Məhkəmə qərarları › İş №3(009)-2116/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2116/2021

12.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2116/2021 12.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Nəsibov Pərviz Novruz oğlunun katibliyi ilə, Şəxs MMC-nin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş protokola və ona əlavə edilmiş materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs MMC-nin Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat Şöbəsi tərəfindən tərtib edilmiş 18 oktyabr 2021-ci il tarixli 00100-2089/21 nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilmişdir. İnzibati xəta haqqında protokoldan görünür ki, Hüquqi şəxs Şəxs (VÖEN **********) İsveçdə fəaliyyət göstərən “X3” şirkətindən 34JZ7019/34HF1822 nömrə nişanlı avtomobildə Azərbaycan Respublikasına idxal edilərək, 24 may 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2993 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirilmiş mallar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2013-cü il tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.2-ci yarımbəndinə əsasən 4 aydan çox olmayan müddətə, yəni saxlancın son tarixi - 26 sentyabr 2021-ci il tarixədək müvafiq gömrük bəyannaməsi təqdim etməklə malları başqa gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan etməli və ya gömrük anbarına yerləşdirməli olduğu halda, saxlanc qaydalarını (müddətini) pozaraq həmin müddət ərzində bu yüklərin digər gömrük proseduru altında yerləşdirməsi barədə müraciət təqdim etməyərək saxlancın müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət etməmişdir. Nəticədə Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilmişdir. Bu fakt 34/026/025363 nömrəli 29.09.2021-ci il tarixli raport, 15.10.2021-ci il tarixli akt, **********2993 sorğu nömrəli Gömrük bəyannaməsi, mal müşayiət sənədləri, hüquqi şəxsin nümayəndəsinin izahatı və işdə olan digər sənədlərlə tam təsdiq olunur. Protokol tərtib etmiş Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsinə və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş “X5 X1 Akaryakıt Nakliyat və Sanayi Ürünleri Ticaret Limited” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyinə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və tərəflərindən işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə inzibati xəta haqqında protokol tərtib etmiş qurumun və barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş Şəxs MMC-nin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdırıb, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarına əlavə edilmiş Sahil” gömrük postunun rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, Şəxs MMC tərəfindən **********2993 sorğu nömrəli GB ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin yük sahibi tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. (bununla əlaqədar məsələnin araşdırılması üçün müvafiq şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur). İş materiallarında olan Əməliyyat və Təhqiqat İdarəsinin rəisi tərəfindən tərtib edilmiş raportdan görünür ki, “Sahil” gömrük postundan daxil olmuş 34/026/025363 nömrəli 29.09.2021-ci il tarixli raportun icrası ilə əlaqədar bildirilir ki, Şəxs MMC tərəfindən **********2993 sorğu nömrəli GB ilə müvəqqəti saxlanc prosedurunda rəsmiləşdirilmiş yüklərin öhdəlik müddəti bitmiş, lakin yük sahibi tərəfindən bu yüklərin digər gömrük proseduru altında yerləşdirilməsi barədə heç bir müraciət daxil olmamışdır. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Şəxs (VÖEN **********) İsveçdə fəaliyyət göstərən “X3” şirkətindən 34JZ7019/34HF1822 nömrə nişanlı avtomobildə Azərbaycan Respublikasına idxal edilərək, 24 may 2021-ci il tarixdə Bakı Baş Gömrük İdarəsində **********2993 sorğu nömrəli Gömrük bəyannaməsi ilə “müvəqqəti saxlanc” xüsusi gömrük prosedurunda yerləşdirilmiş mallar üzrə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27.08.2013-cü il tarixli 229 nömrəli Qərarı ilə təsdiq edilmiş “Malların saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilməsi” Qaydalarının 3.2-ci yarımbəndinə əsasən 4 aydan çox olmayan müddətə, yəni saxlancın son tarixi - 24 sentyabr 2021-ci il tarixədək müvafiq gömrük bəyannaməsi təqdim etməklə malları başqa gömrük prosedurunda yerləşdirmək məqsədi ilə bəyan etməli və ya gömrük anbarına yerləşdirməli olduğu halda, saxlanc qaydalarını (müddətini) pozaraq həmin müddət ərzində bu yüklərin digər gömrük proseduru altında yerləşdirməsi barədə müraciət təqdim etməyərək saxlancın müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət etməmişdir. İş materiallarında olan 15.10.2021-ci il tarixli Aktdan görünür ki, İsveçdən Şəxs MMC-nin ünvanına 34JZ7019/34HF1822 nömrə nişanlı nəqliyyat vasitəsi ilə daxil olmuş və Bakı Baş Gömrük İdarəsində **********2993 sorğu nömrəli 24.05.2021-ci il tarixli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanc xüsusi gömrük prosedurunda 26.09.2021-ci il tarixədək rəsmiləşdirilmiş avadanlıq hissələri yükünə Bakı şəhəri ünvan 1 ünvanında yerləşən Şəxs MMC-nin istifadəsində olan anbarda baxış keçirildi, mallar **********2993 sorğu nömrəli 24.05.2021-ci il tarixli gömrük bəyannaməsi üzrə tərəfimizdən eyniləşdirildi, yoxlanıldı, yoxlama zamanı malların yerində və toxunulmaz olduğu müəyyən edildi. Akta malların fotoşəkilləri əlavə olundu. Həmçinin iş materialları ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Bakı Baş Gömrük İdarəsində barəsində icraat aparılan Şəxs MMC-nin nümayəndəsinin iştirakı təmin edilmiş, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan “Şəxs MMC-nin nümayəndəsi X2 izahatında bildirmişdir ki, Şəxs tərəfindən 24.05.2021-ci il tarixdə **********2993 sorğu nömrəli gömrük bəyannaməsi ilə müvəqqəti saxlanca qovulan mallar boşaltma verində toxunulmadan saxlanılmışdır. Bu mallara görə DGK-dan azadolma sertifikatı alınsa da, müvafig siyahıya əlavə edilməsindən ötrü düzəliş məktubunun icrası ləngidiyindən bu müddət ərzində malları başqa prosedurda yerləşdirmə bilməmişlər. Gömrük qaydalarının pozulduğunu etiraf edirlər. Beləliklə, məhkəmə iş üzrə sübutlara məcmu halında qiymət verərək hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxs Şəxs MMC-nin Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, barəsində inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikası İXM-in 496.1-ci maddəsinə əsasən Malların saxlanca qoyulması və saxlanc qaydalarının (müddətlərinin) pozulmasına, o cümlədən gömrük və müvəqqəti saxlanc anbarlarında mallarla müxtəlif əməliyyatların aparılmasının müəyyən olunmuş tələblərinə və şərtlərinə riayət edilməməsinə görə - fiziki şəxslər əlli manatdan yüz manatadək məbləğdə, vəzifəli şəxslər yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 124.1-ci maddəsinə əsasən Malların dərhal digər xüsusi gömrük proseduru altında və ya sərbəst zonada yerləşdirildiyi hallar istisna olmaqla, gömrük orqanlarına təqdim edilmiş xarici mallar bu Məcəllənin 178-ci maddəsinə uyğun olaraq müvəqqəti saxlanc xüsusi gömrük proseduru altında yerləşdirilmiş hesab edilir. Həmin Məcəllənin 179.1-ci maddəsinə əsasən malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti onların və istifadə olunan nəqliyyat vasitəsinin xüsusiyyətləri nəzərə alınmaqla, gömrük bəyannaməsinin təqdim olunması üçün lazım olan vaxt nəzərə alınmaqla gömrük orqanı tərəfindən müəyyən edilir. Prosedur sahibinin əsaslandırılmış müraciəti olduqda, gömrük orqanı həmin müddəti bu Məcəllənin 179.2-ci maddəsinin göstərilən müddət çərçivəsində uzadır. 179.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən ayrı-ayrı malların xassələrindən və xüsusiyyətlərindən asılı olaraq daha qısa müddət müəyyən edildiyi hallar istisna olmaqla, malların müvəqqəti saxlanc gömrük proseduru altında qalma müddəti 4 (dörd) aydan çox olmamalıdır. Beləliklə, həm iş materialları, həm də inzibati icraat zamanı izahatı alınmış nümayəndənin etirafı ilə Şəxs MMC tərəfindən Azərbaycan Respublikasını İXM-nin 496.1ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi tam sübuta yetirilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5-ci maddəsinə əsasən hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Azərbaycan Respublikasının İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Məhkəmə törədilmiş inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, Şəxs MMC Azərbaycan Respublikasının İXM-nin 496.1-ci maddəsi ilə təqsirli bilinərək onun barəsində həmin maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 40, 43, 114- 117 və 496.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 496.1-ci maddəsi ilə təqsirli bilinsin və 300 (üç yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Səbail Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar