Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2119/2025 20.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Şükürova Ülviyyə Sahib qızının sədrliyi, Mehdiyev Fərid Bəxtiyar oğlunun katibliyi, Səbail rayon İcra şöbəsinin icra məmuru X1, Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılıan Şəxs iştirakları ilə, xx.xx.1976-cı il tarixdə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında protokol Səbail Rayon Məhkəməsinə daxil olmuşdur. İnzibati xəta haqqında protokola əsasən Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-20/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra sənədlərini icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Göstərilənlərə əsasən Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında iştirak edən Səbail rayon İcra şöbəsinin icra məmuru X2 tərtib etdiyi inzibati xəta haqqında protokolu müdafiə edərək bildirmişdir ki, Şəxs Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-20/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədləri icra etməkdən üzrsüz səbəbdən boyun qaçırır. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs izahatında bildirmişdir ki, borclu məhkəmə qərarını icra etmir. Pulun bir hissəsini deyil, tamamən icra edilməsini istəyir. Şəxs barəsində qanuni tədbir görülməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, icra sənədləri barədə xəbərdardır. Lakin məbləğ yüksək olduğu üçün ödəməyə imkanı çatmır, qısa zamanda sadəcə bir hissəsini ödəyə bilər. Göstərdiklərinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, inzibati xəta haqqında protokolu nəzərdən keçirib, toplanmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan əməli törətməsi tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-20/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlaklardan aşağıdakı əmlaklar: 1.Mətbəx mebeli dəyəri 1200 manat, 2. Paltaryuyan maşın dəyəri 450 manat, 3. Stol 1 ədəd və 4 ədəd stul dəyəri 350 manat, 4. Şirəçəkən maşın dəyəri 150 manat, 5. Televizor LC dəyəri 1100 manat, 6. Xalı 6 x 5 metr dəyəri 350 manat, 7.Videomoqintafon LG dəyəri 80 manat, 8. Yataq taxtı dəyəri 200 manat, 9. Divan-kredlo dəsti -dəyəri 500 manat, 10. Çilçıraq (billur 9 şamdanlı) -dəyəri 200 manat, 11. Soba -dəyəri 80 manat, 12. Ədyal-yataq dəsti - dəyəri 150 manat, 13. Stol üçün süfrə 20 metr dəyəri 100 manat, 14. 4 nəfərlik boşqab, bulud 60 ədəd dəyəri 60 manat, 15. Qənd qabı 3 ədəd dəyəri 3 manat, 16. Su qabı 4 ədəd dəyəri 12 manat, 17. Qəfədan 3 ədəd dəyəri 15 manat, 18. Stəkan 41 ədəd dəyəri 41 manat, 19. Stəkan su üçün 6 ədəd dəyəri 6 manat, 20. Meyvə qabı 4 ədəd-dəyəri 8 manat,
21. Blender -dəyəri 120 manat, 22. Çəngəl 5 ədəd -dəyəri 10 manat, 23. Qaşıq 3 ədəd dəyəri 6 manat, 24. Bıçaq pendir üçün 2 ədəd dəyəri 2 manat, 25. Bıçaq meyvə üçün 3 ədəd dəyəri 3 manat, 26. Qazan aliminium -dəyəri 60 manat, 27. Qazan dəsti (Almaniya) -dəyəri 350 manat,
28. Billur bakal 10 ədəd dəyəri 125 manat, 29. Çərəz qabı 5 ədəd -dəyəri 50 manat, 30. Qatıq üçün kasa 7 ədəd dəyəri 7 manat, 31. Çay nəlbəkisi 45 ədəd-dəyəri 45 manat, 32. Limon qabı 12 ədəd dəyəri 12 manat, 33. Dəhliz üçün şkaf - dəyəri 50 manat, 34. Limon çəngəli 2 ədəd dəyəri 2 manat, 35. Sini 2 ədəd dəyəri 6,2 manat, 36. Şiş 2 ədəd dəyəri 4 manat, 37. Yastıq 2 ədəd -dəyəri 30 manat, 38. Yun 25 kq dəyəri 125 mnat, 39. Su çəni 3.5 ton dəmir-dəyəri 100 manat, 40. Yorğan üzü (Türkiyə) 5 ədəd -dəyəri 150 manat, 41. Döşək üzü (Türkiyə) 5 ədəd dəyəri 150 manat, 42. Prostina (Türkiyə) 5 ədəd dəyəri 150 manat, 43. Yastıq üzü (Türkiyə) 5 ədəd -dəyəri 150 manat, 44. Ütü dəyəri 80 manat, 45. Konfet qabı 2 ədəd dəyəri 10 manat, 46. Stəkan dəsmalı 4 ədəd -dəyəri 12 manat, 47. Əl dəsmalı 4 ədəd dəyəri 20 manat, 48. Yemək servisi (ağ güllü) -dəyəri 150 manat, 49. Çay servisi (sarı rəngli) -dəyəri 200 manat, 50. Duz qabı 5 ədəd dəyəri 5 manat, 51. Paltar tikən maşını dəyəri 300 manat, həmin əmlaklar olmadıqda onların dəyəri olan 7539,20 (yeddi min beş yüz otuz doqquz manat 20 qəpik) manat cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Əşyaların bölgüsü zamanı yaranmış fərq 632,50 (altı yüz otuz iki manat əlli qəpik) manat cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Birgə nikah dövründə alınan ünvan 2 ünvandakı evin dəyərinin yarısı olan 69800 (altmış doqquz min səkkiz yüz) manat cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Cavabdeh Şəxs 2500 (iki min beş yüz) manat alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-20/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədi üzrə icraata başlanılmış və borclu Şəxs icranı təmin etməsi təklif edilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli tələbin könüllü icrası haqqında bildirişdən görünür ki, borcluya xx.xx.2025-ci il tarixli qərarla icraata başlanılmış Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-20/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədində göstərilən tələbin icra edilməsi xahiş edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-20/2024 saylı, xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən birgə nikah dövründə əldə edilmiş əmlaklardan aşağıdakı əmlaklar: 1.Mətbəx mebeli dəyəri 1200 manat, 2. Paltaryuyan maşın dəyəri 450 manat, 3. Stol 1 ədəd və 4 ədəd stul dəyəri 350 manat, 4. Şirəçəkən maşın dəyəri 150 manat, 5. Televizor LC dəyəri 1100 manat, 6. Xalı 6 x 5 metr dəyəri 350 manat, 7.Video-moqintafon LG dəyəri 80 manat, 8. Yataq taxtı dəyəri 200 manat, 9. Divan-kredlo dəsti -dəyəri 500 manat, 10. Çilçıraq (billur 9 şamdanlı) -dəyəri 200 manat, 11. Soba -dəyəri 80 manat, 12. Ədyal-yataq dəsti - dəyəri 150 manat, 13. Stol üçün süfrə 20 metr dəyəri 100 manat, 14. 4 nəfərlik boşqab, bulud 60 ədəd dəyəri 60 manat, 15. Qənd qabı 3 ədəd dəyəri 3 manat, 16. Su qabı 4 ədəd dəyəri 12 manat, 17. Qəfədan 3 ədəd dəyəri 15 manat, 18. Stəkan 41 ədəd dəyəri 41 manat, 19. Stəkan su üçün 6 ədəd dəyəri 6 manat, 20. Meyvə qabı 4 ədəd-dəyəri 8 manat, 21. Blender -dəyəri 120 manat, 22. Çəngəl 5 ədəd -dəyəri 10 manat, 23. Qaşıq 3 ədəd dəyəri 6 manat, 24. Bıçaq pendir üçün 2 ədəd dəyəri 2 manat, 25. Bıçaq meyvə üçün 3 ədəd dəyəri 3 manat, 26. Qazan aliminium -dəyəri 60 manat, 27. Qazan dəsti (Almaniya) -dəyəri 350 manat, 28. Billur bakal 10 ədəd dəyəri 125 manat, 29. Çərəz qabı 5 ədəd -dəyəri 50 manat, 30. Qatıq üçün kasa 7 ədəd dəyəri 7 manat,
31. Çay nəlbəkisi 45 ədəd-dəyəri 45 manat, 32. Limon qabı 12 ədəd dəyəri 12 manat, 33. Dəhliz üçün şkaf - dəyəri 50 manat, 34. Limon çəngəli 2 ədəd dəyəri 2 manat, 35. Sini 2 ədəd dəyəri 6,2 manat, 36. Şiş 2 ədəd dəyəri 4 manat, 37. Yastıq 2 ədəd -dəyəri 30 manat, 38. Yun 25 kq dəyəri 125 mnat, 39. Su çəni 3.5 ton dəmir-dəyəri 100 manat, 40. Yorğan üzü (Türkiyə) 5 ədəd -dəyəri 150 manat, 41. Döşək üzü (Türkiyə) 5 ədəd dəyəri 150 manat, 42. Prostina (Türkiyə) 5 ədəd dəyəri 150 manat, 43. Yastıq üzü (Türkiyə) 5 ədəd -dəyəri 150 manat, 44. Ütü dəyəri 80 manat, 45. Konfet qabı 2 ədəd dəyəri 10 manat, 46. Stəkan dəsmalı 4 ədəd -dəyəri 12 manat, 47. Əl dəsmalı 4 ədəd dəyəri 20 manat, 48. Yemək servisi (ağ güllü) -dəyəri 150 manat, 49. Çay servisi (sarı rəngli) -dəyəri 200 manat, 50. Duz qabı 5 ədəd dəyəri 5 manat,
51. Paltar tikən maşını dəyəri 300 manat, həmin əmlaklar olmadıqda onların dəyəri olan 7539,20 (yeddi min beş yüz otuz doqquz manat 20 qəpik) manat cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Əşyaların bölgüsü zamanı yaranmış fərq 632,50 (altı yüz otuz iki manat əlli qəpik) manat cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Birgə nikah dövründə alınan ünvan 2 ünvandakı evin dəyərinin yarısı olan 69800 (altmış doqquz min səkkiz yüz) manat cavabdeh Şəxs alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. Cavabdeh Şəxs 2500 (iki min beş yüz) manat alınıb iddiaçı Zərərçəkmiş şəxs verilməlidir. İcra sənədi xx.xx.2025-ci il tarixdə icraata daxil olmuş, icraata başlamaq haqqında qərar, tələbin könüllü icrası ilə bağlı bildiriş icra edilməsi üçün borcluya bildiriş göndərilmişdir. Məhkəmə hesab edir ki, borclu Şəxs yuxarıda qeyd edilən hərəkətləri məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra sənədlərinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. «İcra haqqında» Azərbaycan Respublikası Qanununun 82.1-ci maddəsinə əsasən borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədi icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə üzrsüz səbəbdən icra olunmadıqda, icra məmuru borclunun Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada inzibati məsuliyyətə cəlb olunması üçün inzibati xəta haqqında protokol tərtib edir və onu işin digər materialları ilə birlikdə müvafiq məhkəməyə göndərir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinin tələbinə görə inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun törətdiyi inzibati xətanın xarakterini və ictimai təhlükəlilik dərəcəsini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, onun əmlak vəziyyətini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alır. Məhkəmə Şəxs törətdiyi inzibati xətanın hallarını nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzrədə tutulmuş cərimə növündə inzibati tənbeh tədbirinin tətbiq edilməsi məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21, 43, 66, 114-115, 128-130 və 528.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 500 (beş yüz) manat məbləğində inzibati cərimə tətbiq edilsin. Qərardan, surəti təqdim edildiyi və ya alındığı vaxtdan 10 (on) gün muddətində Səbail Rayon Məhkəməsi vasitəsi ilə və ya bir başa Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.
Hakim Ülviyyə Şükürova