Məhkəmə qərarları › İş №3(009)-2119/2021

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2119/2021

29.11.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2119/2021 29.11.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Qəribli Günel Adil qızının katibliyi ilə, Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 04 oktyabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından X2 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 şikayətlə məhkəməyə müraciət edərək Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 04 oktyabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və həmin qərarın icrasına xitam verilməsini xahiş etmişdir. Şikayətini onunla əsaslandırmışdır ki, “BMW” markalı, ** GR *** dövlət nişanlı avtomaşını idarə edərkən Səbail rayonu, Zərifə Əliyeva və Bülbül küçəsinin kəsişməsində barəsində qəbul EQ ******* saylı qərar qanunsuzdur. Qanunun 50.7-ci maddəsinə əsasən radardan öncə servis nişanı 6.14 informasiya stendi quraşdırılmalıdır. Bundan əlavə həmin küçədə qanunun 61.7-ci hissəsi konvensiyanın 6-cı maddəsində ГОСТ 23457-86: 1-ci hissəsinə uyğun olaraq yerdəki nişanla birlikdə 5.8.1 nişanı yuxarıda yerləşdirilməli idi.Həmin küçədə zolaqlar üzrə nişan yuxarıda quraşdırılmadığı və yolun qaranlıq olması səbəbindən əmredici düzünə və sola, yəni 4.1.5 nişanı olduğu üçün sürücü həm sağa həm də sola hərəkət edə bilər. Qeyd olunanlara əsasən Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 04 oktyabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və həmin qərarın icrasına xitam verilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbərdar edilmiş barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və məhkəməyə gəlməmələrinin səbəbi barədə heç bir məlumat verməmişlər. Məhkəmə işə barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X2 və Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə şikayət ərizəsinə və iş materiallarına baxaraq hesab edir ki, şikayət əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işə əlavə edilmiş 04 oktyabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X2 04.10.2021-ci il tarixdə, saat 22:37 radələrində Bakı şəhəri Zərifə Əliyeva-Bülbül küçələrinin kəsişməsində "BMW” markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Materiala əlavə edilmiş fotoşəkillərdən görünür ki, Bakı şəhəri Zərifə Əliyeva-Bülbül küçəsinin kəsişməsində yerin asfalt örtüyünə (sonuncu zolaq üzrə yol səthinə) hərəkət yalnız sola işarələnmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X2 04.10.2021-ci il tarixdə, saat 22:37 radələrində Bakı şəhəri Zərifə Əliyeva-Bülbül küçəsinin kəsişməsində "BMW” markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolun hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətmiş və o, 40 manat məbləğində inzibati qaydada cərimə edilmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, X2 04.10.2021-ci il tarixdə, saat 22:37 radələrində Bakı şəhəri Zərifə Əliyeva-Bülbül küçəsinin kəsişməsində "BMW” markalı, ** GR *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən yolun hərəkət hissəsinin işarələrinin tələblərinə riayət etməyərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xəta törətməsi materiala əlavə edilmiş 04 oktyabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarla və təqdim edilmiş fotoşəkillər ilə kifayət qədər sübuta yetirilmişdir. Həmçinin məhkəmə xüsusi ilə qeyd etməyi zəruri hesab edir ki, X1 04.10.2021-ci il tarixdə, saat 22:37 radələrində Bakı şəhəri Zərifə Əliyeva-Bülbü küçəsinin kəsişməsində idarə etdiyi avtomobillə hərəkətdə olarkən yol nişanının yerin asfalt örtüyünə (yol səthinə) işarələnməsi və şikayətçinin hərəkətdə olarkən həmin yol nişanının beynəlxalq standartlara uyğun gəlməməsi kimi əsaslandırması onun inzibati xəta hadisəsini törətməməsi kimi qiymətləndirilə bilməz. Belə ki, Yol hərəkəti haqqında Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin İci hissəsinin 1 və 2-ci bəndlərinə əsasən Yol hərəkətinin iştirakçıları: yol hərəkəti Qaydalarına riayət etməli, bu Qanunun yol hərəkətinin təhlükəsizliyi məsələlərinə dair tələblərini bilməli və yerinə yetirməlidirlər; yol hərəkətinin nizama salınmasında istifadə olunan nizamlayıcının və svetoforların siqnallarına, yol nişanlarına, yolun nişanlanmasına, yol işlərində istifadə olunan səs və işıq siqnallarına, bəzi nəqliyyat vasitələrinin fərqləndirici nişanlarına və nəqliyyat vasitəsi sürücülərinin siqnallarına tabe olmalıdırlar. Göründüyü kimi Qanununvericiliyin tələbi nəqliyyat vasitəsinin sürücüsünün bilavasitə vəzifəsi yol nişanlarına, yolun nişanlanmasına və s. tələblərə tabe olmaqdır. Beləliklə, məhkəmə X1 şikayətinə tənqidi yanaşaraq hesab edir ki, Baş Dövlət Yol Polisinin 04 oktyabr 2021-ci il tarixli, EQ ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qanuni və əsaslıdır, həmin qərarın ləğv edilərək iş üzrə icraata xitam verilməsi üçün heç bir əsas yoxdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddənin məzmunundan məlum olur ki, inzibati xəta haqqında protokol sübutlar dairəsinə daxildir və inzibati xətanın müəyyən edilməsi zamanı sübut qismində çıxış edir. Həmin Məcəllənin 129.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə verilir. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə əsasən məhkəmə qərardan şikayətə baxarkən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, barəsində qərar çıxarılmış X2 avtomobili idarə edərkən yolun hərəkət hissəsinin işarələrinin tələblərinə əməl etməyərək inzibati xəta törətməsi məhkəmə araşdırması zamanı öz təsdiqini tapmışdır. Ona görə də Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 04 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati xəta haqqında iş üzrə qərarı qanuni və əsaslı olduğundan şikayət təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 şikayəti təmin edilməsin. Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin 04 oktyabr 2021-ci il tarixli, EQ ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya bilavasitə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Ülviyyə Şükürova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar