Məhkəmə qərarları › İş №3(009)-2117/2025

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2117/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2117/2025 21.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Səbail Rayon Məhkəmisinin hakimi Quliyeva Afət Xansıvar qızı, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinin Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında icraat materiallarını işin baxılmağa hazırlanması ilə əlaqədar nəzərdən keçirərək MÜƏYYƏN ETDİM: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs “Azəristiliktəchizat" ASC barəsində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Səbail Rayon Polis İdarəsi tərəfindən 19 yanvar 2024-cü il tarixli, İXP seriyalı, ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, material natamam və ziddiyyətli olduğuna görə geri qaytarılmalıdır. Belə ki, Həmin Məcəllənin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər natamam olmuşdur. Belə ki, Yasamal Rayon Polis İdarəsi tərəfindən məhkəməyə göndərilən inzibati xəta haqqında protokoldan görünür ki, həmin protokol barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində İXM 347-ci maddəsi əsasında tərtib olunmuşdur. Həmçinin, “Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə ünvanlanmış məktubda avtomobili idarə edən fiziki şəxs barədə məlumatın verilməsi üçün sorğu edildiyi, sorğuya 5 gün müddətində cavab verilmədiyi halda hüquqi şəxsin İXM-in 347-ci maddəsi ilə məsuliyyət daşıyacağı barədə xəbərdarlıq edilmişdir. Lakin xx.xx.2025-ci il tarixli 3-13-53/2- 35641/2025 nömrəli müşayiət məktubundan görünür ki, “Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti barəsində İXM 339.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola baxılması məhkəmədən xahiş edilmişdir. Məhkəmə hesab edir ki, iş materiallarında olan bu ziddiyyət işin düzgün hüquqi həllinə maneə kimi qiymətləndirilməlidir. Bu səbəbdən də həmin uyğunsuzluqlar aradan qaldırılmadan işə mahiyyəti üzrə baxılıb qərar verilməsi mümkün deyildir. ″Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsi baxımından həmin Məcəllənin 109-cu maddəsinin şərh edilməsinə dair″ Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 may 2019-cu il tarixli Qərarına əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128-ci maddəsinin tələbləri baxımından həmin Məcəllənin 109-cu maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işin baxılmasına hazırlanması zamanı qəbul edilən qərardadlardan apellyasiya şikayəti vermək hüququ istisna edilir. Məhkəmə belə hesab edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol və toplanmış material natamam olduğundan, işə baxılarkən tamamlamaq mümkün olmadığından Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: “Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyəti barəsində tərtib olunmuş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər Bakı şəhəri Yasamal Rayon Polis İdarəsinə geri qaytarılsın. Bu qərardaddan şikayət verilə bilməz. Hakim: Afət Quliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar