Məhkəmə qərarları › İş №3(009)-2117/2020

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2117/2020

14.10.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2117/2020 14.10.2020 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Məmmədov Azər Rasim oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs iştirakı ilə, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X4 X3 Xətt Polis Bölməsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsi ilə xx xxxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxs Şəxs inzibati xəta haqqında protokolda göstərilənləri etiraf edərək bildirmişdir ki, xx xxxxxxxx 2020-ci il tarixdə X5 Zavodunun ərazisinə dəniz kənarında balıq tutmaq üçün gəlmişdir. Balıq tutmaq üçün krevet toplamaq lazım gəldiyindən səbəti dənizə salmış və bu üsulla krevet yığmışdır. Bir müddət sonra ona polis əməkdaşları yaxınlaşıb balıq ovu üçün xüsusi icazənin olub-olmadığını soruşmuşlar. O da, balıqovlama biletinin olmadığını bildirmişdir. Onu Zığ limanında Xətt polis bölməsinə dəvət etmişlər. Yığılmış 671 ədəd krevet götürülmüş və saxlanılması üçün “xxxxxxxx” MMC-nə təhvil verilmişdir. Protokolda qeyd edilən 671 ədəd krevetləri o bir neçə gün ərzində toplamışdır. Polis əməkdaşları tərəfindən götürülmüş səbətin qiyməti aşağı olduğundan onun üçün xüsusi əhəmiyyət kəsb etmir və ov aləti hesab olunmur. Əməlindən peşman olduğu və bir daha belə hallara yol verməyəcəyini bildirib, ona yüngül tənbeh tətbiq edilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxsə məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada poçt vasitəsi ilə bildiriş göndərilmişdir. Lakin inzibati xəta haqqında protokol tərtib etmiş şəxsin nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə işə protokol tərtib etmiş şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş şəxsin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi inzibati xəta haqqında protokolla yanaşı, iş üzrə toplanmış digər sənədlərlə sübuta yetirilir. xx.xx.2020-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2020-ci il tarixdə, saat 23:00 radələrində Gəmi Təmiri zavodun ərazisində qanunsuz krevet ovladığına görə saxlanılmış və barəsində Azərbaycan Respublikası İnzibai Xətalar Məcəlləsinin 272-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyi yanında X1 Xidmətinin xx.xx.2020-ci il tarixli, 21/205 nömrəli məktubundan görünür ki, X1 Xidməti tərəfindən xx.xx.2020-ci il tarixə kimi Bakı şəhəri, Səbail rayon sakini Şəxs Xəzər dənizində krevetin sənaye ovuna balıqovlama bileti verilməmişdir. İş materiallarında olan xx xxxxxxxx 2020-ci il tarixli cinayət işinin başlanmasının rədd edilməsi barədə qərardan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 256.1-ci maddəsi ilə (əməldə cinayət tərkibi olmaması əsası ilə) cinayət işinin başlanması rədd edilmiş və qərarın surəti Azərbaycan Respublikası İnzibai Xətalar Məcəlləsinin 272-ci maddəsi ilə inzibati qaydada ölçü götürülməsi üçün Zığ limanında XPB-nin İTQ-yə göndərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X2 xx.xx.2020-ci il tarixli iddia ərizəsindən görünür ki, Şəxs balıq ehtiyatlarına vurulan 369,05 ziyanın idarənin hesabına ödənilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə araşdırma zamanı müəyyən edilmişdir ki, Şəxs balıqovlama bileti olmadığı halda xx.xx.2020-ci il tarixdə, saat 23:00 radələrində X5 zavodunun ərazisində qanunsuz olaraq krevet ovladığına görə barəsində araşdırma aparılmış və araşdırma nəticəsində onun əməlində cinayət tərkibi olmadığından, barəsində Azərbaycan Respublikası İnzibai Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən inzibati xəta haqqında protokol tərtib edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, krevet tutmaq üçün nəzərdə tutulmuş səbət adlandırılan vasitə və 671 ədəd krevet aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Qeyd edilən hallar Şəxs özünün izahatı ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İnzibai Xətalar Məcəlləsinin 272.3-cü maddəsinə əsasən ov qaydalarının kobud şəkildə pozulmasına (lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsinə), habelə digər ov qaydalarının müntəzəm pozulmasına görə- inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlər müsadirə edilməklə və ya müsadirə edilməməklə, min manatdan iki min manatadək məbləğdə cərimə edilir, yaxud altı aydan iki ilədək müddətə ov hüququ məhdudlaşdırılır. Göründüyü kimi qanunvericilik özü-özlüyündə inzibati xətanın törədilməsində alət və ya inzibati xətanın bilavasitə obyekti olmuş predmetlərin müsadirə edilməsi və ya müsadirə edilməməsini ehtiva edir. xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs maddi sübut kimi götürülmüş krevet tutmaq üçün nəzərdə tutulmuş səbətin xüsusi əhəmiyyət kəsb etmədiyini və ov aləti hesab edilmədiyini nəzərə alınmalıdır. Bundan əlavə araşdırma zamanı müəyyən edilmişdir ki, inzibati xətanın bilavasitə obyekti olmuş 671 ədəd krevet aşkar edilərək maddi sübut kimi götürülmüşdür. Bununla bağlı məhkəmə qeyd edir ki, 671 ədəd krevet saxlanılması üçün “xxxxxxxx” MMC-nə təhvil verilmişdir. Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X2 xx.xx.2020-ci il tarixli iddia ərizəsi ilə müraciət etmiş və Şəxs balıq ehtiyatlarına vurulan 369,05 ziyanın (671 ədəd krevetin dəyəri) idarənin hesabına ödənilməsinin xahiş edilməsi nəzərə alınmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsinin sanksiyasında nəzrədə tutulmuş ov hüququnun məhdudlaşdırılması növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 128-130 və 272.3-cü maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 272.3-cü maddəsində nəzərdə tutulmuş xətanı törətməkdə təqsirli təqsirli bilinsin və onun ov hüququ 06 (altı) ay müddətinə məhdudlaşdırılsın. xx xxxxxxxx 2020-ci il tarixdə Şəxs maddi sübut kimi götürülmüş krevet tutmaq üçün nəzərdə tutulmuş səbətin xüsusi əhəmiyyət kəsb etmədiyini və ov aləti hesab edilmədiyini nəzərə alınsın. Şəxs balıq ehtiyatlarına vurulan 369,05 ziyanın (671 ədəd krevetin dəyəri) idarənin hesabına ödənilməsi barədə Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin 11 saylı Regional Ekologiya və X2 xx.xx.2020-ci il tarixli iddia ərizəsi nəzərə alınsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərarı qəbul etmiş Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apelyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar