Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 3(009)-2123/2025 28.08.2025 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Bağırova Sahilə Hümbət qızının sədrliyi, X12 məhkəmə iclas katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X19 Şöbəsinin yol-patrul xidməti baş inspektoru X4 və X1nun iştirakları ilə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X19 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair X13 tərəfindən verilmiş şikayətə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: X13 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X19 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsinə dair şikayətlə Bakı şəhəri Səbail Rayon Məhkəməsinə müraciət etmişdir. X13 şikayəti onunla əsaslandırmışdır ki, o, **-VY-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsüdür. xx.xx.2025-ci il tarixində bir neçə tanışı ilə birlikdə Bakı şəhəri, Səbail rayonu, Ə.Yaqubov küçəsində yerləşən "Port Wine" adlı restoranın qonağı olmuş, xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə keçən gecə avtomobilində qalan siqareti götürmək üçün tanışı Məstanov Orxan avtomobilin açarını ondan götürərək adıçəkilən restoranın duracağına getmişdir. Bir neçə saat sonra isə avtomobilin Səbail rayonu DYPŞin əməkdaşları tərəfindən adıçəkilən restoranın duracağından aparıldığını və avtomobilin cərimə meydançasına yerləşdirildiyini öyrənmiş, xx.xx.2025-ci il tarixində, səhər saatlarında avtomobili cərimə meydançasından çıxartmaq üçün Səbail rayonu DYPŞ-nə yaxınlaşdıqda, şöbənin əməkdaşları ondan 2000 AZN pul tələb etmiş, bununla bağlı Baş Prokurorluğa, Prezident Administrasiyasına və Daxili İşlər Nazirliyinə şikayət edərək hansı səbəbdən Məstanov Orxanın sərxoşluq faktı qeydə alınmadığını, hansı səbəbdən avtomobil idarə etmək üçün sürücülük vəsiqəsi və müvafiq etibarnaməsi olmadığı halda həmin gecə izahat alınmadan sərbəst buraxıldığını, hansı səbəbdən onun ümumiyyətlə xəbəri olmadığı bir məsələ ilə bağlı şəxsi avtomobili cərimə meydançasına yerləşdirilmiş və səhəri gün şöbəyə yaxınlaşdıqda avtomobili təhvil verməkdən imtina etdikləri bildirilmiş, şikayət etdikdən sonra, xx.xx.2025-ci il tarixində yenidən Səbail rayonu DYPŞ-nə dəvət edilmiş, Məstanov Orxanla yanaşı, onun sərxoş olduğunu və avtomobili idarə etməyə hüququ olmadığını bilə-bilə ona avtomobili idarə etməyə verdiyi üçün ona 200 AZN cərimə yazılacağı bildirmişdir. Otaqdaki polis əməkdaşlarına dəfələrlə Orxan adlı şəxsə avtomobili idarə etmək üçün vermədiyini, onun sərxoş olması barədə heç bir məlumatının olmadığını və hadisənin baş vermə anında restoranda oturub ayıq sürücü gözlədiyini bildirməsinə baxmayaraq polis əməkdaşları onu İXM-in 337.1-ci maddəsi üzrə təqsirli bilərək barəsində protokol tərtib etmişlər. Məstanov Orxan adlı şəxsin cəriməsinin avtomobilindən silinməsini və həmin şəxsdən fərdi qaydada tələb edilməsini tələb etməyinə baxmayaraq, qarşı tərəf bu tələbini təmin etməkdən imtina etmişdir. İnzibati Xətalar Məcəlləsinin 337.1-ci maddəsinin dispozisiyası konkret olaraq "Nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə” müəyyən edilmişdir. Orxan adlı şəxs məclisə sonra gəlmiş və yanında spirtli içki qəbul etməmişdir. Yəni həmin şəxsin sərxoş olub olmamağı barədə heç bir məlumatı olmayıb. Eyni zamanda evə getmək üçün ayıq sürücü sifariş edib ona ödəniş etdiyi və bunları təsdiq edən sübutları Səbail rayonu DYPŞ-in əməkdaşlarına təqdim etdiyi halda, nəyə əsasən nəqliyyat vasitəmi digər şəxsə idarə etməyə verdiyində ittiham olunur? Belə məntiqlə Yol Polisi sərxoşluqla saxladığı istənilən avtomobilin mülkiyyətçisinə və ya avtomobili idarə etməyə etibarnamə almış sonuncu şəxsi İXM-in 337.1-ci maddəsi ilə məsuliyətə cəlb edə bilər. xx.xx.2025-ci il tarixli izahatında bildirmişdir ki onun Orxan adlı şəxsə idarə etmək üçün avtomobil vermək niyyəti olmayıb. Səbail rayonu DYPŞ-nin əməkdaşlarına avtomobilimin Məstanov Orxan adlı şəxs tərəfindən sərxoş halda idarə edilmə faktını təsdiq edən müvafiq sənədlərin, eləcədə adıçəkilən şəxsin izahatının təqdim edilməsini tələb etməyinə baxmayaraq, polis əməkdaşları onun bu tələbini təmin etməkdən imtina etmişdir. Qeyd edilənləri əsas gətirərək məhkəmədən barəsində əsassız qəbul edilmiş xx.xx.2025-ci il tarixli, TP7444133 saylı qərarın ləğv edilməsini və onun avtomobili ilə heç bir əlaqəsi olmayan, Məstanov Orxanın cəriməsinin avtomobilinin üzərindən silinməsini və adıçəkilən şəxsdən fərdi qaydada tələb edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən şikayət verən şəxs X13 şikayətinin dəlillərinə uyğun izahat verərək xx.xx.2025-ci il tarixindən xx.xx.2025-ci il tarixinə keçən gecə avtomobilində qalan siqareti götürmək üçün tanışı Məstanov Orxan avtomobilin açarını ondan götürərək adıçəkilən restoranın duracağına getdiyini, bir neçə saat sonra isə avtomobilin Səbail rayonu DYPŞ-in əməkdaşları tərəfindən restoranın duracağından aparıldığını və avtomobilin cərimə meydançasına yerləşdirildiyini öyrəndiyini, Orxan adlı şəxsə avtomobili idarə etmək üçün vermədiyini, onun sərxoş olması barədə heç bir məlumatının olmadığını və hadisənin baş vermə anında restoranda oturub ayıq sürücü gözlədiyini bildirməsinə baxmayaraq polis əməkdaşları onu İXM-in 337.1-ci maddəsi üzrə təqsirli bilərək barəsində protokol tərtib etdiyini, şikayətin təmin olunmasını və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X19 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsin xahiş etdi. Məhkəmə iclası zamanı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X19 Şöbəsinin yol-patrul xidməti baş inspektoru X10 izahatında göstərdi ki, X5 barəsində tərtib edilmiş inzibati xəta haqqında protokol və qərar qanuni, əsaslı və ədalətlidir. X13 barəsində tərtib edilmiş inzibati xəta haqqında qərarda göstərilən qayda pozuntu etdiyinə görə o, inzibati qaydada 200 manat məbləğində cərimə edilmişdir. Təqdim edilmiş CD-diskdə olan video-görüntüdə Məstanov Orxanın avtomobili sərxoş halda idarə etməsi və digər hərəkətlər öz əksini tapmışdır. Odur ki, X13 tərəfindən verilmiş şikayətin təmin edilməməsini xahiş edirəm. Məhkəmə ilk olaraq qeyd edir ki, X13 şikayətində “xx.xx.2025-ci il tarixli, TP7444133 saylı qərarın ləğv edilməsini və onun avtomobili ilə heç bir əlaqəsi olmayan, Məstanov Orxanın cəriməsinin avtomobilinin üzərindən silinməsini və adıçəkilən şəxsdən fərdi qaydada tələb edilməsini xahiş etmişdir.” Məhkəmə şikayətdə göstərilən tələblə bağlı qeyd edir ki, X13 şikayətinə hüquqi qiymət yalnız “xx.xx.2025-ci il tarixli, TP7444133 saylı qərarın ləğv edilməsinə” dair hissədə aparılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Qanunvericiliyin tələbi baxımından məhkəmə qeyd edir ki, şikayətin “Məstanov Orxanın cəriməsinin avtomobilinin üzərindən silinməsi və adıçəkilən şəxsdən fərdi qaydada tələb edilməsi” hissəsində barəsində qərar çıxarılmış fiziki şəxs qeyd edilən inzibati xəta haqqında iş üzrə qərardan şikayəti fərdi qaydada verdikdə ona məhkəmə tərəfindən hüquqi qiymət verilə bilər. Məhkəmə şikayətin dəlillərini araşdırıb, inzibati xəta haqqında işin materiallarını tədqiq edərək hesab edir ki, şikayət təmin edilməməlidir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli İXP7317161 nömrəli protokol əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli, TP 744133 nömrəli qərarla X13 nəqliyyat vasitəsini idarə etmək hüququnun olmadığını və sərxoş vəziyyətdə olduğunu bilə-bilə nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxs tərəfindən nəqliyyat vasitəsini idarə etmək üçün həmin şəxsə verilməsinə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 337.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törədilməsində təqsirli bilinərək 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli, TP 744119 nömrəli qərarla X14 nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsinin alkoqoldan istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə, nəqliyyat vasitəsinə sahiblik hüququ olan şəxsin nəqliyyat vasitəsində olması halları istisna olmaqla, nəqliyyat vasitəsinin etibarnamə olmadan idarə edilməsinə və əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci, 332.1 və 327.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli bilinərək 500 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. İş materiallarına əlavə edilmiş 03 avqust 2025-ci il tarixli alkotester protokolundan görünür ki, X6 alkoqolun konsentrasiyası 0.578 promilli müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş CD-diskdən müəyyən olunur ki, X13 nəqliyyat vasitəsini X8 vermiş X2 vəziyyətdə nəqliyyat vasitəsini 100 metrlik məsafədən manevr edərək hərəkət etdirmiş, həmçinin CD-diskdən müşahidə olunur ki, özünü X3 təqdim edən şəxsin sarxoş olub-olmaması yoxlanılmış və alkotesterdə alqoqolun konsentrasiyası 0.578 promilli müəyyən edilmişdir. X1 şikayətində barəsində tərtib edilmiş inzibati tənbeh vermə haqqında qərarda göstərilən xətanı törətmədiyini, X7 tanışı olduğunu, onun içkili olduğunu bilmədiyini bildirsə də, o, şikayətinin əsaslı olduğunu təsdiq edən hər hansı bir sübutu şikayət ərizəsinə əlavə etməmiş və o, öz mövqeyini şikayətində göstərdiyi bir neçə hallarla əsaslandırmışdır. Onun şikayətinin dəlilləri ondan ibarətdir ki, nəqliyyat vasitəsini idarə etmək üçün verməmiş, X9 onunla birgə içki qəbul etməmişdir. Bununla bağlı məhkəmə qeyd edir ki, işdə olan sənədlərdən və CD-diskdə qeyd olunan video görüntülərdən görünür ki, X14 həqiqətən sərxoş vəziyyətdə avtomobili idarə etmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki X5 şikayətdə göstərdiyi xüsusatlar barəsində qəbul edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X19 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsi üçün əsas olmamaqla yanaşı, mübahisələndirilən inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsi üçün də heç bir hal yoxdur. Məhkəmə şikayətdə göstərilən hallara qiymət verərək qeyd edir ki, X5 göstərdiyi xüsusatlar işdə olan sübutlarla təkzib olunur. Belə ki, X5 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 337.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi onun özünün, protokol tərtib edən şəxsin izahatları və iş materiallar ilə tam təsdiq olundu. Şikayətçinin şikayətində göstərdiyi hallar heç də şəxs tərəfindən həmin inzibati xətanı törətməməsi anlamına gələ bilməz. Həmin hallar formal mülahizələrdən ibarət olmaqla onun inzibati məsuliyyətdən azad edilməsi üçün əsas deyil. Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndi ilə müəyyən edilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız İXM-lə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. İnzibati tənbehin məqsədləri Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsində öz əksini tapıb ki, həmin maddənin tələbinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 48-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 134.1 və 134.1.1-ci maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qəbul edilən qərarlardan biri də qərarın dəyişdirilmədən, şikayətin təmin edilmədən saxlanılmasıdır. Məhkəmə qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, X5 şikayəti təmin edilmədən, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X19 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərar isə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 134.1.1-ci maddəsinə uyğun olaraq dəyişdirilmədən saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İXM-nin 129.1.1, 130.1, 133, 134 və 136-cı maddələrini rəhbər tutaraq, məhkəmə qəraraaldı: X5 şikayəti təmin edilməsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhər Səbail rayon X19 Şöbəsinin xx.xx.2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətinə Bakı şəhəri Səbail Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahilə Bağırova
Məhkəmə qərarları › İş №3(009)-2123/2025
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərar — İş №3(009)-2123/2025
28.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver