Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2126/2023 06.10.2023 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 001100/01436 saylı, 21 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X1 Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 001100/01436 saylı, 21 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarının ləğv edərək, iş üzrə icraata xitam verilməsi barədə şikayəti Ağstafa Rayon Məhkəməsi tərəfindən aidiyyəti üzrə baxılması üçün Səbail Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Səbail rayon Məhkəməsinin 3(009)- 1740/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, X1 Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 001100/01436 saylı, 21 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarından verdiyi şikayət təmin edilmiş Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 001100/01436 saylı, 21 iyun 2023-cü il tarixli inzibati tənbeh vermə haqqında qərarı ləğv edilərək iş üzrə icraata xitam verilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, X1 Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 001100/01436 saylı, 21 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair qərarından şikayəti geri qaytarılmalıdır. Qeyd olunanları və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 106, 109, 118 maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İM : X1 Bakı Baş Gömrük İdarəsinin inzibati tənbeh vermə haqqında 001100/01436 saylı, 21 iyun 2023-cü il tarixli qərarının ləğv edilməsinə dair qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova
Məhkəmə qərarları › İş №3(009)-2126/2023
Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2126/2023
06.10.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver