzibati tənbeh vermə haqqında qərar çıxarılmışdır. Həmin gün inzibati xəta törədənlərə eyni məbləğdə, yəni 400 manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Şikayətə etiraz edərək şikayətin təmin edilməməsini və EPQ ******* saylı, 28.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarın qanuni hesab edilməsini xahiş etmişdir. Məhkəmə tərəfləri dinləyib, şikayəti iş materialları əsasında araşdıraraq hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin EPQ ******* saylı, 28.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan 28.08.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 28.08.2021-ci il tarixdə Səbail rayonu ərazisində karantin rejimi qaydalarını pozduğu üçün (səhər saat 6-12) barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib edilmişdir. İş materiallarında olan EPQ ******* saylı, 28.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 28.08.2021-ci il tarixdə Səbail rayonu ərazisində karantin rejimi qaydalarını pozduğu üçün İXM-nin 211.1-ci maddəsi ilə təqsirli bilinərək 400 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsinə əsasən epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə -fiziki şəxslər iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər dörd min manatdan beş min manatadək məbləğdə cərimə edilir, yaxud işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, hüquqi şəxslər beş min manatdan on bir min manatadək məbləğdə cərimə edilir. Qeyd edilməlidir ki, iş materiallarında olan 28.08.2021-ci il tarixli, EXP ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, X3 28.08.2021-ci il tarixdə Səbail rayonu ərazisində karantin rejimi qaydalarını pozduğu (səhər saat 6-12) qeyd edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, şikayətçi məhkəmə iclasında şikayətini müdafiə edərkən göstərmişdir ki, iş vaxtı axşam 18:00-dan 23:30-dəkdir və hadisə saat 23:00 radələrində baş vermişdir. Göründüyü kimi məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs bunun əksi olaraq məhkəməyə heç bir sübut təqdim etməmişdir. Bu isə protokolda və inzibati tənbehvermə barədə qərarda göstərilən saatı, dolayı yolla özü-özlüyündə inzibati xəta hadisəsinin olması faktını şübhə altına alır. Beləliklə, işin faktiki hallarına və qanunvericiliyin yuxarıda qeyd edilən müddəalarına əsasən müəyyən edilir ki, barəsində inzibati iş üzrə icraat aparılan şəxs X1 əməlində inzibati xəta tərkibi olmasına dair heç bir sübut yoxdur. Göründüyü kimi Bakı şəhər Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi tərəfindən əhəmiyyətli olan hallar sübuta yetirilmədən X3 barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş və bunun əsasında inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8.3-cü maddəsində qeyd edilir ki, inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinin tələbinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest baxıldıqda bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərar ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. İnzibati Xətalar Məcəlləsinin 53.0.1-ci maddəsinə əsasən, inziati xəta hadisəsi olmadıqda - inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 135.1.3-cü maddəsinə görə hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən müəyyən edilmiş iş üçün əhəmiyyətli olan halların sübuta yetirilməməsi inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə hesab edir ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X1 şikayəti təmin edilməli, Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin EPQ ******* saylı, 28.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilsin. Bakı şəhər Səbail rayon Polis İdarəsinin 9-cu Polis Bölməsinin EPQ ******* saylı, 28.08.2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2110/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2110/2021
11.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver