Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2115/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Barəsində protokol tərtib edilmiş Şəxs nümayəndəsi və vəkili X6 oğlunun iştirakı ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 21 oktyabr 2021-ci il tarixli, 00100-2130/21 saylı inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokoldan görünür ki, Şəxs (VÖEN **********) Böyük Britaniyadan idxal edilmiş, 61K14674/61ACF195 nömrə nişanlı avtomobildə Azərbaycan Respublikasına gətirilmiş neft kəmərləri üçün boruların “S355J2H acc En 10210 Od” adlı MT ******* item nömrəli Çexiya mənşəli “TRRİNECKE” şirkətinin istehsalı xarici diametri 76,1 mm, iç dəmirin qalınlığı 1,5 sm, uzunluğu 6,3 metr olan növünün netto çəkisi 544 kq, digərinin isə 70 kq çəkidə olmasına baxmayaraq, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim etdiyi **********8550 sorğu nömrəli 13.08.2021-ci il tarixli qısa idxal bəyannaməsində malın çəkisi müvafiq olaraq 491,2 kq və 122,8 kq bəyan etmiş, lakin gömrük ödənişlərinin hesablanılması üçün malların “saxlanc” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə Bakı Baş Gömrük İdarəsinə təqdim etdiyi 18.08.2021-ci il tarixli **********0261 sorğu nömrəli Gömrük bəyannaməsində malın çəksini düzgün göstərdiyindən və yerləşdirildiyi “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda gömrük ödənişləri alınmadığından, malların tələb olunan xüsusi gömrük prosedurunda yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (rüsum və vergilər) məbləğinə təsir etməyən düzgün olmayan məlumatları vermişdir. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində protokol tərtib edilmiş Şəxs nümayəndəsi və vəkili X6 oğlu izahatında inzibati xəta haqqında protokola etiraz edərək göstərmişdir ki, Şəxs **********8550 sorğu nömrəli qısa idxal bəyannaməsi və **********0261 sorğu nömrəli Gömrük bəyannaməsi 26000296 nömrəli 23.07.2021-ci il tarixli invoys sənədi əsasında tərtib edilmişdir. Rəsmiləşdirmə mərhələsində malları daşıyan 61K14674/61ACF195 nömrə nişanlı avtomobilin sürücüsü malları “Qırmızı Körpü” gömrük postunda yükləri sərhəddən keçirərkən təqdim edilən invoys sənədində ikinci malın qiyməti həqiqətə uyğun olmayaraq daha aşağı dəyərdə göstərilməsi aşkar edilmişdir. Sürücünün malları sərhəddən keçirərkən təqdim etdiyi sənəd ilə rəsmiləşdirmə zamanı təqdim edilən sənəddəki qiymətin fərqli olması malı göndərən tərəfindən edilmiş texniki səhv olmuşdur. Şəxs BM onsuz da bu mallara dair gömrük ödənişlərindən azad olmaq imtiyazına malikdir. Qeyd edilən halın Şəxs təqsiri nəticəsində baş vermədiyini nəzərə alaraq iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş şəxs məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə barəsində protokol tərtib edilmiş şəxsin nümayəndəsini dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində nəzərdə tutulan əməli törətməsi sübuta yetirilmir. Ona görə də Şəxs barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi İpək Yolu gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, "xxxx" MMC-nin adına 18.08.2021-ci il tarixdə 61K14674/61ACF195 nömrəli avtomobil nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********0261 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükdə mallara dair sənədlərin araşdırılması zamanı "xxxx" MMC tərəfindən həmin mal partiyasına aid əvvəlcədən təqdim edilmiş **********8550 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə **********0261 sorğu nömrəli gömrük bəyannaməsi arasında malın netto, brutto çəkisində və sərhəd gömrük orqanında uyğunsuzluq aşkar edilmişdir. Həmçinin **********0261 sorğu nömrəli gömrük bəyannaməsində sərhəd gömrük orqanına təqdim edilmiş invoysla bəyannaməçi tərəfindən həmin sorğu nömrəli gömrük bəyannaməsinə qoşulmuş sənədlərdəki invoys və həmin invoyslardakı ixracatçının imzaları arasında uyğunsuzluq var. Bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6168 saylı, 28.09.2021-ci il tarixli Ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilən neft kəmərləri üçün boruların 15.08.2021-ci il tarixə “Smls steel pipes in S355J2H acc En 10210 Od adlı Mt ******* item nömrəli Çexiya mənşəli “Trrinecke” şirkətinin istehsalı xarici diametri 76,1 mm, iç dəmirinin qalınlığı 1,5 sm, uzunluğu 6,3 metr olan neft-qaza kəmərləri üçün borunun orta bazar qiyməti təxminən 440,0 manat. “Smls steel pipes in S355J2H acc En 10210 Od adlı Mt ******* item nömrəli Çexiya mənşəli “Trrinecke” şirkətinin istehsalı xarici diametri 88,9 mm, iç dəmirin qalınlığı 6,3 mm, uzunluğu 5,3 metr olan neft-qaz kəmərləri üçün borunun orta bazar qiyməti təxminən 350,00 manat təşkil edir. Ekspetiza tədqiqatının dəyəri 50 (əlli) manatdır. İş materiallarında olan araşdırma zamanı izahatı alınmış malları daşıyan avtomobilin sürücüsü Selvi Zaferin izahatından görünür ki, 2017-ci ildən Türkiyə Respublikasında fəaliyyət göstərən “Uğur Trans” şirkətində sürücü işləyir. 61K4674/61ACF195 nömrə nişanlı avtomobil “Uğur Trans” şirkətinin mülkiyyətindədir. 5 avqust 2021-ci il tarixdə Türkiyə Respublikasının Trabzon şəhərində istifadəsində olan 61K4674/61ACF195 nömrə nişanlı avtomobilə Azərbaycan Respublikasına çatdırmaqdan ötrü müxtəlif yüklər yüklənilmişdir. Yüklərdən 614 kq çəkidə 5 boru yükü Azərbaycan Respublikasında fəaliyyət göstərən Şəxs BM-yə məxsusdur. Yüklər qoşquya yüklənildikdən Azərbaycan Respublikasına gəlməkdən ötrü yola düşmüşdür. Trabzon şəhərində yola düşməzdən əvvəl mallara dair müşayiət sənədlərini daşıma şirkətinin əməkdaşlarından almışdır. 15 avqust 2021-ci il tarixdə Qərb Ərazi Baş Gömrük idarəsinin “Mazımçay” gömrük postunda 61K4674/61ACF195 nömrə nişanlı avtomobil ilə sərhədi keçərək Bakı Baş Gömrük İdarəsində çatdırmaqdan ötrü avtomobilimi hərəkət etdirmişdir. Bakı Baş Gömrük İdarəsinə gəldikdən sonra Şəxs BM-nin əməkdaşı Rəvan adlı şəxs ona zəng edərək sərhəd gömrük orqanına təqdim edilən invoys sənədindəki qiymətin faktiki və göndərənin verdiyi sənəddən fərqli olduğunu deyərək, sərhədə belə sənədi haradan təqdim etdiyini ondan soruşmuşdur. O da, cavabında dediyi kimi daşıma şirkətinin verdiyi sənədi gömrüyə təqdim etdiyini, qiymətə falan fikir vermədiyini demişdir. Sərhəd gömrük orqanına təqdim etdiyi sənədləri Türkiyənin Trabzon şəhərində əldə etmiş, bu sənədləri ona daşıma şirkəti vermişdir. Əvvəllər bir neçə ildən əvvəl bir dəfə də yük gətirmişdir, ancaq bu şirkət mütəmadi yük gətirdiyi şirkət deyildir. Şəxsndən heç kimi tanımır, hər hansı tanışlıq münasibəti olan şəxs yoxdur. İş materiallarında olan araşdırma zamanı izahatı alınmış deklarant X2 izahatında görünür ki, 2019-cu ildən "xxxx" MMC-də gömrük rəsmiləşdirilməsi üzrə mütəxəssis vəzifəsində işləyir. Şəxs BM-nin ünvanına 26000296 nömrəli 23.07.2021-ci il tarixli invoys sənədinin müşayiəti ilə idxal edilən mallara dair **********8550 sorğu nömrəli qısa idxal bəyannaməsi və **********0261 sorğu nömrəli Gömrük bəyannaməsi onun tərəfindən tərtib edilmişdir. Bəyannamə tərtib etmək üçün sənədlər e-mail ünvanına Şəxs BM-nin xidməti elektron poçtundan göndərilmişdir. Həmin sənədlərdə olduğu kimi bəyannaməni tərtib etmişdir. Mallara dair başqa heç bir sənəd görməmişdir. 20 avqust 2021-ci ildə Şəxs BM nin nümayəndəsi Rəvan adlı şəxsdən xəbər tutub ki, malları daşıyan avtomobilin sürücüsü sərhəddən keçərkən təqdim etdiyi invoys sənədi düzgün olmamış, bu sənəddə malın dəyəri yanlış olmuşdur. Xidməti ərzində ilk dəfə belə bir hadisə ilə qarşılaşır. Rəvanın ona deməsinə görə, daşıyıcı firmanın yol verdiyi səhvlik ucbatından bu hadisə olub. Malların dəyərini yanlış şəkildə bəyan etmək və bunun üçün həqiqətə uyğun olmayan sənədlər təqdim etmək niyyəti olmamışdır, belə hərəkətlərə yol verməmişdir. Aralarında bağlanılmış xidmət müqaviləsinin tələblərindən kənara çıxmamış, buna uyğun sifarişçi - idxalatçının təqdim etdiyi sənədlər əsasında, həmin sənədlərə uyğun bəyannamə yazmışdır, lakin sifarişçi-idxalatçının sənədlərinin səhvliyi onun öz məsuliyyətində olan haldır və buna görə də özü məsuliyyət daşıyır. İş materiallarında olan Sahil” gömrük postundan verilən 34/026/027224 nömrəli 18.10.2021-ci il tarixli cavab raportundan görünür ki, **********0261 sorğu nömrəli Gömrük bəyannaməsi ilə bəyan edilmiş malların ödənişinə təsir edən amil yoxdur. İş materiallarında olan Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportundan görünür ki, “Sahil” gömrük postundan daxil olmuş 34/026/021877 nömrəli 19.08.2021-ci il tarixli raportun icrası ilə əlaqədar bildirilir ki, "xxxx" MMC-nin adına 18.08.2021-ci il tarixdə 61K14674/61ACF195 nömrəli avtomobil nəqliyyat vasitəsi ilə ölkə ərazisinə daxil olmuş **********0261 sorğu nömrəli gömrük bəyannaməsi ilə bəyan olunan yükdə mallara dair sənədlərin araşdırılması zamanı "xxxx" MMC tərəfindən həmin mal partiyasına aid əvvəlcədən təqdim edilmiş **********8550 sorğu nömrəli qısa idxal bəyannaməsi ilə **********0261 sorğu nömrəli gömrük bəyannaməsi arasında malın netto, brutto çəkisində və sərhəd gömrük orqanında uyğunsuzluq aşkar edilmişdir. Həmçinin **********0261 sorğu nömrəli gömrük bəyannaməsində sərhəd gömrük orqanına təqdim edilmiş invoysla bəyannaməçi tərəfindən həmin sorğu nömrəli gömrük bəyannaməsinə qoşulmuş sənədlərdəki invoys və həmin invoyslardakı ixracatçının imzaları arasında uyğunsuzluq var. Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs Birgə Müəssissi (VÖEN **********) Böyük Britaniyadan idxal edilmiş, 61K14674/61ACF195 nömrə nişanlı avtomobildə Azərbaycan Respublikasına gətirilmiş neft kəmərləri üçün boruların “S355J2H acc En 10210 Od” adlı MT ******* item nömrəli Çexiya mənşəli "TRRİNECKE” şirkətinin istehsalı xarici diametri 76,1 mm, iç dəmirin qalınlığı 1,5 sm, uzunluğu 6,3 metr olan növünün netto çəkisi 544 kq, digərinin isə 70 kq çəkidə olmasına baxmayaraq, mallar gömrük ərazisinə gətirilməzdən əvvəl təqdim etdiyi **********8550 sorğu nömrəli 13.08.2021-ci il tarixli qısa idxal bəyannaməsində malın çəkisi müvafiq olaraq 491,2 kq və 122,8 kq bəyan etmiş, lakin gömrük ödənişlərinin hesablanılması üçün malların “saxlanc” gömrük prosedurunda yerləşdirmək məqsədi ilə Bakı Baş Gömrük İdarəsinə təqdim etdiyi 18.08.2021-ci il tarixli **********0261 sorğu nömrəli Gömrük bəyannaməsində malın çəksini düzgün göstərdiyindən və yerləşdirildiyi “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda gömrük ödənişləri alınmadığından, malların tələb olunan xüsusi gömrük prosedurunda yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (rüsum və vergilər) məbləğinə təsir etməyən düzgün olmayan məlumatları vermişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsində qeyd olunmuşdur ki, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilərkən onların tələb olunan xüsusi gömrük proseduru altında yerləşdirilməsi ilə əlaqədar gömrük ödənişlərinin (borcunun) məbləği haqqında müvafiq icra hakimiyyəti orqanının qərarının qəbul edilməsinə təsir etməyən düzgün olmayan məlumatların verilməsinə görə - fiziki şəxslər üç yüz manat məbləğində, vəzifəli şəxslər altı yüz manat məbləğində, hüquqi şəxslər min manat məbləğində cərimə edilir. Xüsusi gömrük prosedurlar Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 166-cı maddəsində nəzərdə tutulmuşdur. Həmin maddə tranzit (beynəlxalq və daxili tranzit); saxlanc (müvəqqəti saxlanc və gömrük anbarlarında saxlanc); sərbəst zona; xüsusi istifadə (müvəqqəti idxal və son istifadə); emal (daxildə və xaricdə emal) prosedurları xüsusi gömrük prosedurları kimi sadalansa da, sərbəst dövriyyə üçün gətirilən malların bu prosedurlara aid olması qeyd edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, sərhəd gömrük orqanına təqdim edilmiş invoysla Şəxs tərəfindən gömrük bəyannaməsinə qoşulmuş sənədlərdəki invoys arasında uyğunsuzluq olduğu sübuta yetirilsə də, qeyd edilən uyğunsuzluğun Şəxs təqsiri səbəbindən baş verməsi sübut olunmur. Belə olan halda məhkəmə hesab edir ki, Şəxs əməlində inzibati xəta mövcud deyildir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən isə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 114.2.1-ci maddəsinə əsasən həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Beləliklə, məhkəmə hesab edir ki, hazırkı iş üzrə barəsində protokol tərtib edilmiş Şəxsnə münasibətdə inzibati xəta tərkibinin bütün əlamətləri, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) mövcud deyil. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İXM-nin 55.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər dövlət hesabına ödənilir. Hüquqi şəxslər barəsində inzibati xətalar haqqında işlər üzrə məsrəflər isə həmin şəxslərin üzərinə qoyulur. Bu səbəbdən, inzibati iş üzrə keçirilmiş ekspertiza xərci olan 50 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxsndən tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 55, 114-115, 128-130 və 482.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 482.3-cü maddəsi ilə başlanılmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. İnzibati xəta haqqında iş üzrə ekspertiza xərcinin dəyəri olan 100 (bir yüz) manat məbləğində pul vəsaiti Şəxsndən tutularaq Azərbaycan Respublikası Məhkəmə Ekspertiza Mərkəzinin (büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, X1 Kodu 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ ********************, SWİFT CTREAZ 22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, AZ34STRE********************) hesabına köçürülsün. Qərarın surəti tərəfə təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2115/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2115/2021
12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver