Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2122/2021 29.10.2021 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Rüstəmli İlkin Şahin oğlunun sədirliyi, Mərdanov Məhəmməd Ələkbər oğlunun katibliyi, Səbail RPİ-nin 9-cu polis bölməsinin sahə rəisi, X2, Bakı şəhəri, BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPXA-nın BYPX inspektoru, polis mayoru X3, barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs, barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X1 iştirakları ilə, xx xxxxxxx 1984-cü il təvəllüdlü, Binəqədi rayonu, Atatürk prospekti, ev 64, mənzil 25-də yaşayan Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Səbail Rayon Polis İdarəsi tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən Şəxs oğlu barəsində tərtib olunmuş inzibati material, baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. İş materiallarında olan 29 oktyabr 2021-ci il tarixdə tərtib edilmiş MN seriyalı, ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs YPX-nin qanuni tələblərinə tabe olmamışdır və nəticədə İXM-nin 535.1-ci maddəsinin tələblərini pozmuşdur. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş şəxs Səbail RPİnin 9-cu polis bölməsinin sahə rəisi, X5 inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında nümayəndə qismində iştirak edən şəxs Bakı şəhəri, BPİ DYP İdarəsinə bilavasitə tabe olan YPXA-nın BYPX inspektoru, polis mayoru X6, inzibati xəta haqqında protokolu müdafiə edərək, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati məsuliyyətə cəlb edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında icraat aparılan şəxsin müdafiəçisi, fərdi qaydada fəaliyyət göstərən vəkil X4 bildirmişdir ki, Şəxs oğlu polis əməkdaşları tərəfindən zorakı hərəkətlərə məruz qalmışdır. Göstərilənləri nəzərə alaraq, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs oğlu bildirmişdir ki, o polis əməkdaşları tərəfindən zorakı hərəkətlərə məruz qalmışdır, həmçinin protokolla razı deyil, özünü təqsirli bilmir, inzibati iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasına şahid qismində dindirilən Bakı şəhəri BPİ-nin DYPİ-nə bilavasitə tabe olan YPX Alayının Müşayiət-eskort bölüyü yol-patrul xidməti inspektoru X7 ifadəsində 28 oktyabr 2021-ci il tarixdə xidmətdə olduğu zaman, Niyazi-İstiqlaliyyət küçələrinin kəsişməsində yolayırıcıda, yol hərəkətini tənzimləyərkən ** XN *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi Niyazi küçəsindən sola dönmək istədi. O isə jezl vasitəsi ilə nəqliyyat vasitəsinin sağa dönməsini işarəsini verdi. Sürücü isə, xəstə yanına getdiyini bildirərək sola dönmək istəmişdir və nəqliyyat vasitəsini sürərək onun qoluna dəymişdir. Sürücüyə yenidən sağa dönməsi üçün göstəriş vermişdir, lakin sürücü sola dönməli olduğunu bildirmişdir. Daha sonra, ona qarşı təhqiredici ifadələr işlətmişdir. Daha sonra o, sürücünü nəqliyyat vasitəsindən düşürərək, yolu açmaq üçün maşını sağa çəkmək istəmişdir, lakin maşınlar çox olduğundan nəqliyyat vasitəsini bir qədər sürüb İstiqlalliyət küçəsində saxlamışdır, və bundan sonra maşında bir xanımın əyləşdiyini görüb, ona narahat olmamasını bildirmişdir. Daha sonra Niyazi-İstiqlaliyyət küçələrinin kəsişməsinə qayıdaraq sürücünü Polis Bölməsinə dəvət etmişdir. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyib və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsinə əsasən, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1.-ci maddəsinə əsasən, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə-fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakterizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən, inzibati tənbeh tətbiq edilərkən bu Məcəllənin 32.1.1 - 32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər. Məhkəmə iş materiallarını araşdırıraq belə qənaətə gəlir ki, Şəxs tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tələbləri pozulmuşdur.. Ona görə də, məhkəmə hesab edir ki, Şəxs hərəkətlərində İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin tərkibi var və onun 200 (iki yüz) manat məbləğində cərimə edilməsi növündə inzibati tənbeh tətbiq edilməsi məqsədə müvafiqdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibatı Xətalar Məcəlləsinin 40, 43, 48- 51, 115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 200 (iki yüz) manat məbləğində inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: İLKİN RÜSTƏMLİ
Məhkəmə qərarları › İş №3(009)-2122/2021
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2122/2021
29.10.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver