Məhkəmə qərarları › İş №3(009)-2126/2024

Bakı Şəhəri Səbail Rayon Məhkəməsi Qərardad — İş №3(009)-2126/2024

19.09.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 3(009)-2126/2024 19.09.2024 BAKI ŞƏHƏRİ SƏBAİL RAYON MƏHKƏMƏSİ Səbail Rayon Məhkəməsinin hakimi Səmədova Günel Kamil qızı, X1 BNA tərəfindən tərtib edilmiş ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayətə işin baxılmağa hazırlanması zamanı baxaraq, M Ü Ə Y Y Ə N E T D İ M: X3 BNA tərəfindən tərtib edilmiş ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət ərizəsini onunla əsaslandırmışdır ki, Məlum halda vəzifəli şəxs tərəfindən qəbul edilmiş X4 Haqqında BNA ******* saylı qərarı əsassız hesab edir və bildirir ki, X2 Məcəllənin 81-ci maddəsinə əsasən X4 Haqqında Qərar qəbul edən səlahiyyətli şəxs inzibati xətanı xüsusi qurğular vasitəsilə yox, dayanma, durma və parklama qaydalarının pozulması şəxsən aşkarlamalıdır və bu zaman sürücünün sükan arxasında olmaması vacib şərtdir. X2 Məcəllənin 122.1-ci maddəsinə əsasən «Bu Məcəllənin 327.1 -327.5, 328, 329.1,329.2, 330. 339.1-1, 346.3. 346-1.1, 346-1.5, 353.2 və 469.3-cü maddələrində nəzərdə tutulmuş xətalar foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edildikdə, xüsusi texniki vasitələrin məlumatları müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminin proqram təminatı əsasında real vaxt rejimində elektron formada birbaşa həmin mərkəzi informasiya sisteminə ötürülür, inzibati xətanı törətmiş şəxsin iştirakı olmadan real vaxt rejimində, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada elektron sənəd şəklində X4 haqqında elektron qərar çıxarılır və həmin mərkəzi informasiya sisteminin müvafiq səlahiyyətli əməkdaşının elektron imzası ilə təsdiqlənir. Təsdiq edilmiş həmin qərar real vaxt rejimində, xüsusi texniki vasitələrin məlumatları əlavə edilməklə, elektron qaydada müvafiq icra hakimiyyəti orqanının informasiya sisteminə göndərilir» X2 Məcəllənin 122.5-ci maddəsinə əsasən «Foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmiş inzibati xətalara görə nəqliyyat vasitəsini dayandıraraq, törədilmiş belə xətalar haqqında inzibati xəta haqqında protokol tərtib etmək və ya inzibati tənbeh tətbiq etmə haqqında qərar çıxarmaq qadağandır. Bütün föto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunaraq, həmin texniki vasitələrin köməyi ilə aşkar edilmiş X2 yalnız bu Məcəllənin 122.1-ci maddəsində nəzərdə tutulmuş qaydada elektron qərar çıxarılır.» Təqdim olunan foto şəkillərlə sübut olunur ki, tərtib edilmiş X4 Haqqında BNA ******* saylı Qərarı həqiqəti əks etdirmir, belə ki adı çəkilən qərar səlahiyyətli şəxs tərəfindən tərtib edilərkən qeyd edilən inzibati xəta yerində aşkarlanmamış, sadəcə xüsusi qurğuların görüntüləri bu zaman əsas götürülmüşdür. Bu isə qanunla nəzərdə tutulan zaman daxilində avtonəqliyyat vasitəsin dayanmaq-durmaq normalarına uyğundur. Taksi fəaliyyəti göstərən sürücülər üçün isə məlum hal qanunla nizamlanır. BNA dayanma, durma və parklama qaydalarının nizamlanması şöbəsi tərəfindən qəbul edilmiş X4 Haqqında BNA ******* saylı Qərarın ləğv edilməsini və inzibati icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsini, həmçinin ona əlavə edilmiş materialları nəzərdən keçirərək hesab edirəm ki, şikayət ərizəsi və ona əlavə edilmiş sənədlər icraata qəbul edilmədən şikayətçiyə qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 130.1-ci maddəsinə əsasən qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. İş materiallarından görünür ki, şikayət məhkəməyə 19 sentyabr 2024-cü il tarixdə daxil olmuşdur. Barəsində X4 haqqında qərar çıxarılmış şəxs X3 şikayətində qərarı hansı tarixdə almasını göstərməmiş, eyni zamanda ərizəyə qeyd edilən qərarın nə vaxt rəsmi qaydada ona verildiyini təsdiq edən heç bir sənəd əlavə etməmişdir. Ona görə də həmin qərardan şikayət vermə müddətinin buraxılıb-buraxılmamasını müəyyən etmək mümkün olmamışdır. Göstərilənlərə əsasən hesab edirəm ki, X1 BNA tərəfindən tərtib edilmiş ******* nömrəli xx.xx.2021-ci il tarixli inzibati xəta haqqında iş üzrə qərarından verdiyi şikayəti və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 109 və 114, 130-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ M: X1 BNA tərəfindən tərtib edilmiş ******* nömrəli xx.xx.2021-ci il tarixli qərarından verdiyi şikayət geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Günel Səmədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar