Məhkəmə qərarları › İş №3(009)-2125/2023

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2125/2023

13.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2125/2023 13.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Hakim Səmədova Günel Kamil qızının sədrliyi, Məmmədova Məryəmxanım Elman qızının katibliyi, X1 iştirakı ilə, X6 tərəfindən AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü ildə EQ 16894903 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 15 sentyabr 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: X6 AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü ildə EQ 16894903 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən X6 bildirmişdir ki, ** AS *** dövlət nömrə nişanlı maşınına xx.xx.2023-cü ildə EQ16894903 saylı Protokol ilə 20.00 azn qərarsız cərimə gəlmişdir. Şikayətim bundan ibarətdir ki, bu cərimə xx.xx.2023-cü il tarixində X4 adına qərarlaşmışdır. O, Protokolda adı keçən şəxsi tanımır və bu şəxslə əlaqəsi yoxdur. Burda iki cür qanun pozuntusu var. Birincisi budur ki, maşının bir-iki dəqiqəlik dayanmışdır, görüntülərdə bu qeyd olunmayıb,verilən tarixlər qeyri-dəqiqdir videoda heç bir görüntü görsənmir. İkincisi isə cərimə tanımadığı bir şəxsin adına gəlmişdir. Şikayət ərizəsində qeyd olunanları əsas alaraq qərarın ləğvini xahiş etdi. Məhkəmə şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edir ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Belə ki, iş materiallarında olan AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü ildə EQ 16894903 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, həmin qərar X5 barəsində tərtib edilmiş, lakin qərardan şikayət X6 tərəfindən verilmişdir. X6 şikayət ərizəsinə barəsində qərar çıxarılmış fiziki şəxsin nümayəndəsi qismində səlahiyyətini təsdiq edən sənəd əlavə etməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından və şikayət ərizəsindən görünür ki, barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxs X5 özü məhkməyə müraciət etməmiş, X6 şikayətində barəsində inzibati tənbeh vermə haqqında qərar çıxarılmış şəxsin adından şikayət vermək hüququnu təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Göstərilənlərə əsasən hesab edirəm ki, AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü ildə EQ 16894903 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 15 sentyabr 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından X2 verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Eyni zamanda X3 izah olunur ki, barəsində qərar çıxarılmış fiziki şəxsin özü və ya nümayəndəsi qismində səlahiyyətini təsdiq edən sənəd əsasında səlahiyyətli nümayəndəsi tərəfindən yenidən məhkəməyə müraciət edilə bilər. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109, 114 və 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X6 tərəfindən AR DİN Baş Dövlət Yol Polisi İdarəsinin xx.xx.2023-cü ildə EQ 16894903 saylı inzibati xəta haqqında protokol əsasında qəbul edilmiş 15 sentyabr 2023cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar