Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2118/2025 20.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Şükürova Ülviyyə Sahib qızı "xxxx" Məhdud Məsuliyyətli Şirkətinin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə olunmuş materiala baxaraq, MÜƏYYƏN ETDİ: "xxxx" MMŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Yasamal RPİ-nin DYPŞ tərəfindən tərtib edilmiş 27 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMŞ onun mülkiyyətində (istifadəsində) olan “Hyundai İX35 minik” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta törədilmiş və bu barədə protokol tərtib edilmişdir. İş materiallarını araşdıraraq hesab edirəm ki, protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına səlahiyyətli orqan tərəfindən "xxxx" MMŞ-yə sorğu göndərilməsi ilə bağlı xəbərnamə əlavə edilməmişdir. Bu səbəbdən "xxxx" MMŞ tərəfindən inzibati xətanın törədilməsini müəyyən etmək mümkün deyil. Həmçinin sorğuda nəqliyyat vasitəsinin “X1” məxsus olması və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 346.2-349.9-cu maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi qeyd olunmuşdur. Bundan əlavə qeyd edilən inzibati xəta haqqında protokol tərtib edilərkən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsi dəvət edilərək istinad edilən inzibati xəta haqqında izahatı alınmamış və ümumiyyətlə protokolla tanış edilməmişdir. Protokol birtərəfli qaydada tərtib edilmiş, nəticədə barəsində inzibati xəta haqqında protokol tərtib edilmiş hüquqi şəxsin nümayəndəsi izahatlar vermək və ya protokolun məzmunu barəsində öz mülahizələrini təqdim etmək imkanlarından məhrum edilmişdir. Həmçinin müəyyən edilmişdir ki, protokolda barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinə hüquq və vəzifələrinin izah edilib-edilməməsi haqqında hər hansı qeyd aparılmamış, tərtib edilmiş protokolun surətinin hüquqi şəxsin nümayəndəsinə təqdim edilməsi və hüquqi şəxsin şəxsin ünvanına göndərilməsinə dair iş materiallarına heç bir sənəd əlavə edilməmişdir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan hüquqi şəxsin nümayəndəsinin inzibati xəta haqqında protokol tərtib edilərkən iştirakının təmin edilməməsi, hüquq və vəzifələrinin izah edilməməsi, həmçinin tərtib edilmiş protokolun surətinin təqdim edilməməsi və ya göndərilməməsi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin öz müdafiə hüququnu qurmaqdan məhrum olunması anlamına gəlir. Göstərilənlərə "xxxx" MMŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol düzgün tərtib olunmamaqla ona əlavə edilmiş sənədlər natamamdır. Qeyd olunan hallar isə hazırda işin məhkəmə icraatını rədd edən hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırki iş üzrə məhkəməyə təqdim edilmiş sənədlərə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması mümkün deyil, ona görə də, "xxxx" MMŞ-nin İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsi barədə Yasamal RPİ-nin DYPŞ-dən daxil olmuş inzibati xəta haqqında 27 dekabr 2024-cü il tarixli, İXP ******* saylı protokola və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 100, 106, 109 və 118-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: "xxxx" MMŞ-nin Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 339.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 27 dekabr 2024-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş material Bakı şəhəri Yasamal RPİ-nin DYPŞnə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Ülviyyə Şükürova
Məhkəmə qərarları › İş №3(009)-2118/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2118/2025
20.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver