Məhkəmə qərarları › İş №3(009)-2114/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2114/2021

17.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2114/2021 17.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi, Barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X6 oğlunun iştirakı ilə, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 28.09.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 oğlu tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X6 oğlu şikayətlə məhkəməyə müraciət edərək Bakı şəhər BPİ DYPİ-nin 28.09.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, 08.09.2021-ci il tarixdə barəsində Mehdi Hüseyn küçəsi 51 ünvanında yol patrul xidmətinin əməkdaşı AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan “yol ayrıcını keçmə” qaydasını pozduğunu hesab edərək İXP ******* saylı inzibati protokol tərtib etmişdir. İnzibatı xəta hadisəsi ilə razı olmadığına görə tərtib olunan protokola onun iştirakı ilə inzibati qərar qəbul olunmasını xahiş etmişdir. Bakı şəhəri BPİ DYPİ tərəfindən 13.09.2021-ci il tarixdə ona bildiriş göndərilərək inzibati qərar qəbul olunması üçün 28.09.2021-ci il saat 13-00dək Bakı şəhəri BPİ DYPİ-nə getməyi üçün dəvət olunmuşdur. 28.09.2021-ci il tarixdə gedib video görüntü ilə tanış olmağını bildirsə də ona video görüntünü göstərmədilər. Elə həmin gün ona sms məlumat gəldi ki, barənizdə olan qərar icra qüvvəsinə minmişdir. Ona sms gəldikdən sonra 28.09.2021-ci il tarixdə Asan Pay vasitəsilə şikayət yazıb göndərmişdir. 08.10.2021-ci il tarixdə TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar ünvanına göndərilmişdir. Bundan sonra 2 dəfə Bakı şəhəri BPİ DYPİ-nə gedib video görüntü ilə tanış olmaq istədiyini bildirsə də müxtəlif bəhanələr gətirərək ona video görüntünü göstərmədilər. Hesab edir ki, 28.09.2021-ci il tarixdə barəsində qəbul olunan TP ******* saylı inzibati qərar əsassız və qanunsuzdur. Belə ki, 08.09.2021-ci il tarixdə ünvan 2 ünvanında yolların kəsişməsindən düz istiqamətdə gedərkən Yol patrul xidmətinin əməkdaşı onu saxlayaraq AR İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulan “yol ayrıcını keçmə” qaydasını pozduğunu, yolayrıcını keçərkən sağ tərəfdən gələn nəqliyyat vasitəsinə maneçilik törətdiyini bildirərək cərimə olunacağını bildirdi. Lakin hesab edir ki, qeyd olunan ərazidə heç bir qayda pozuntusu törətməmişdir. Çünki o sağından gələn nəqliyyat vasitələrinə yol verdikdən sonra hərəkətinə davam etmiş və heç bir nəqliyyat vasitəsinin hərəkətinə mane olmamışdır. Bakı şəhəri BPİ DYPİ-nı müraciət etdikdə onunla birgə video görüntüyə baxılsa idi heç bir qayda pozuntusu törətmədiyi görünəcəkdir. Qeyd olunanlardan açıq aşkar görünür ki, vətəndaş olaraq onun konstitusion hüquqları X7 əməkdaşları tərəfindən pozulmuşdur. Qeyd olunanları nəzərə alaraq, BPİ DYPİ polis mayoru X1 tərəfindən barəsində qəbul olunan 28.09.2021-ci il tarixli TP ******* saylı inzibati qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etmşdir. Məhkəmə iclasında iştirak edən şikayətçi X6 oğlu şikayəti müdafiə edərək şikayət ərizəsinə uyğun izahat verərək şikayət təmin edilməsini, BPİ DYPİ polis mayoru X1 tərəfindən qəbul olunan 28.09.2021-ci il tarixli TP ******* saylı inzibati qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Qərarından şikayət verilmiş səlahiyyətli orqana (nümayəndəsinə) məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin səbəbləri barədə hər hansı məlumat verməmişdir. Məhkəmə işə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 61.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq, hesab edir ki, şikayət təmin edilməli, qeyd olunanları nəzərə alaraq, Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin 28.09.2021-ci il tarixli TP ******* saylı inzibati qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. İş materiallarına əlavə edilmiş 28.09.2021-ci il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X6 oğlu 08.09.2021-ci il tarixdə ünvan 2 ünvanında idarə etdiyi TOYOTA COROLLA minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə baş yolla hərəkət edən nəqliyyat vasitəsinə yol verməyərək yol ayrıcını keçmə qaydasını pozmaqla Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsinə görə 60 manat məbləğində cərimə edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhər Baş Polis İdarəsinin X7 İdarəsinin nümayəndəsi Nicat Ələkbərzadənin etirazından görünür ki, X2 BPİ DYPİ polis mayoru X1 tərəfindən barəsində qəbul olunan 28.09.202 İ-cı il tarixli TP ******* nömrəli inzibati qərarı ləğv edilərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə şikayəti ilə razılaşmayaraq bildirmişdir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X5 08.09.2021-ci il tarixdə ünvan 2 ünvanında idarə etdiyi TOYOTA COROLLA minik markalı **-BH-*** dövlət qeydiyyat nişanlı avtomobillə baş yolla hərəkət edən nəqliyyat vasitəsinə yol verməyərək yol ayrıcını keçmə qaydasını pozduğuna görə YPX əməkdaşı tərəfindən saxlanılmış Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2- ci maddəsinə əsasən İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir. Belə ki, barəsində qərar çıxarılmış fiziki şəxs X5 ilə YPX əməkdaşı arasında olan dialoqdan məlum olur ki. Rauf Əzimov 08.09.2021-ci il tarixdə saat 19:29 da YHHQ- nın 77.1-ci maddəsinin tələbini pozaraq İXM-nin 327.2-ci maddəsində nəzərdə tutulmuş yol ayrıcım keçmə qaydasını pozmuş, lakin ona güzəşt olunmasını və barəsində protokol tərtib olunmasını xahiş etmişdir. Eyni zamanda Rauf Əzimovun barəsində tərtib edilmiş 08.09.2021-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki. onun yol verdiyi xəta xüsusi texniki vasitə ilə deyil, bilavasitə səlahiyyətli şəxs olan YPX əməkdaşı tərəfindən aşkar edilmişdir. İşin hallarından göründüyü kimi YPX əməkdaşı Rauf Əzimovun yol verdiyi yol hərəkəti qayda pozuntusunu aşkar etdikdən dərhal sonra AR İXM-nin 327.2-ci maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib etmiş və dialoq zamanı xətanın mövcudluğunu qəbul edib-etməməsini aydınlaşdırdıqdan sonra qanunamüvafiq olaraq tənbeh vermə haqqında qərar qəbul etmədən protokol tərtib etməklə hərəkətlərini başa çatdırmış və sonrakı hərəkətlər barədə Rauf Əzimova məlumat vermişdir. Eyni zamanda barəsində qərar çıxarılmış fiziki şəxs X3 qanunla müəyyən edilmiş qaydada, işin harada və nə vaxt baxılması haqqında məlumat verilmiş, bundan sonra barəsində tənbeh vermə haqqında 28.09.2021-cı il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında səlahiyyətli vəzifəli şəxs Bakı şəhəri BPİ DYPİ-nin İnzibati xətalar haqqında işlər üzrə icraat şöbəsinin inspektoru polis mayoru X1 tərəfindən qərar qəbul edilərək 60 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Şərh olunanlara əsasən hesab edir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayəti əsassızdır onun barəsində qəbul edilmiş 28.09.2021-cı il tarixdə TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərar qanuni və əsaslı olduğundan onun ləğv edilməsi üçün qanuni əsaslar mövcud deyildir. Beləliklə də qeyd olunanlara əsasən hesab edir ki, barəsində qərar çıxarılmış fiziki şəxs X2 şikayəti əsassız olduğundan təmin edilməməli onun barəsində Azərbaycan Respublikası DİN Bakı şəhəri BPİ X8 İdarəsinin səlahiyyətli vəzifəli şəxsi tərəfindən AR İXM-nin 327.2-ci maddəsinə əsasən 28.09.2021-cı il tarixli TP ******* nömrəli inzibati tənbeh vermə haqqında Qərarın dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməlidir. Məhkəmə qeyd edir ki, hazırki işin faktiki hallarından müəyyən edilir ki, X2 inzibati məsuliyyəti istisna edilir. Belə ki, X5 inzibati xəta hadisəsi törətmədiyini bildirmiş, inzibati tənbeh vermə haqqında qərarda Azərbaycan Respublikası İXM-nin 327.2-ci maddəsinin tələblərinin pozuntusunun baş verməsi əsaslandırılmamış, inzibati məsuliyyətə cəlb olunmuş şəxsin təqsirini sübut etməyə borclu olan inzibati tənbeh vermə haqqında qərar qəbul etmiş Bakı şəhər BPİ DYPİ tərəfindən bununla bağlı məhkəməyə hər hansı sübut təqdim edilməmiş, onun təqsirli olmasını mötəbər sübutlarla sübuta yetirə bilməmişdir. Məhkəmə hesab edir ki, təqdim edilmiş sübutlar əsasında X6 oğlu tərəfindən qeyd olunan inzibati xətanın törədilməsi müəyyən edilmir, onun təqsiri qanunla müəyyən edilmiş qaydada sübuta yetirilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs inzibati xəta haqqında iş üzrə qərardan səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət verə bilər. Azərbaycan Repsublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İXM-in 53.0.1-ci maddəsinə əsasən inzibati xəta hadisəsi olmadıqda, həmçinin İXM-in 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, şikayət təmin edilməli, Bakı şəhər BPİ DYPİ-nin 28.09.2021-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilməli və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 128- 129,131-135-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 oğlunun şikayəti təmin olunsun. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin 28.09.2021-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ləğv edilsin və iş üzrə icraata xitam verilsin. Bakı şəhər Baş Polis İdarəsi X7 İdarəsinin 28.09.2021-cı il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Mərkəzi İnformasiya sistemində X2 barəsində yerləşdirilmiş inzibati cərimə silinsin. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar