Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2125/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi Tağıyev Azər Ramiz oğlunun sədrliyi, X3 qızının katibliyi ilə, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 26 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayətinə məhkəmə binasında baxaraq, məhkəmə, MÜƏYYƏN ETDİ: Bakı şəhəri Nəsimi Rayon Məhkəməsindən Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 26 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 şikayəti aidiyyatı üzrə Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Belə ki, Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 26 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından X1 verdiyi şikayəti 19 sentyabr 2024cü il tarixdə məhkəməyə daxil olmuşdur və bununla da qanunvericilikdə nəzərdə tutulmuş müddət ötürmüşdür. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən, barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 130-cu maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57.1 – 57.5-ci maddələrində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilə bilər. Bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəbdən buraxıldıqda, şikayət və ya protest verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilir. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı inzibati tənbeh vermə haqqında qərarından şikayət ərizəsi, şikayət verilmə müddəti ötürülməklə verildiyindən, ona əlavə edilmiş materiallar geri qaytarılmalı, X2 ötürülmüş müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 40, 43, 129.1.3-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X1 Bakı Nəqliyyat Agentliyinin BNA ******* saylı, 26 dekabr 2021-ci il tarixli inzibati tənbeh vermə haqqında qərarından şikayəti ona geri qaytarılsın. X2 ötürülmüş müddətin bərpası ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmək hüququnun olması izah olunsun. HAKİM: AZƏR TAĞİYEV
Məhkəmə qərarları › İş №3(009)-2125/2024
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2125/2024
19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver